Ismayil Haciyev Bestekar - Wikipedia
İsmayıl Əhməd Cövdət oğlu Hacıyev[1] (18 noyabr 1949) — Azərbaycan-Kanada dirijor və bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan bəstəkarı Cövdət Hacıyev və məşhur rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub.
İsmayıl Hacıyev | |
---|---|
Doğum tarixi | 18 noyabr 1949 (75 yaş) |
Atası | Cövdət Hacıyev |
Anası | Əminə Dilbazi |
Təhsili |
|
Fəaliyyəti | dirijor, bəstəkar |
Həyatı
redaktəİsmayıl Hacıyev 1973-cü ildə Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasını görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin sinfində fərqlənmə diplomu ilə başa vurub.
1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü olub. Bu illərdən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başladı. İsmayıl Hacıyev 1975-1981-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının Opera və simfonik bəstəkarlıq ixtisası üzrə professor İlya Musinin, Marinski Teatrının direktorunun və Nyu-Yorkda Metropoliten-operanın baş qonaq dirijoru Valeri Gergiyevin sinfini bitirib. Məzun olduqdan sonra Sankt-Peterburq Filarmoniyasının simfonik orkestrinin bədii direktoru Yevgeni Mravinskinin köməkçisi kimi fəaliyyətini davam etdirib. Məhz bu dövrlərdə Hacıyev çıxışlarının bir çoxunu qeydə almağa başlayır.
İstinadlar
redaktə- ↑ Night of Azerbaijani music held in Canada Arxivləşdirilib 2010-09-07 at the Wayback Machine. News.az. 28 August 2010. Retrieved on 9 September 2010.
Xarici keçidlər
redaktə- Toronto İpək Yolu Orkestri Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine
- İsmayıl Hacıyevin Ottavada çıxışı — YouTube platformasında
- İsmayıl Hacıyevin Torontoda çıxışı — YouTube platformasında