Ismail Haqqi Durusu - Wikipedia
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı.
İsmail Haqqı Durusu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Kayseri Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
İstanbul Türkiyə |
Milliyyəti | türk |
Həyatı
redaktə1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi.
1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.
Bandırma Gəmisi
redaktə15 may 1919-cu ildə Mustafa Kamal Paşa İsmail Haqqı Kapitanı yanına çağırtdı. Samsuna Bandırma Gəmisi ilə ediləcək səyahətin detallarını ona anlatdı. 16 may 1919-cu ildə sirkəcidə Bandırma Gəmisinin içərisində işgalçı ingilis Yüksək Komissarlığı əsgərləri axtarış həyata keçirtdi və səfər izni verildi. 9-cu Ordu Müfəttişi olaraq vəzifələndirilən Mustafa Kamal günortadan sonra Qız qülləsi sahillərində gəmiyə mindi. Onun yanında təxminən 20 zabit, əsgər və dövlət qulluqçusu vardı. İngilis zirehli gəmisi Bandırma Gəmisinin izinə düşdü. Qara dənizdə fırtınalı havada yola davam etmək qərarı alındı. İsmail Haqqı Kapitan fırtınalı havada gəmini ingiliz zirehli gəmisinin təqibindən qurtardı. Mustafa Kamal və köməkçilərini, 17 mayda İneboluya, 18 mayda Sinopa çataraq sahil xəttilə 19 may 1919-cu ildə Samsuna gətirdi.
İsmail Haqqı Kapitan, sonradan Durusu soyadını qəbul etdi. O, 10 avqust 1922-ci ildə təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat edərək Feriköy Məzarlığında torpağa tapşırıldı.
19 may 1999-cu ildə Türkiyə Dənizçilik Müəssisələri Karşıyaka gəmisinə İsmail Haqqı Durusu adını verdi.[1]
İstinadlar
redaktə- ↑ Hürriyet Gazetesi Haberi, Hakkı Kaptan'a vefa, 19 Mayıs 1999