Ismayil Tilivaldi - Wikipedia
İsmayıl Tilivaldi (uyğ. ئىسمائىل تىلىۋالدى, çin. 司马义·铁力瓦尔地; 29 oktyabr 1944, Şufu[d]) ― uyğur mənşəli Çin siyasətçisi. 2003-2007-ci illərdə Sincan-Uyğur Muxtar Rayonunun sədri, Sincan hökumətinin başçısı, eyni zamanda 2008-2013-cü illərdə Bütün Çin Xalq Konqresinin Daimi Komitəsi sədrinin müavini vəzifələrini icra etmişdir.
İsmayıl Tilivaldi | |
---|---|
ئىسمائىل تىلىۋالدى 司马义·铁力瓦尔地 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1944 (80 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMilliyətcə uyğurdur. Karyerasına 1967-ci ildə başlamış və 1973-cü ilin may ayında Çin Kommunist Partiyasına qoşulmuşdur. 1967-ci ildə Tilivaldi Sincan Universitetinin "riyaziyyat" ixtisasını bitirmişdir.[1]
Mədəniyyət İnqilabı zamanı Tilivaldi “yenidən tərbiyələndirmə” olunması üçün kəndə göndərilmişdir. Orada yerli kommunanın traktor fabrikində tərcüməçi işləmişdir. 1973-cü ildə Şufu dairəsində təşkilat şöbəsində işə düzəlir. 1980-ci illərin əvvəllərində daha yüksək partiya vəzifəsinə hazırlaşmaq üçün Mərkəzi Partiya Məktəbində təhsil almışdır.
Kaşğər rayon rəhbərinin müavini və təşkilat şöbəsinin müdiri, Kaşğər komissarının (bələdiyyə başçısına bərabər vəzifə) müavini, Kaşğər partiyası katibinin müavini və Kaşğər komissarı vəzifələrini icra etmişdir. 1993-cü ildən etibarən Tilivaldi Sincan Muxtar Regional Hökumətinin baş katibi və ÇXAO-nun Sincan İstehsalat və Tikinti Korpusunun siyasi komissarının müavini vəzifələrini icra etmişdir. 1998-ci ildə Tilivaldi ÇKP-nın Sincan Regional Şöbəsinin Daimi Komitəsinə qatıldı və Sincan Siyasi və Hüquq Məsələləri Regional Komissiyasının katibinin müavini oldu.
2003-cü ilin yanvar ayında Sincan Xalqlar Konqresinin onuncu iclasının birinci sessiyasında Sincan bölgəsinin sədri seçildi.
İsmayıl Tilivaldi eyni zamanda ÇKP Mərkəzi Komitəsinin 16-cı Konqresinin namizədi və Mərkəzi Komitənin 16-cı Konqresinin tamhüquqlu üzvü idi.
İstinadlar
redaktə- ↑ "司马义·铁力瓦尔地简历". Xinhua. 2015-10-20 tarixində orijinalından arxivləşdirilib.