Ismayil Safi - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
İsmayıl Safi (Tam adı: İsmayıl Yunis oğlu Safi; 1968, Rizə) — Politoluq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) 2011–2015-ci illərdə millət vəkili, "AK Parti"nin akademik işlər üzrə əlaqələndiricisi, İstanbul İstinye Universiteti siyasət elmləri şöbəsinin müdiri, elmlər doktoru[1]
İsmayıl Safi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1968 |
Doğum yeri |
Həyatı və Təhsili
redaktəİsmayıl Safi 1968-ci ildə Türkiyənin Rizə şəhərində anadan olmuşdur. Ata adı Yunis, ana adı Ruqiyyə olan İsmayıl Safi 1994-cü ildə Hacettepe Universitetinin iqtisadi və inzibati elmlər fakültəsinin dövlət idarəetmə bölməsini bitirmişdir. Magistr təhsilini 1998-ci ildə Ankara Universiteti Siyasi elmlər və Dövlət idarəçiliyi kafedrası Şəhər və Ətraf Mühit elmləri bölməsi üzrə bitirmişdir. Doktoranturasını 2005-ci ildə Ankara Universiteti Sosial Elmlər Institutu Siyasi elmlər və Dövlət idarəçiliyi kafedrası Siyasət elmləri bölməsi üzrə tamamlamışdır. Həmçinin 2006-cı ildə Milli təhlükəsizlik akademiyasının da məzunu olmuşdur.[2]
Fəaliyyətləri
redaktə- Beynəlxalq asılılıqla mübarizə təşkilatı, Türkiyə milli komitə sədri, Avrasiya vətəndaş cəmiyyəti əməkdaşlıq dərnəyinin ümumi rəhbərliyi, beynəlxalq Qara dəniz və Xəzər əməkdaşlıq fondunun Türkiyədəki direktoru vəzifələrində çalışmışdır.
- İngəltərədə Mühafizəkarlar Partiyası (Böyük Britaniya) və ona yaxın Qeyri-hökumət təşkilatlarında müxtəlif fəaliyyətlər göstərmişdir.
- "Ədalət və inkişaf" partiyası təsisçilər heyətinin üzvü olmuşdur.
- 2001-ci il 14 avqust tarixində Rəcəb Təyyib Ərdoğan liderliyində qurulan "Ədalət və İnkişaf" partiyasının qurucularından biri olmuşdur.
- İstanbul millət vəkili seçilərək Türkiyə Böyük Millət Məclisinə qatılmışdır.[3]
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri.
- Bir müddət "Ədalət və İnkişaf" partiyasının baş katibinin müavini olmuşdur.
Pedoqoji fəaliyyəti
redaktə2015–2016 illəri arasında Fatih universiteti, TOBB Universiteti Beynəlxalq Sahibkarlıq kafedrasında, 2016–2017 illəri arasında Qazi Universiteti İqtisadi və İnzibati Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi kafedrasında, 2017-ci ildə də Avrasiya Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsinin Siyasət Elmi və Dövlət İdarəçiliyi kafedrasında müəllim kimi dərs demişdir. Rəcəb Tayyib Ərdoğan Universiteti Fondu Akademiya Heyətinin üzvü də olan Dr. İsmayıl Safi 2017-ci ildən etibarən İstinye Universiteti akademik tərkibində köməkçi dosent olaraq yer alır.[4]
Tədqiqat sahələri
redaktə- Siyasət
- Siyasi Kimlik və İdeologiyalar
- Vətəndaş cəmiyyəti
- İctimai diplomatiya
- Beynəlxalq Əlaqələr
- Avrasiya, Rusiya və Türk Dünyası.
Mükafatları
redaktə- 2007-ci ildə Avrasiya və türk dünyası fəaliyyətlərinə görə Azərbaycan beynəlxalq elmlər akademiyanın "Fəxri professsor" adına layiq görülmüşdür.
- Rus Dövlət Nişanı "Palmira Medalı"na layiq görülmüşdür.[5][6]
Xocalı soyqırımına münasibəti
redaktəİsmayil Safi Türkiyədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yerli və beynəlxalq mətbuatda sərt tənqid edən siyasətçilərindən biri hesab edilir. Onun Xocalı soyqırımı həqqında dedikləri:
Bu acı gündə azərbaycanlı qardaşlarımızın yanındayıq və bu kədəri öz kədərimiz kimi bölüşürük. Ermənilər tərəfindən gerçəkləşdirilən bu vəhşiliyin gələcək nəsillər tərəfindən də nifrətlə yad ediləcəyini qeyd etmək istəyirəm. Bu insanlıqdan kənar vəhşiliyin 21-ci ildönümündə Xocalıda qətlə yetirilən qardaşlarımızı bir daha rəhmətlə yad edirik. Xocalını unutmadıq və unutmaq mümkün deyil |
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "İsmayıl Safi: Türkiyə və Azərbaycan Bakının xilas olunmasının 100 illiyini birlikdə qeyd etdi". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
- ↑ "İsmail Safi; siyaset bilimcisi, milletvekili, siyasetçi". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
- ↑ "İsmail SAFİ". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
- ↑ "İsmail Safi Dr. Öğr. Üyesi". 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
- ↑ "GÜVSAM Başkanı İsmail Safi, Rus Devlet Nişanı Palmira Madalyası'na layık görüldü". 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
- ↑ "Rusya Palmyra Devlet Madalyası ilk kez bir Türk'e İsmail Safi'ye verildi". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.