Ismayil Ibn Yaquti - Wikipedia
Qütbüddün İsmayıl ibn Alpsunqur Yaquti əl-Səlcuqi əl-Qınıqi (v. 1093) — Çağrı bəyin nəvəsi, Böyük Səlcuqlu imperiyası dövründə Azərbaycanın hakimi (1090–1093).
İsmayıl ibn Yaquti | |
---|---|
Vəfat tarixi | 1093 |
Həyatı
redaktəİsmayıl Yaquti bəyin oğlu, Çağrı bəyin nəvəsi, Mikayıl bəyin nəticəsi, Səlcuq bəyin kötükcəsidir. Xorasanda, Nişapur şəhərində doğulmuşdu.Səlcuqlu ordusunun sərkərdəsi idi.
Sultan 478-ci ilin sonlarında (fevral-mart 1086) Qafqaza yeni bir səfər daha düzənlədi və bölgəni səlcuqlulara tabe etdi. Məhəlli hökmdarlar Məlikşahı mətbu, de fakto tanıdıqlarını bildirdilər. Gəncə yörəsi doğrudan mərkəzə bağlandı. Məlikşah, Azərbaycan ümumi valisi Qütbüddin İsmayıl ibn Alpsunqur Yaqutiyə Arran və Qafqazın idarəsini də verdi (483/1090).[1]
Sultan Börkyaruqla anlaşmaya baxmayaraq bütün ölkəyə hakim olmaq istəyən Tərkən xatun, bu dəfə onun dayısı Azərbaycan məliki İsmayıl ibn Yakutiyə xəbər göndərib Börkyaruqu bərtərəf etməsi şərtiylə evlənmə vədi verdi. İsmayıl bu təklifi qəbul edərək Börkyaruq üzərinə yürüdü, fəqət Həmədan-İsfahan arasındaki Kərəcdə meydana gələn savaşda məğlub oldu (486/1093).
İsmayıl ibn Yaquti 1093-cü ildə öldürüldü.
Ailəsi
redaktəİsmayılın Mövdud adlı oğlu vardı. O, atasından sonra Azərbaycana başçılıq etmişdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Brosset, I, s. 346 -349, Müneccimbaşı, s. 41, Mathieu, s. 204, Kəsrəvi Təbrizi, a. g. e. III. s. 51-56.