Istallos Ko Dagi - Wikipedia
İstallos-Kö (İstallosko; mac. Istállós-kő) — Macarıstanın Xeveş əyalətində olan dağ. Hündürlüyü 958,1 metr olan bu dağ Byükk massivində ikinci, ölkə daxilində isə altıncı ən yüksək zirvədir. 2014-cü ilə qədər İstallos-Kö masivin ən yüksək zirvəsi hesab olunurdu. Ancaq yeni ölçmə işləri nəticəsində məlum oldu ki, Silvasi-Kö dağının hündürlüyü 960,7 metrdir.[1].
İstallos-Kö dağı | |
---|---|
mac. Istállós-kő | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Karpat |
Dağ silsiləsi | Byükk massivi |
Mütləq hündürlüyü | 958,1[1]. |
Nisbi hündürlüyü | 500 m |
Yerləşməsi | |
48°04′12″ şm. e. 20°25′55″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
|
Silvarsvarad yaşayış məntəqəsindən dağ zirvəsinə və orda olan mağaraya uzunluğu bir neçə yüz metr olan turist cığırı qalxır.
İstallos-Kö mağarası
redaktəUzunluğu 57 metr olan bu mağara dəniz səviyyəsindən 600 metr yeksəkli yerləşir. Əsasən Trias dövrünün əhəngdaşlarından təşkil olunan mağarada ilk tədqiqat işlərini 1911-ci ildə Palo Roşko aparmışdır. Mağara həm təbiət, həm də arxeoloji abidə kimi önəmlidir. Mağaranın daxilində yaşı 30 000-40 000 il olan daş və sümük əmək alətləri, mağara ayısının, bizonun sümükləri və paleolit dövrünə aid ocaq yeri tapılmışdır. Sonuncu eksponat Macarıstan milli muzeyində nümayiş etdirilir.[2]
1929-cu ildə mağarada növbəti araşdırmanı Ottokar Kadik, 1938-ci ildə isə Mariya Mottl aparmışdır. Daha geniş və ciddi tədqiqatı isə Laslo Verteş 1947-ci ildə həyata keçirib. Arxeoloji stratifikasiya və heyvan qalıqlarına əsasən mağarada üç mədəni lay müəyyən edilmişdir. Qoruma statusunu 1944-cü ildə alan mağara, 1982-ci ildən xüsusi qorunan ərazi elan edilib.
Müasir araşdırmalar 2000-ci ildə həyata keçirilmiş və tədqiqata Arpad Ringer rəhbərlik etmişdir. Mağara daxilindən ümumən buz dövrünə məxsus 66 müxtəlif növ tapılmış və bu Avropanın Orinyak mədəniyyətinə aid ən zəngin fauna hesab hesab olunur. Mağaranın mikrofaunasında üç yeni məməli və iyirmi yeni quş növü diqqəti cəlb edir.
Ədəbiyyat
redaktə- Vértes László: Az istállóskői barlang aurignaci II. kultúrájának kormeghatározása, 1959, Akadémiai Nyomda, Budapest
- T. Dobosi Viola: Bone finds from Istállós-kő Cave, Praehistoria, 2002. 3. évf. 79-102. oldal
- Adams, Brian: New radiocarbon dates from Szeleta and Istállós-kő caves, Hungary, Praehistoria, 2002. 3. évf. 53-55. oldal
- Ringer Árpád: The new image of Szeleta and Istállós-kő caves in the Bükk Mountains: a revision project between 1999-2002, Praehistoria, 2002. 3. évf. 47-52. oldal
İstinadlar
redaktə- ↑ 1 2 "Új csúcsa van a Bükknek". Index. 2014-02-05. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
- ↑ "Az istállós-kői ősemberbarlang". 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-11.