Istifadeci Muzakiresi Arazzeynili - Wikipedia
2015 - 2022
redaktə- Salam. Mümkün olsa burada keçirilən səsvermədə mütləq iştirak edin. Hörmətlə:Qolcomaq (müzakirə) 19:30, 21 aprel 2015 (UTC)
Nikolai Noskov
redaktəЗдравствуйте, уважаемый ArazZeynili! Вы умеете говорить по-русски? Я не знаю вашего азербайджанского языка, но я знаю только песню на ваш мотив и для вас делаю заказ: Вы сможете сделать на азербайджанском языке статью про рок музыканта Николая Носкова? Если вы сделаете эту статью, то я вам буду очень благодарна и гостеприимна! Спасибо! --217.66.156.111 09:08, 20 avqust 2016 (UTC)
- к сожалению для этого у меня нету времени --aruz (müzakirə) 09:12, 20 avqust 2016 (UTC)
Laym701 (talk) Salam həmkar!Sizə yazan bir xanımdır! Mən özümde kimyaçıyam. Zülallar məqaləsində səhfən cümlə pozulub, üzr istəyirəm, siz onu yenidən redaktə edib bərpa edə bilərsiniz! Təşəkkür edirəm, nə isə səhf yazdımsa üzürlü sayın, cünki çoxdandır vikipediyada işləmirdim...!!
- eybi yoxdur. mən onsuz da genişləndirmək istəyirdim o tərifi. düzəldərəm indi. bir də xahiş edirəm girişləri daha qısa edin ki, səhvlərə daha az yol verilsin. ali məktəb dərsliyi də olsa, kitabda olan hər şey ensiklopedik sayılmaz.--aruz (müzakirə) 19:22, 1 oktyabr 2016 (UTC)
Kömək
redaktəsalam. mən bitkilərin təsnifatı və ən əsas da vegetativ orqanları haqqında dəqiq elmi məlumatların verildiyi azərbaycanca mənbə tapmaqda çətinlik çəkirəm. kənd meydanındakı yazınızı görüb düşündüm ki, bəlkə siz mənə kömək edə bilərsiniz. həmçinin onlayn mənbə olmalıdır, çünki mən əyani şəkildə əldə edə bilməyəcəm. Dorotheaa (müzakirə) 06:27, 28 noyabr 2022 (UTC)
- @Dorotheaa düşünürəm ki, Siz ingilis dilindəki mövcud viki məqaləni azərbaycancaya tərcümə edə bilərsiniz. həmin dildə istifadə olunan mənbə və istinadları azviki məqaləsində də göstərə bilərsiniz. Atakhanli (müzakirə) 08:17, 28 noyabr 2022 (UTC)
- təəssüf ki, azərb. dilində etibalı mənbə, xüsusilə biologiya sahəsində, yox dərəcəsindədir. mən 5 ildən çoxdur ingilis dilində azərbayca dilinə kitab tərcümələri layihəsinə rəhbərlik edirəm. dediyiniz ən böyük problemlərdən biridir. rəqəmsal halda tapmaq daha da çətindir. azərbaycan milli ensiklopediyası internetdə axtarış apara biləcəyiniz qaynaqlardan biridir. ancaq natamam və problemlidir. biz azərbaycan sovet ensiklopediyasını rəqəmsal hala çevirmişik. qırmızı kitablar etibarlı mənbədir. fauna var, flora üzərində işləyirik biz. https://habitatbloq.wordpress.com/campbell-biologiya/ Araz Zeyniyev (müzakirə) 08:34, 28 noyabr 2022 (UTC)
- @Atakhanli mən tərcümədə problem yaşayıram. @ArazZeynili dəqiqləşdirməli olsam mən terminologiya ilə bağlı problem yaşayıram. məsələn ingilis dilində "sepal" adlandırılan orqanın azərbaycanca "kasa yarpağı" olduğu qənaətinə gəldim. amma dediyim kimi "qənaətinə gəldim" və üstəlik bunun üçün Azərbaycanda nəşr olunmuş orta məktəb dərsliyindən istifadə etməli oldum. lakin mən vikipediyadakı fəaliyyətimdə dəqiq terminlərdən istifadə etmək istəyirəm və istəmirəm oxucunu yanıltım. göstərdiyiniz kitab və ən əsası bu yöndəki fəaliyyətiniz üçün təşəkkür edirəm. çalışacam mən də ən azından burda azərbaycan dilində müəyyən məlumat bazası yaradım. Dorotheaa (müzakirə) 12:34, 28 noyabr 2022 (UTC)
