Ispanaq - Wikipedia
İspanaq (lat. Spinacia)[3] – pəncərkimilər fəsiləsinə aid bitki cinsi.[4]
İspanaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: İspanaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Növləri
redaktəAzərbaycanın dərman bitkiləri
redaktə- Dirrik ispanağı (Spinacia oleracea)
A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır.
Faydaları
redaktəBədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər. Sinirləri yatırar və sakitlik verər. Həzmi asanlaşdırar. Sidik qovucu təsiri də var. Babasil xəstəliyində(Hemoroyda) yaxşı effekt verir. Yara və yanıqların regenerasiyasını(toxumanin özünü bərpa xüsusiyyətini) sürətləndirər. Sümükləri və dişləri gücləndirər. Diş çürümələrinin qarşısını alır. Qanda xolesterinin miqdarını salar. Şəkər xəstələrinə faydalıdır.
İstifadəsi
redaktəİspanaq salatlara və şorbalara qatıla biləcəyi kimi yeyilə də bilər.İspanağı qaynadıb suyunu içmək bədənə qüvvət və dinclik verər. Dəri baxımı üçün də istifadə edilər. İspanaq qaynamış südə batırılıb yüzə və boyuna maska edilə bilər. Bu maska sızanaqlara qarşı da faydalıdır. İspanağın bütün bu faydalarının yanında revmatizm, oynaq iltihabı və böyrək daşı olanlara tövsiyə edilmir.
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 452. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1027.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.