Israfil Asurli - Wikipedia
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən).
İsrafil Aşurlı | |
---|---|
Azərbaycan Alpinizm Federasiyasının baş katibi | |
Vəzifədədir | |
9 sentyabr 2022-ci ildən | |
Prezident | Muxtar Babayev |
Azərbaycan Alpinizm Federasiyasının prezidenti | |
2010 – 9 aprel 2016 | |
Əvvəlki | Rasim Cəfərov |
Sonrakı | Nizami Mursaqulov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1969 (55 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alpinist, iş adamı |
|
|
Təltifləri |
Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı.[1]
2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır.
Bioqrafiya
redaktəİsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur.
İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur.
Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir. 2000-ci ildə o, Himalay dağlarının Kançencanqa bölgəsinə turistik treninqə yollanmışdır.
Yeddi zirvə
redaktəSonrakı yeddi ildə İsrafil Aşurlı təcrübəli alpinistə çevrilmişdir. O, dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinist olmuşdur.[2]
- 2001 — Kilimancaro — (5895 m) — Afrikada,
- 2002 — Kostyuşko (2228 m) — Avstraliyada,
- 2003 — Elbrus (5642 m) — Avropada (ümumilikdə 32 dəfə),
- 2004 — Akonkaqua (6962 m) — Cənubi Amerikada,
- 2005 — Mak-Kinli (Denali 6194 m)— Şimali Amerikada,
- 2005 — Vinson massivi (4892 m) — Antarktidada,
- 2007 — Comolunqma (Everest) (8848 m) — Asiyada.
Vinson massivinin fəthi
redaktə2005-ci ildə İsrafil Aşurlı Antarktidanın ən hündür zirvəsini — Vinson massivini (4892 m) fəth etmiş və qitənin ən hündür nöqtəsində Azərbaycan bayrağını ucaltmış ilk azərbaycanlı olmuşdur.
Mak-Kinlinin fəthi
redaktə2005-ci ilin iyununda "AlpIndustria" kompaniyası Şimali Amerikanın ən hündür zirvəsi — Mak-Kinli dağına ekspedisiya təşkil edir. "Vest Battres" marşrutu ilə yola düşən 7 nəfərlik qrupa, İsrafil "Ərəfat" ləqəbi ilə qoşulmuşdur. Qrupun tərkibində həmçinin digər həmyerlimiz Faiq Mursaqulov da var idi. Onlar dağın zirvəsinə doğru irəlilədikcə bir sıra çətinliklər çəkmişdir. Sərt iqlim şəraitinə uyğunlaşdıqdan sonra özündə yetəri qədər güc hiss edərək, 5 iyul tarixində İsrafil iki alpinist ilə birlikdə, əlverişli hava olduğundan zirvəyə çıxmağa cəhd etməyə qərara gəldilər. Digər alpinistlər isə zirvəni sadəcə səhəri gün fəth etməyi bacarmışdılar. Bununla da, İsrafil Aşurlı Şimali Amerikanın ən hündür zirvəsinə çıxmış ilk azərbaycanlı olub.
Everestin fəthi
redaktə2007-ci ilin mart ayının sonlarında "AlpIndustria" kompaniyasının "Yeddi zirvə klubu" proyekti çərçivəsində beynəlxalq eskpedisiya təşkil olunmuşdur. Ekspedisiyaya dünya şöhrətli alpinist Aleksandr Abramov rəhbərlik edirdi. Qrupda isə 17 alpinist, 4 bələdçi və 1 həkim yer almışdı. Alpinistlərdən biri də İsrafil Aşurlı idi.
19 mayda Bakı vaxtı ilə saat 02:30 radələrində (UTC+04:00), 7 nəfərdən ibarət qrup Everestin zirvəsinə çatdılar. İsrafil Aşurlı dünyanın ən hündür nöqtəsinə Azərbaycan bayrağını sancdı və bu zirvəyə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşdü.[3]
Qar bəbiri
redaktə- 2004 — Lenin piki (7134 m) Pamirdə,
- 2005 — Korjenevskaya piki (7105 m) Pamirdə,
- 2006 — Kommunizm piki (7495 m) Pamirdə.