- sepal termin üçün Azərbaycan Sovet Ensiklopediyasında (azərb. dilində olan ən əsas, tam etibarlı mənbə olaraq) kasayarpağı (ASE 10, 365; ASE 5, 289) şəklində verilib. digər qaynaqlar da bənzər nəticə verir. orta məktəb biologiya dərslikləri etibarlı mənbə deyil. çox elmi səhv var. milli ensiklopediyanı bəlli dərəcədə etibarlı mənbə saymaq olar. axtarışı burada etmək olar pis-yaxşı http://ensiklopediya.gov.az/az/terms/20332/cild/11 kiril əlifbasını oxuya bilirsinizsə. ASE internetdə var. və biz bəlli kitabları bir yerə yığmışıq. Araz Zeyniyev (müzakirə) 12:34, 5 dekabr 2022 (UTC)
- mən genetik və mikrobioloqam. biologiya məqalələrini səliqəyə salmaq istəyirəm, ancaq sistematik hərəkət etmək lazımdır. problem çoxdur. sizə hansı sahə maraqlıdır? əgər istəsəniz, birlikdə işləmək olar. və soruşmaq olarsa, əgər, azərb. dilinə marağınız haradan qaynaqlanır? Araz Zeyniyev (müzakirə) 12:35, 5 dekabr 2022 (UTC)
- mənbə üçün təşəkkür edirəm. ASE-də tapacağım ağlıma gəlməmişdi. mən sadəcə həvəskar olaraq botanika ilə maraqlanıram və azvikidə də bitki taksonlarına aid məqalələri sistemli olaraq inkişaf etdirməyi planlayıram. azərbaycanlıyam. sadəcə olaraq azərbaycan dili ikinci dilimdir deyə bilərəm. Dorotheaa (müzakirə) 14:06, 5 dekabr 2022 (UTC)
- çox gözəl. ilk ağlıma gələnlər belədir: bizim artıq 4 min sözə yaxınlaşan terminlər lüğətimiz var: https://docs.google.com/spreadsheets/d/1i2KKU7I6N6VLsnykB_2NWugZjYKmWu6RCKQjVb_McfU/edit#gid=1962482587 təsdiq olunanların böyük əksəriyyəti etibarlı mənbədən alınanlardır.
- burada isə, çox sayda, pdf formatında azərb. biologiya kitabları var. çoxu etibarlı saymazdım mən, ancaq yol göstərici kimi istifadə etmək olar: https://drive.google.com/drive/folders/1v75aELpWDB4ZYcXLd63rbVxBRTR50Z4d
- məsələn, Milçəkqapan məqaləsinin adı səhvdir, böyük ehtimalla, çünki ASE-də milçəkqapan flycatcher quşlar üçün istifadə olunub (ASE 6, 571), flytrap bitkilər üçün deyil. bunları sistematik dəyişdirmək lazımdır. bəlkə də, ilk öncə belə məqalələrin siyahısını biologiya yaxud botanik adlı bir layihə səhifəsi altında yığımaq olar. və/və ya bitki adlarının ümumi problemini təyin etməklə başlamaq olar. Araz Zeyniyev (müzakirə) 14:55, 5 dekabr 2022 (UTC)
- qeyd etdiyiniz mənbələr üçün minnətdaram. axtardığım bu idi. məqalə adlarına gəldikdə, mən hal-hazırda müəyyən taksonomik vahidi götürüb onun elementlərinin başdan yığıram. əgər düşündüyüm kimi olsa bütün bitki taksonlarına aid nə qədər məqalə varsa hamısına əl gəzdirməyi bacaracam. bundan əlavə botanika ilə bağlı terminlərə də düzəliş edəcəm. layihəyə gəldikdə, əslində vikidə hər hansı mövzu ilə bağlı vikilayihələr təşkil olunub daha əvvəl. bu tipli bir şey etmək olar və ya istifadəçi səhifənizin alt səhifəsində qeydlər apara bilərsiniz özünüz üçün. yaxın zamanlarda həll yolu tapacam. Dorotheaa (müzakirə) 15:36, 5 dekabr 2022 (UTC)
- mənbə üçün təşəkkür edirəm. ASE-də tapacağım ağlıma gəlməmişdi. mən sadəcə həvəskar olaraq botanika ilə maraqlanıram və azvikidə də bitki taksonlarına aid məqalələri sistemli olaraq inkişaf etdirməyi planlayıram. azərbaycanlıyam. sadəcə olaraq azərbaycan dili ikinci dilimdir deyə bilərəm. Dorotheaa (müzakirə) 14:06, 5 dekabr 2022 (UTC)
