Ispaniyanin Muxtar Birlikleri - Wikipedia
Ispaniyanin Muxtar Birlikleri - Wikipedia - Haqqında Məlumat
Muxtar birliklər (isp. comunidad autónoma) — İspaniya Konstitusiyasına görə qurulmuş, İspaniya Krallığının yüksək səviyyəli siyasi qurumlarıdır. Konstitusiyanın ikinci maddəsi "bölgələr və millətlər"in muxtariyyət haqqını qəbul edir, həmçinin "İspan millətinin ayrılmaz birliyini" elan edir. Hazırda İspaniyanın tərkibində 17 muxtar birlik və 2 muxtar şəhər (Seuta və Melilya) vardır. Muxtar qurumların öz nizamnamələri var və onların hökumətləri mərkəzi hökumətlə hakimiyyəti paylaşır. Öz növbəsində, muxtar qurumlar 52 əyalətə bölünür.