Istanbul Metrosu - Wikipedia
İstanbul metropoliteni — Türkiyənin İstanbul şəhərində xidmət verən metro sistemidir. 3 sentyabr 1989-cu ildə xidmətə girdiyində Türkiyənin ilk metro sistemi idi. Metro İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur və hal-hazırda 11 metro xətti (M1A, M1B, M2, M3, M4, M5, M6, M7, M8, M9, M11) və 101 stansiyaya malikdir[1]. Bu xüsusiyyəti ilə İstanbul metrosu, ölkənin ən böyük metro şəbəkəsidir. M1A, M1B, M2, M3, M6, M7 ve M9 xətləri Avropa tərəfində, M4, M5 və M8 xətləri Asiya tərəfində xidmət göstərir. M1B, M3, M4, M5, M7, M9və M11 metro xətlərinin genişləndirilməsi işləri davam etdirilir. M10, M12, M13, M14 metro xətlərinin tikintisi davam edir. Tikintisi davam edən M10, M12, M13, M14 xətləri Asiya tərəfində yer alacaqdır.[2]
İstanbul metropoliteni | |||
---|---|---|---|
Təsvir | |||
Tipi | Metro | ||
Ölkə | Türkiyə | ||
Yerləşməsi | İstanbul, Türkiyə | ||
Açılış tarixi | 3 sentyabr, 1989 | ||
Sahibi | İstanbul Böyükşəhər Bələdiyyəsi | ||
Operator | Metro İstanbul | ||
Gündəlik sərnişindaşıma | 4.125.000 nəfər | ||
İllik sərnişindaşıma | 495.000.000 nəfər | ||
Saytı | İstanbul Metrosu | ||
Marşrut şəbəkəsi | |||
Xətlərin sayı |
9 (işlək) 6 (təmirdə) |
||
Stansiyaların sayı | 111 | ||
Şəbəkənin uzunluğu | 144 km | ||
Mütəhərrik qatarlar | |||
Depo sayı | 17 | ||
Texniki detallar | |||
Orta sürət | 35 km/h | ||
Maksimal sürət | 80 km/h | ||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçə
redaktəİstanbul Metrosu çox köhnə bir ideya olsa da, yalnız XX əsrin sonlarında həyata keçirməyə başlandı. Ölkədə ilk metro xətti İstanbul Metrosu olmuşdur. Bir çox ölkələrdən gətirilən şirkətlər tərəfindən 6 metro xətti hazırlanmışdır[3].
Xidmətlər
redaktəMetro sistemi, həftənin hər günü son stansiyalardan etibarən səhər saat 6.00-da gedən ilk qatardan gecə 00.00-da gedən son qatara qədər xidmət göstərir[4]. Həftə sonları və tətil günləri, hər 20 dəqiqədə 00.00 ilə 06.00 arasında əlavə xidmətlər təşkil edilir. Metro sərnişinləri İstanbulkart vasitəsilə ödəniş edir.[5]
Xətlər
redaktəAd | Açılış | Son təmir | Stansiya sayı | Uzunluq | Başlanğıc stansiyaları |
---|---|---|---|---|---|
1989 | 2014 | 18 | 26,1 km | Yeniqapı Atatürk Hava Limanı | |
2013 | 2014 | 13 | 26,1 km | Yeniqapı Kirazlı | |
2000 | 2014 | 16 | 23,5 km | Yeniqapı Hacıosman Seyrantəpə | |
2013 | 2013 | 9 | 14 km | Kirazlı MetroKent | |
2012 | 2022 | 23 | 34 km | Kadıköy Sabiha Gökçen Hava Limanı | |
2017 | 2018 | 16 | 20 km | Üsküdar Çəkməköy | |
2015 | 2015 | 4 | 3,3 km | Levent Boğaziçi Universiteti | |
2020 | 2020 | 14 | 18 km | Məcidiyyəköy Mahmudbəy | |
2013 | 2021 | 5 | 6 km | Bahariyə Olimpiyada |
İstinadlar
redaktə- ↑ "İstanbul Yolcu sayıları" (PDF). Metro İstanbul. 2020-07-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "İstanbul Metro Hattları". Metro İstanbul. 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "İBB Başkanı Uysal müjdeyi verdi! Pazar günü açılıyor". www.haberturk.com (türk). 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "Metro çalışma saatleri 2019: Metro saat kaçta açılıyor, kaçta kapanıyor?". www.sozcu.com.tr (türk). 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "istanbulunmetrosu.com - istanbulunmetrosu Resources and Information". ww1.istanbulunmetrosu.com. 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.