Ismayil Bey Qutqasinli - Wikipedia
Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrullah oğlu (14 iyul 1806, Qutqaşın – 14 avqust 1861, Şamaxı) — Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı.[1][2]
İsmayıl bəy Qutqaşınlı | |
---|---|
İsmayıl Sultan Nəsrullah oğlu Qutqaşınlı | |
Təxəllüsü | "Miskin" |
Doğum tarixi | |
Doğum yeri | Qutqaşın |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Ağdaş (bəzi ehtimallara görə Tiflis) |
Vəfat səbəbi | zəhərlənmə |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Hacı Bikə xanım |
Uşağı | yoxdur |
Atası | Nəsrullah sultan |
Anası | Bədircahan xanım |
Təhsili | Kadet məktəbi (Peterburq) |
İxtisası | hərbçi |
Fəaliyyəti | hərbçi,bəy komissiyası (Şamaxı) |
Fəaliyyət illəri | 1822-1847 |
Əsərlərinin dili | fransız |
İlk əsəri | "Rəşid bəy və Səadət xanım" |
Mükafatları | |
İsmayıl bəy Qutqaşınlı Vikimənbədə |
Həyatı
redaktəİsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.
Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı. Nəsrullah sultan Çar Rusiyasına etibar etmirdi. Bu inamsızlıq qarşılıqlı idi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. Qutqaşınşünaslığın banisi Salman Mümtaz "Rəşid bəy və Səadət xanım" hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı" məqləsində yazırdı: "Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çarnaçaq əl-çəkməyə məcbur oldu.Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki,əqill və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar"
O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır.Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.
İsmayıl bəy Rusiya-İran (1826–1828) və Rusiya-Türkiyə (1827–1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür. Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir.[3] 1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləmişdir.
İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır. Elə həmin ildə general-mayor rütbəsinə yüksəlmişdir. O, 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. Belə ehtima olunur ki, 1854-cü ildə ona ümvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M.T.Loris-Məlikovun əlinə düşmüşdür. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında alınmışdır. İsmayıl bəy Qutqaşınlı xanımı Tutu Bikə ilə yanaşı Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.
Böyük maarifçi
redaktəİsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri — Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında "Paqonlu maarifçilər" adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə arvadı ilə Yaxın Şərq ölkələrinə səyahətə getmişdir.
Yaradıçılığı
redaktəBöyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuş "Səfərnamə" adlı yol qeydlərini yazmışdır. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmışdır. İsmayıl bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılırdı.
İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Qutqaşınlı yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım" əsəridir. Əsər fransız dilindədir və Varşavada çap olunub. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının "Tutu" adlı əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır.
Bundan başqa İ.Qutqaşınlı "Miskin" təxəllüsü ilə şeirlər də yazmışdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olması iddia edilən və 1973-cü ildə aşkarlanan, 1999-cu ilin aprelin 22-də Qəbələdə "Qəbələ" qəzetində nəşr edilən "İki quşun söhbəti" adlı şeir də var. Bu məsələ hələ ki mübahisə mövzusudur.
Xatirəsinin əbədiləşdirilməsi
redaktəİsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsmayıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, xatirə-ev muzeyi yaradılmışdır.[4] Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Исмаилов Э. Э. Георгиевские кавалеры — азербайджанцы. — М., 2005. — С. 66–76.
- ↑ к. и. н. А. А. Молчанов. "Среди самых доблестных в Российской армии". Проект «Георгиевская страница». 2006. 2012-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-24.Orijinal mətn (rus.)
Самым первым из азербайджанцев георгиевским кавалером оказался полковник Исмаил-бек Куткашинский (1806—1861), боевой офицер и ветеран нескольких войн (позднее - генерал-майор). Он получил орден Св. Георгия IV степени в 1843 г., после двадцати с лишним лет службы (в основном в «горячих точках» на Кавказе).
- ↑ "İsmayıl Bəy Qutqaşınlı". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ "Məhəmməd NƏRİMANOĞLU,Qəbələnin "yaddaş kitabı" "Azərbaycan" qəzeti". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
Mənbə
redaktə- "Odlar yurdunun övladları Rusiya tarixində" kitabı (rus dilində)
- İsmayıl bəy Qutqaşınlı (1806 – 1869) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- İsmayıl bəy Qutqaşınlı.Əsərləri.Bakı,2005.səh.142
Xarici keçidlər
redaktə- http://www.youtube.com/watch?v=d45XkQJJBg4 "İsmayıl bəy Qutqaşınlı" (film,2004)
- http://kitabxana.net/files/books/file/1416546631.pdf
- http://www.kulis.az/news/6865
- İsmayıl bəy Qutqaşınlı