Ismayil Katib - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 3 iyul 1938) — şair, 1934-cü ildən AYB-nin üzvü.[1]
İsmayıl Katib | |
---|---|
İsmayıl Novruz oğlu Zeynalov | |
1934 – 1937 | |
Əvvəlki | Həmzə Axundov |
Sonrakı | Əsəd bəy Axundov |
1922 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1938 (40 yaşında) |
Fəaliyyəti | şair |
Həyatı
redaktəİsmayıl Novruz oğlu Zeynalov (İsmayıl Katib) 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır.
3 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.[1]
Əsərləri
redaktə- "Talış elləri" (1929),
- "Şura qızı" (1934),
- "Şeirlər və poemalar" (1960)
İstinadlar
redaktə- ↑ 1 2 "İsmayıl Katib (1898–1938)". Azərbaycan Yazıçılar Birliyi. 2008. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |