Ismayil Xan Damgani - Wikipedia
İsmayıl xan Damğani (?-1826)—XIX əsr İran Qacarlar dövləti ordusunun sərkərdəsi. Sərdar.
Həyatı
redaktəİsmayıl xan Damğani Simnan vilayətinin Mehdişəhr şəhərində anadan olmuşdu.İran Qacarlar dövləti ordusunun sərkərdəsi idi. Əvvəlcə sarayda qulam pişxidmətbaşı vəzifəsində xidmət etmişdi[1]. Sonra orduya qatılmışdı.
1804-cü ildə Fətəli şah Qacar Qafqaz uğrunda savaşların çox zor olduğu haqda Abbas mirzə Qovanlı-Qacardan gələn bilgiləri dəyərləndirdikdən sonra Xorasanda İsmayıl xan Damğaninin komandanlığında olan süvari ordunun Azərbaycana gəlməsi, Abbas Mirzəyə qatılmasını istədi. Özü də saray adamları, əyanları və dövlət ərkanı ilə bərabər Qarabağa yola düşdü.
Tarixçi Əminə Pakrəvan yazır: "Abbas Mirzə müdafiə sistemini gücləndirmək amacı ilə bir neçə gün İrəvanda qaldı. Sonra da ordusunun Əhərdə oturaq salmasını istədi. Abbas mirzə geri çəkilərkən İsmayıl Damğanini ordunun önəmli bir bölümü ilə Sisyanovla savaşmağa göndərmişdi. İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə Şuşa və rus ordusundan oluşan hərbi saxlusu (ordunun barındığı geniş yer) çevrədən qopuq şəkildə təcrid durumuna düşdü. Ancaq Kür çayının iki ağaclığında Abbas mirzəyə vəfadarlığı ilə bilinən Pirqulu xan az qala Mustafa xan Şirvaninin tələsinə düşmüşdü. Mustafa xan Şirvani, Abbas mirzə geri çəkilmə qərarı aldıqdan sonra açıq şəkildə rusların tərəfinə keçmişdi"[2].
1806-cı ildə İsmayıl xan Damğaninin başçılığı ilə Qacar qoşunu Cəbrayıllı bağlarında Rusiya qoşununa qalib gəldi.
Tarixçi Əminə Pakrəvan yazır: "Abbas Mirzə geri çəkilərkən İsmayıl Damğanini ordunun önəmli bir bölümü ilə Sisyanovla savaşmağa göndərmişdi. İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə Şuşa və rus ordusundan oluşan hərbi saxlusu (ordunun barındığı geniş yer) çevrədən qopuq şəkildə təcrid durumuna düşdü".
1809-cu il iyulun 16-da İsmayıl xan Damqanlının başçılığı ilə şah qoşununun üç minlik ön dəstəsi Hamamlı və Bəykəndi yaşayış məntəqəsində yеrləşən rus qarnizonlarına hücuma kеçdi. Lakin bu hücum rus dəstəsi tərəfindən dəf еdildi və məğlub olan şah qoşunu gеri çəkilməyə məcbur oldu. Məğlubiyyətə baхmayaraq, İrəvan istiqamətində yürüşlər davam еtdirilirdi. İyulun 21-də şah qoşunu Nağı bəyin başçılıq еtdiyi İrəvan qoşunu ilə birləşərək yеnidən Pəmbək və Şuragöl ərazilərinə hücuma kеçdi. Lakin bu hücum da baş tutmadı (76,191-192).
Ailəsi
redaktəİsmayıl xanın Rzaqulu xan adlı oğlu vardı. Qardaşları Zülfüqar xan, Mütəllib xan, Məhəmmədəli xan və İsa xan Fətəli şah Qacarın sarayına yaxın şəxslərdən sayılırdılar.