- @Atakhanli mən tərcümədə problem yaşayıram. @ArazZeynili dəqiqləşdirməli olsam mən terminologiya ilə bağlı problem yaşayıram. məsələn ingilis dilində "sepal" adlandırılan orqanın azərbaycanca "kasa yarpağı" olduğu qənaətinə gəldim. amma dediyim kimi "qənaətinə gəldim" və üstəlik bunun üçün Azərbaycanda nəşr olunmuş orta məktəb dərsliyindən istifadə etməli oldum. lakin mən vikipediyadakı fəaliyyətimdə dəqiq terminlərdən istifadə etmək istəyirəm və istəmirəm oxucunu yanıltım. göstərdiyiniz kitab və ən əsası bu yöndəki fəaliyyətiniz üçün təşəkkür edirəm. çalışacam mən də ən azından burda azərbaycan dilində müəyyən məlumat bazası yaradım. Dorotheaa (müzakirə) 12:34, 28 noyabr 2022 (UTC)
Mənbə
redaktəsalam müəllim. bu mənbə nə dərəcədə etibarlıdır? sizcə məqalədə saxlamalı və mənbə olaraq istifadə etməliyəmmi? Dorothea (müzakirə) 20:43, 14 dekabr 2022 (UTC)
- Salam. yox, məncə bu etibarlı mənbə deyil. burada kitabın adı belə bilinmir, sonda istinadları yoxdur və tərtibindən ciddi iş olmadığı açıqdır. məncə çıxarmaq lazımdır bunu istinad olaraq və buna görə, verilən informasiyanı da yoxlamaq lazımdır. mənim əlimdə təəssüf ki, bunun bir əsər yoxdur. təkrar daha diqqətli baxacam vaxt olanda cirə üçün. ancaq istənilən halda, cirə üçün belə bir problem var: cirə həm tək bir növün (adi cirə) adı olub, həm də bu növün aid olduğu cinsin (genus) adıdır. bunu necəsə yaxşı bildirmək lazımdır. gündəlik dildə isə, cirə ədviyyatdır. Araz Zeyniyev (müzakirə) 09:33, 15 dekabr 2022 (UTC)
- anladım. cirə cinsinə aid 4 növ mövcuddur. bunlardan Cuminum cyminum, yəni "adi cirə" məişətdə istifadə olunan cirədir, eləmi? doğrumu anlamışam? Dorothea (müzakirə) 10:55, 15 dekabr 2022 (UTC)
- oxucunu məlumatlandırmaq və doğru səhifəyə yönləndirmək üçün cirə məqaləsinin başlığına aydınlaşdırma şablonu yerləşdirdim. Dorothea (müzakirə) 07:14, 16 dekabr 2022 (UTC)
- bəli. təxminən mən də belə bir şey düşünürdüm. xalq dilində, texniki olmayan dildə cirə adi cirə bitkisi və məhsul, yəni ədviyyatdır. Araz Zeyniyev (müzakirə) 09:41, 16 dekabr 2022 (UTC)
- oxucunu məlumatlandırmaq və doğru səhifəyə yönləndirmək üçün cirə məqaləsinin başlığına aydınlaşdırma şablonu yerləşdirdim. Dorothea (müzakirə) 07:14, 16 dekabr 2022 (UTC)
- anladım. cirə cinsinə aid 4 növ mövcuddur. bunlardan Cuminum cyminum, yəni "adi cirə" məişətdə istifadə olunan cirədir, eləmi? doğrumu anlamışam? Dorothea (müzakirə) 10:55, 15 dekabr 2022 (UTC)
lüğət
redaktəsalam müəllim. habitat lüğətində "carpel" termininin "dişicik" olaraq tərcümə edildiyini gördüm və məncə bir qədər yanlışlıq var. bunun üçün üç anlayışı araşdırdım: "carpel", "pistil" və "gynoecium".
- carpel
- enviki:
- “The pistils of a flower are considered to be composed of one or more carpels.”
- ingiliscə vikilüğət:
- “a constituent part of a flower pistil - the individual female reproductive organs in a flower. A carpel is composed of an ovary, a style, and a stigma, although some flowers have carpels without a distinct style. In origin, carpels are leaves (megasporophylls) that have evolved to enclose the ovules. A pistil may be composed of a single carpel or of several carpels fused together.”
