Istanbul Muasir Incesenet Muzeyi - Wikipedia
İstanbul Müasir İncəsənət Muzeyi (tr. İstanbul Modern Sanat Müzesi) və ya İstanbul Modern — Türkiyənin İstanbul şəhərində yerləşən incəsənət muzeyi. Muzeyin açılış mərasimi 11 dekabr 2004-cü ildə olmuşdur. Muzeyin özü isə Əczaçıbaşı ailəsinin və İstanbul Mədəniyyət-İncəsənət Fondunun təşəbbüsü ilə qurulmuşdur.
İstanbul Müasir İncəsənət Muzeyi | |
---|---|
İstanbul Modern Sanat Müzesi | |
| |
Əsası qoyulub | 11 dekabr 2004 |
Açılış tarixi | 11 dekabr 2004 |
Mövzu | incəsənət |
Ölkə | |
Yerləşir | İstanbul, Türkiyə |
Direktor | Oya Əczaçıbaşı |
41°01′33″ şm. e. 28°58′58″ ş. u.HGYO | |
www.istanbulmodern.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Karaköy limanında, Memar Sinan Universiteti İncəsənət Fakultəsinin yanında yerləşir. Muzey anbar binasının əsasında qurulmuşdur. 2003-cü ildə bu binada 8-ci Beynəlxalq İstanbul Bennaial tədbiri keçirilmişdir. Muzeyin açılış mərasimi 2004-cü ilin 11 dekabrında baş tutmuşdur.
Kolleksiya
redaktəMuzeyin əsas sərgilənən kolleksiyası müasir incəsənət əsərləri — heykəllər, rəsmlər təşkil edir.
Mükafatlar
redaktəTürkiyə prezidenti Abdullah Gül 2010-cu ilin 5 dekabrında Mədəniyyət və İncəsənət Böyük mükafatlarını tarix sahəsində Cemal Kafadara, rəsm sahəsində Ergin İnana, mədəniyyət qurumu sahəsində isə İstanbul Müasir İncəsənət muzeyinə vermişdir.
Muzeyin direktoru Oya Əczaçıbaşı ilə İMİF prezidenti Görgün Taner Fransanın ən yüksək dövlət mükafatı olan "Fəxri Legion ordeni"nə layiq görülmüşdürlər. Mükafat Fransanın Türkiyədəki səfiri Bernard Emiri tərəfindən verilmişdir.
2009-cu ildə Bursada keçirilən Avropa Muzeyləri Forumunda (EMF) İstanbul Müasir İncəsənət Muzeyi ziyarətçilərə verdiyi önəmə görə xüsusi mükafata layiq görülmüşdür.
Qalereya
redaktəXarici keçidlər
redaktə- Muzeyin tanıtımı Arxivləşdirilib 2012-12-21 at Archive.today
- [1]
- Mükafatlar