Ispaniyada Vetendas Muharibesi - Wikipedia
İspaniya vətəndaş müharibəsi (isp. Guerra Civil Española və ya Guerra de España[1][2][3]) (17 iyul 1936 — 1 aprel 1939) – solçu siyasi qüvvələr (respublikaçılar, loyalistlər), digər tərəfdən isə general Fransisko Frankonun rəhbərlik etdiyi sağçı, millətçi, mühavizəkarlar arasında baş verən və sonda üsyançı qüvvələrin qələbəsi ilə sona çatan münaqişə. Nəticədə İspaniyada respublika quruluşu devrilmiş, İkinci İspaniya Respublikası sona çatmış və general Frankonun rəhbərlik etdiyi diktatura rejimi qurulmuşdur.
İspaniya vətəndaş müharibəsi | |||
---|---|---|---|
Tarix | 17 iyul 1936 — 1 aprel 1939 | ||
Yeri |
Kontinental İspaniya, İspaniya Mərakeşi, İspaniya Saharası, Kanar adaları, Balear adaları, İspaniya Qvineyası, Aralıq dənizi |
||
Nəticəsi | Millətçilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tərəflər, səbəb və nəticələri
redaktəMilliyətçi general Frankoya Almaniya, İtaliya və Portuqaliya, respublikaçılara isə SSRİ, Meksika və ilk dövrlərdə Fransa hərbi, iqtisadi və siyasi dəstək verirdilər.
Respublikaçıların sıralarında mərkəzçilər, stalinistlər, sosialistlər, eyni zamanda çoxluq təşkil edən anarxist inqilabçılar yer alırdı. Onları əsasən Asturiya və Kataloniya kimi sənaye bölgələrinin əhalisi dəstəkləyirdi.
Millətçilərə monarxist-karlistlər, monarxist-alfonsistlər, falanqistlər, "CEDA" (La Confederación Española de Derechas Autónomas) partiyasının tərəfdarları, katolik və konservativ təşkilatların nümayəndələri daxil idilər. Katolik kilsəsi də onlara açıq dəstək göstərirdi. Respublika əleyhinə döyüşən ispanlar öz mübarizələrini anarxizm və allahsızlığa qarşı "səlib yürüşü" kimi qəbul edirdilər. Frankoya əsas dəstək verən bölgələr Navarra və Qalisiya əyalətləri, Burqos və Salamanka şəhərləri idi.
Ernest Heminquey, Corc Oruell, Marta Gellhorn və Robert Kapa kimi məşhurların əsərləri sayəsində bu münaqişə daim qərb cəmiyyətlərinin diqqət mərkəzində olmuşdur.
Üç il davam edən və İspaniyada böyük itkiyə səbəb olan vətəndaş müharibəsi 1 Aprel 1939-cu ildə milliyətçilərin qələbəsi ilə başa çatmışdır. Müharibənin sonunda İspaniyada Frankonun 1975-ci ildəki ölümünə qədər sürən diktatorluq dövrü başlamışdır. Burbon sülaləsinin monarxiyası bərpa edilmişdilir.
İstinadlar
redaktə- ↑ http://www.publico.es/politica/guerra-civil-debe-conocerse-guerra.html Arxivləşdirilib 2020-05-06 at the Wayback Machine Publico.es saytında 28/10/2017 tarixli məqalə
- ↑ Avilés Farré, Juan (1998). Las grandes potencias ante la guerra de España. Arco Libros. ISBN 84-7635-300-6.
- ↑ Tusell, Javier; García Queipo de Llano, Genoveva (1993). El catolicismo mundial y la guerra de España. Biblioteca de Autores Cristianos. ISBN 84-7914-097-6.