Istifadeci Chiragzadeh - Wikipedia
Əminizim yaxud Əminist nəzəriyyə,Azərbaycanın böyük mütəfəkkiri,ictimai-siyasi xadimi və ideya adamı,Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ideya,fikir və görüşlərini; milli liberalizmin təmin olunması,imperiyalizmlə milli mübarizənin təməl əsaslarını,qanunun aliliyi,hüququn üstünlüyü,dünyəvi dövlət idarəçiliyini,bilimin,elmin və fəlsəfənin istənilən mifdən,teorik görüşdən üstünlüyünü müdafiə edən siyasi baxış aspektidir.Əministlər,müasir Azərbaycan Respublikasını Məhəmməd Əmin Rəsulzadənin quruculuğu ilə 1918-ci ilin 28 Mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və dövlət idarəçiliyində məhz 1918-1920-ci illərdəki kimi parlamentar sistemi,universal dünyəvi rejimi,liberal idarəetməni,bilimi,ağlı,məntiqi mühakiməni və ədalətlilik prinsipini əsas götürür.Əministlər,bütün vətəndaşlara maksimal söz,vicdan və etiqad azadlığının tanınmasını hədəfləyən,dünyəvi ideyanın daşıyıcıları hesab edilirlər.Əminizm,hər bir vətəndaşın öz dinini,dinsizliyini,dini cərəyan və təriqətini (ekstremist olmaması şərtilə) açıq ifadə edə bilməsini müdafiə edən siyasi düşüncə və fikir tərzidir.Azərbaycanda,hal-hazırda bu ideyanın daşıyıcıları,başqa adla ən çoc əministin toplaşdığı siyasi təsisat və ya təşkilat REAL Partiyasıdır.