Istifadeci Wertuose Wikimania 2012 - Wikipedia
Hörmətli Vikipediya istifadəçiləri, Bildiyiniz kimi builki, sayca səkkizinci Vikimaniya konfransı ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, 12-14 iyul tarixləri arasında keçirilmişdir. Konfransda az-vikini təmsil etmək üçün etdiyim müraciət Vikimediya Fondu tərəfindən müsbət cavablandırılmış və mənim yol və yataq xərclərim Fond tərəfindən ödənilmişdir. Amma çox təəssüf edirəm ki, Vikipediyanın necə böyük və ciddi bir layihə olduğunu əyani göstərən bu konfransa Azərbaycandan yalnız 1 nəfər seçilmişdir. Halbuki məqalə sayı bizdən 10 dəfə az olan və perspektivi görünməyən bəzi xırda Vikipediyalardan 2 nəfər dəvət olunması hallarının şahidi oldum. Ümid edirəm ki, gələn il müraciət edən istifadəçilərimiz bu məsələyə diqqəti çəkib az-vikinin daha geniş tərkibdə təmsil olunmasına nail ola bilərlər. Bu səhifədə konfransın təşkili ilə bağlı yadda qalan məqamları və iştirak etdiyim təqdimatlardan qeydə aldıqlarımı bölüşmək istəyirəm. Sizi maraqlandıran sualları da bu səhifədə verə bilərsiniz. Konfransın açılış və bağlanış mərasimləri, həmçinin təqdimatlar Corc Vaşinqton Universitetinə aid 2 binada keçirildi. Konfransda geniş spektri əhatə edən mövzularla bağlı təqdimatlar oldu və bütün təqdimatlar videoya çəkildiyi üçün yaxın vaxtlarda onların hamısını internetdən izləmək mümkün olacaq. Mənim iştirak etdiyim təqdimatlar faylların lisenziyalaşdırması, dillər, italyan Vikipediyasının ötənilki könüllü bloklanması, özbək vikisinin Özbəkistanda bloklanması, tarix mövzusunda məqalələr, mobil telefonlardan Vikipediyanı redaktə etmə funksiyasının tətbiqi və maraqlı gələn bəzi digər təqdimatlar idi. Bu təqdimatların demək olar ki, hamısı adi istifadəçilər tərəfindən edildiyi üçün, onların bir çoxu daxili problemlərin önə çəkilməsindən və əksər hallarda həmin problemin necə həll edilə biləcəyi barədə məlumatlardan yox, necə həll edilə biləcəyi barədə zala verilən suallardan ibarət idi. Məsələn, özbək Vikipediyasının blokunun açılması, kiçik Vikipediyalarda mənbələrsiz məqalələrin yaradılmasının mümkünlüyü, faylların lisenziyalaşdırılması zamanı ortaya çıxan problemlər və ikili yanaşma problemi və s. Konfransda iştirak edən Vikipediyaçılar arasında məndən əlavə 3 türk, 2 qırğız, 2 qazax, 2 özbək və 1 Cənubi Azərbaycan təmsilçisi olduğunu nəzərə alaraq, türkdilli Vikipediyaların görüşünü keçirmək istəsək də, xəbər verdiyimiz şəxslərin bir çoxu görüşə gəlmədilər və məndən əlavə türklərin, cənublu soydaşımızın və özbək istifadəçilərdən birinin iştirak etdiyi mini-görüş keçirməli olduq. Görüşdə türk vikisində az-vikini maraqlandıran bəzi suallara cavab ala bildim, həmçinin türk vikisində aktiv istifadəçilərdən birinin bloklanmasının səbəbləri, özbək vikisinin problemləri və Cənubi Azərbaycanda "Fars (Kəngər) körfəzi" adı ilə bağlı məsələ müzakirə edildi. İyulun 14-də konfransın bağlanış mərasimi keçirildi və iştirakçıların kollektiv şəkli çəkildi. Bağlanış mərasimində növbəti ildə Vikimediya Fondunun əsas hədəfləri qeyd olundu. Belə ki, 2012-ci ilin dekabrında en-viki istifadəçiləri üçün vizual redaktorun tətbiqi, istifadəçilər üçün məlumatlar (mesajlar, bildirişlər), Hindistan, Braziliya, Orta Şərq və Şimali Afrikaya diqqətin artırılması, qrantlar, qlobal təhsil layihəsi, telefondan redaktə etmə və mediya-faylların yüklənməsi imkanları, saytın sürətinin artırılmasının planlaşdırıldığı qeyd olundu. Həmçinin, növbəti il Vikimaniya konfransının keçiriləcəyi Honkonq şəhərinin təqdimatı oldu. Bundan əlavə, verilən məlumata görə builki konfransda 89 ölkədən 1400 nəfər iştirak etmişdir. Konfrans barədə deyə biləcəklərim bu qədər. Suallarınız varsa, buyurun.--Wertuose (talk) 20:46, 25 iyul 2012 (UTC)
SuallarımredaktəVikitətilə çıxmamışdan öncə sizə neçə sual vermək istəyirdim (Bu səhifənizi indi oxudum). Ümüd edirəm cavab yazacaqsınız: 1- Güneydən konfıransa qatılan istifadəçi kimidi? 2-Və Kəngər körfəzi barədə sizə nələr deyildi və siz nələr dediniz? 3-Və bu sual-cavablar sizin etdiyiniz redaktələrdə [1] [2] [3] necə təsir qoydu? Hörmətlə--Əmir İbrahimi *danışıq* 06:57, 14 avqust 2012 (UTC)
|