Istanbul Park - Wikipedia
Istanbul Park - Wikipedia - Haqqında Məlumat
İstanbul Park — Formula 1 yarışlarının keçirildiyi pist. 2005 ildə açılmışdır. Uzunluğu 5340 m-dir. 2005-ci ildəki yarışı Maklaren-Mersedesin Finlandiyalı pilotu Kimi Raykonen birinci tamamlamışdır. Qalan yarışları isə 2006, 2007, 2008 də Felipe Massa birinci tamamlamışdır. 2009-cu ildə keçirilən yarışı isə Braun GPnin ingilis pilotu Censon Batton qalib bitirmişdir. , 2010-cu ildə, Maklaren-Mersedesin ingilis pilotu Luis Hemilton, 2011-ci ildə isə Red-bullun alman pilotu Sebastian Fettel qalib olmuşdur. Pistin rəhbərliyi 2012-ci il üçün F1 rəhbərliyi ilə razılaşa bilmədiyinə görə 2011-ci ildəki yarış İstanbul Parkdakı sonuncu yarış oldu.
Ümumi məlumat | ||
---|---|---|
Yer | İstanbul Türkiyə | |
Açılış ili | 2005 | |
Uzunluğu | 5.34 km (3.32 mil) | |
İlk birinci | Kimi Raykonen | |
Rekor dərəcə | 1:24.770 Huan Pablo Montoya, | |
Döngə sayı | 14 | |
Web sayt | www.formula1-istanbul.com/ |