- 2009-cu ildə İsrafil Aşurlı Tyan-Şan dağlarında iki istiqamətdə Xan-Tenqri (7010 m) və Qələbə ("Pobeda" 7439 m) pikinə çıxmışdır.
Və beləliklə İsrafil Aşurlı keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edib və "Qar bəbiri" fəxri adını qazanan ilk və eqənə azərbaycanlı kimi tarixə düşür[4].
Şimal qütbünün fəthi
redaktə7 zirvə klubunun fəxri üzvü İsrafil Aşurlı bütün yeddi zirvəni fəth etmiş ilk azərbaycanlı olmuşdur. 2009-cu ilin 10 aprelində o, 111 km-dən çox qar ayaqqabısı ilə piyada gedərək Şimal qütbünə çatdı. Bu ekpedisiya zamanı İsrafilin başına bir çox çətinliklər gəlmişdir: yola düşmə ərəfəsində xizəyi sınmış, qar ayaqqabısı ilə getməyə məcbur olmuş və buz qırılması nəticəsində zədə almışdır. Bu çətinliklərə baxmayaraq, İsrafil Şimal qütbünə çataraq Azərbaycan bayrağını oraya sancmışdır.[5]
Himalay və Qarakorum dağlarında dırmanma
redaktə- 2003 — Paralapçe (6017 m) — Vladimir Şatayevlə birgə Everestin ilk fəthindən 50 illik yubiley ilə əlagədar.[6]
- 2007 — Everest (8848 m) — Sergey Kofanovun başçılığı altında "АlpIndustria" beynəlxalq ekspedisiyanın tərkibində (Rusiya).[7]
- 2011 — Aleksey Bolotov və Nikolay Totmyanin birlikdə dünyanın üçünücü ən hündür zirvəsi olan Kançencanqaya (8586 m) dırmanma.[8]
- 2019 — Aylend pik (6189 m) — iki dəfə
- 2019 — Lxotze (8516 m)
- 2019 — Manaslu (8163 m)
- 2019 — Ama Dablam (6812 m)
- 2022 — Broud-Zirvəsi (8051 m)
- 2023 — Makalu (8485 m)
Nailiyyətlər
redaktə2011-ci ildə UİAA-nın (Beynəlxalq alpinizm və dırmanma federasiyası) buzadırmanma üzrə beynəlxalq komissiyanın baş katib vəzifəsinə təyinat almışdır. Buzadırmanma idman növünün inkişafı və bu idman növünün Qış Olimpiya Oyunlarının proqramına daxil olunması istiqamətində bir çox işlər görür. 2012-ci ildə İCİCC-də öz vəzifəsini saxlayaraq UİAA-nın gənclər komissiyasının prezidenti vəzifəsinə layıq görülür. Gənclər arasında alpinizm, qayayadırmanma və buzadırmanma, dünyanın 5 qitəsində 90-dan çox ölkədə aktiv həyat tərzinin inkişafına və populyaşdırmasına cavabdehdir. Beynəlxalq dərəcəli hakimdir. Buzadırmanma üzrə Dünya çempionatlarda və Dünya kuboklarda jüri heyətinin prezidentidir.
Təltifləri
redaktə- (04.03.2019) — "Tərəqqi" medalı[9]
İstinadlar
redaktə- ↑ "Azərbaycan alpinizmi: böyük uğurların səbəbləri və səbəbkarları". 2013-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "Arxivlənmiş surət". 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "Arxivlənmiş surət". 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "mountain.kz". 2012-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "Arxivlənmiş surət". 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "Arxivlənmiş surət". 2010-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "Arxivlənmiş surət". 2010-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ ""Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli, 183 nömrəli Sərəncamı". 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.