- pistil
- enviki:
- "The gynoecium may consist of one or more separate pistils. A pistil typically consists of an expanded basal portion called an ovary, an elongated section called a style and an apical structure called a stigma that receives pollen."
- ingiliscə vikilüğət:
- "A discrete organ in the center of a flower capable of receiving pollen and producing a fruit, it is divided into an ovary, style and stigma."
- gynoecium
- enviki
- "is most commonly used as a collective term for the parts of a flower that produce ovules and ultimately develop into the fruit and seeds. The gynoecium is the innermost whorl of a flower; it consists of (one or more) pistils"
- ingiliscə vikilüğət:
- "The pistils of a flower considered as a group"
tövsiyə etdiyiniz Azərbaycan dilindəki mənbələr arasındakı “Bitki anatomiyası” (N.A.Qasımov, N.Ş.Əliyeva, S.M.Tahirli, S. M.Abduyeva-İsmayılova) dərsliyində yazılır:
- “Ginesey - bir və ya bir neçə dişicik əmələ gətirən meyvəyarpaqlarının məcmusudur... Meyvəyarpaqları karpella da adlanır.”
fikrimcə bu mənbə indiki halda bitki anatomiyası ilə bağlı əlimizdəki yeganə əhatəli mənbədir. bütün bunlardan gəldiyim nəticə budur ki, “carpel”-in dilimizdəki qarşılığı "meyvəyarpağı"dır. dişicik termininə isə gəldikdə, “pistil” daha uyğundur. ümumilikdə başa düşdüyüm budur: “carpel”-lər (meyvəyarpaqları) “pistil”-i (dişicik) yaradır və bir və ya bir neçə “pistil” (dişicik) “gynoecium” (ginesey)-i yaradır. ümumiyyətlə, "ginesey" anlayışı çiçəyin dişi orqanını təmsil edir və bir və ya bir neçə dişicik birlikdə “ginesey” adlandırılır. nə düşünürsünüz? — Dorothea (müzakirə) 12:34, 24 dekabr 2022 (UTC)
- başa düşdüm, minimum dişicikdə problem var. vaxtım olan kimi, detallı baxacam, təşəkkür xəbərdarlıq və detallı araşdırma üçün. Araz Zeyniyev (müzakirə) 21:21, 24 dekabr 2022 (UTC)
- ilk araşdırma carpel - sütuncuq olduğunu göstərir. biologiya 6-cı sinif dərsliyi. ancaq daha əsaslı istinad tapmalıyam. Araz Zeyniyev (müzakirə) 13:55, 26 dekabr 2022 (UTC)
sual
redaktə"ikiləpəlilər" və "birləpəlilər" qruplarına bitki sinfi demək doğrudurmu? mən həmişə elə bilmişəm və azvikidə demək olar ki, bütün məqalələrdə bu qruplara belə istinad edilib, amma envikidə baxdım ki, ümumiyyətlə "class" anlayışı bitkilər üçün istifadə edilməyib. "bitki sinfi" dedikdə tam olaraq nə nəzərdə tutulur ki? dorothy (müzakirə) 19:54, 25 dekabr 2022 (UTC)
- dərinliyinə biliyim yoxdu bu haqda, ancaq doğru görünür: http://ensiklopediya.gov.az/az/terms/1806/cild/16 rus vikidə də sinif olaraq qəbul olunur. ing. vikidə clade kimi qəbul edilməsi əslində qəribədir. səviyyəsi bilinməyən ranq (rank) kimi qəbul ediməsinin əsasını bilmirəm. sovet və qərb taksonomiya fərqi ola bilər. Araz Zeyniyev (müzakirə) 20:50, 25 dekabr 2022 (UTC)
elektron versiya
redaktəElşad Qurbanovun kitabının, Nurəddin əliyevin kitabının, həmçinin bu mövzudakı bir çox mənbənin elektron versiyası anl.az-da varmış. düzdür istifadə üçün heç əlverişli deyillər, amma yenə də məlumat vermək istədim. bu mənbələri adlar üçün istifadə edib, istinad göstərmək fikrindəyəm. dorothy (müzakirə) 16:07, 3 yanvar 2023 (UTC)
- əla. təşəkkür. bu kitabları bütünüylə endirib, bir pdf şəklində OCR-dan keçirib, mətn halına çevirərək, axtarışa uyğun formata çevirmək üçün bir script yazımşdı, dostlardan biri. onu istifadə etmək olar. axtarıb tapmalıyam.
- ancaq istənilən halda, bu kitablar köhnədir və çox fakt doğru deyil. bu əsərlər sadəcə başlanğıc materialı, dil üçün, orqanizmlərin azərb. dilində adları üçün istifadə oluna bilər, ən yaxş halda. Araz Zeyniyev (müzakirə) 17:06, 3 yanvar 2023 (UTC)
- sadəcə ad üçün istifadə etmək, məlumat üçün istifadə edilən istinadları və hətta məlumatları da təmizləməyi hədəfləyirəm. daha sonra tez-tez axtarılan lazımi məqalələri genişləndirəcəm. əgər alınsa və keçidini paylaşsanız bütün məqalələrdəki istinadlarda görünməsini təmin edə bilərəm. dorothy (müzakirə) 17:15, 3 yanvar 2023 (UTC)
- "əgər alınsa və keçidini paylaşsanız bütün məqalələrdəki istinadlarda görünməsini təmin edə bilərəm." bu cümləni başa düşmədim. Araz Zeyniyev (müzakirə) 17:26, 3 yanvar 2023 (UTC)
- elektron versiyasını hazırlayıb internetə yükləmək mümkündürmü? onlayn olaraq əlçatan olsun deyə. dorothy (müzakirə) 17:27, 3 yanvar 2023 (UTC)
- başa düşdüm. bizim google istinadı paylaşmışdım deyilmi sizinlə. oraya yeni əlavələr etməyə çalışacam. Araz Zeyniyev (müzakirə) 17:31, 3 yanvar 2023 (UTC)
- elektron versiyasını hazırlayıb internetə yükləmək mümkündürmü? onlayn olaraq əlçatan olsun deyə. dorothy (müzakirə) 17:27, 3 yanvar 2023 (UTC)
- bir çox dərman bitkisi xürafələrini tamamilə silmək yerinə, lazımi xəbərdarlığı verilb, xalq təbabəti adı altında, iddia olunur... xalq təbabətinə görə.. kimi cümlələrə açıqca yazmaqla bir çox infonu saxlamaq olar məncə. hətta saxlamaq lazımdır, çünki azərbaycanda bu şeylərə çox adam inanır və yanlış məlumat da, həmçinin, məlumatdır. Araz Zeyniyev (müzakirə) 17:29, 3 yanvar 2023 (UTC)
- çox axtarılan məqalələr demişkən. google-da "Dezoksiribonuklein turşusu" axtarıldığında DNT məqaləsinin ilk cümlələri olan, tərif deyil bu cümlə çıxır. "Buradaki DNT hüceyrənin bəzi mərhələlərində xromosom halına keçir. DNT eukariotlarda, eləcə də bəzi mitoxondri və ya plastid kimi orqanoidlərdə də vardır." yəni 4. cümlə. bu heç 2-ci paraqrafın ilk cümləsi də deyil. bunun səbəbi nə ola bilər? fikriniz var?
- azvikiyə "short description" əlavə edə bilirikmi?
- DNT-dən söz açılmışkən bura yazım. bu səhifə adını DNT olaraq dəyişdirə bilərsinizmi? xalq "Dezoksiribonuklein turşusu" deyil DNT axtarır əslində. və DNT azərbaycan dilində ilk DNT replikasiyası çıxır, halbuki DNT olmalıdır. digər vikilərin çoxunda da, DNT-dir səhifə adı. Araz Zeyniyev (müzakirə) 17:37, 3 yanvar 2023 (UTC)
- məncə qeyd etdiyiniz problem azviki ilə bağlı deyil, google axtarışı digər səhifələr üçün də eynisini edir. onu da deyim ki, azviki üçün "short description" var, amma bu yanlız mobil telefonla vikiyə girdikdə saytın interfeysində görünür. adı isə dəyişdirdim, məncə də qısa adın olması yetərlidir. dorothy (müzakirə) 17:49, 3 yanvar 2023 (UTC)
- "əgər alınsa və keçidini paylaşsanız bütün məqalələrdəki istinadlarda görünməsini təmin edə bilərəm." bu cümləni başa düşmədim. Araz Zeyniyev (müzakirə) 17:26, 3 yanvar 2023 (UTC)
- sadəcə ad üçün istifadə etmək, məlumat üçün istifadə edilən istinadları və hətta məlumatları da təmizləməyi hədəfləyirəm. daha sonra tez-tez axtarılan lazımi məqalələri genişləndirəcəm. əgər alınsa və keçidini paylaşsanız bütün məqalələrdəki istinadlarda görünməsini təmin edə bilərəm. dorothy (müzakirə) 17:15, 3 yanvar 2023 (UTC)