Ispik Quba - Wikipedia
İspik — Azərbaycan Respublikasının Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun İspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılmışdır.[1]
İspik | |
---|---|
41°18′32″ şm. e. 48°25′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKəndin adı eyniadlı dağdan alınmışdır. İspik kəndinin adı ilə adlandırılan İspik dağı Qudyalçay ilə Ağçayın suayrıcında yerləşir. Hündürlüyü 1101 metrdir. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki əspək və ya aspak (aşırımlı dağ, keçidli dağ) sözünün fonetik variantıdır.[2]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd dağətəyi ərazidə yerləşir. Ərazisi sıx meşəliklərlə əhatə olunmuşdur. Kənd Qəçrəş və Möhüc kəndləri ilə həmsərhəddir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1278 nəfər əhali yaşayır.[3] Əhalisini azərbaycanlılar təşkil edir.
İqtisadiyyatı
redaktəƏhalinin məşğuliyyətini əsasən meyvəçilik, maldarlıq, əkinçilik təşkil edir.
Mədəniyyət
redaktəKənddə poçt, kitabxana və mədəniyyət evi var.
Təhsil
redaktəKənddə 11 illik məktəb fəaliyyət göstərir.
Din
redaktəKənddə məscid mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
- ↑ İspik (Quba) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |