Istifadeci Muzakiresi Bakuemil 2011 May - Wikipedia
Təklif
redaktəSalam, Bakuemil. Eini adlı insanlar haqqında məqalə yaradarkən və onları dəyişik salmamaq üçün digər dil Vilipediyalarında o məqalələri nömrələmirlər. Ya mötərizədə peşəsini qeyd edirlər, ya da hansısa formada atasının adını qeyd edirlər. Şəxsən mən istəməzdim ki, adaşlarım olarsa bizləri say rəqəmi ilə qeyd edərdilər. Hörmətlə --Acategory 17:06, 1 may 2011 (UTC)
- Salam, Acategory. İmkan olanda mən də nömrələmirəm. Bu fərqləndirilən şəxslərin hər birinin xüsusi vəzifəsi olmadığına görə belə eləmişəm. Misal üçün burada biri icra başçısı olsa da o birinin vəzifəsinin adı çox uzundu. Burada isə ikinci şəxs kifayət qədər məşhur biri olmadığı üçün ikisini də rəqəmlə verdim. Yəni birində vəzifə digərində mötərizədə rəqəm yazmaq istəmədim. Mötərizədə atasının adını məcbur olmadıqca yazmaq tərəfdarı deyiləm. Amma daha yaxşı versiyanız varsa buna da qarşı deyiləm. Hörmətlə--Bakuemil 17:18, 1 may 2011 (UTC)
Bəlkə bu məsələni kənd meydanına müzakirəyə çıxaraq ? Ümumi fikir daha səmərəli olardı.--Acategory 17:23, 1 may 2011 (UTC)
- Mənim planımda bu məsələni görüşlərin birində üzüzə müzakirə elədikdən sonra Kənd Meydanına çıxarmaq var idi. Tək sizin dediyiniz formada deyil başqa fikir ayrılıqları da var. Mən bunu bəzi idarəçilərlə müzakirə eləmişəm amma hər biri ilə ortaq məxrəcə gələ bilməmişik. Fərqli mövqelər olubdur. Mənim fikrimcə, Vikigörüşlərin birində məsləhətləşsək yaxşı olar. Yenə də siz bilən məsləhətdir.--Bakuemil 20:15, 1 may 2011 (UTC)
Təltif edilmisiniz
redaktəHörmətli Bakuemil. Siz Azərbaycan Vikipediyasının zənginləşdirilməsində göstərdiyiniz çalışqanlığınıza görə "Çalışqanlıq ulduzu" ilə təltif edilmisiniz. Qeyd edim ki, Siz bu yüksək mükafatın ilk laureatısınız. Təbrik edir və fəaliyyətinizdə uğurlar arzu edirəm.--Acategory 04:01, 6 may 2011 (UTC)
Azərbaycan gerbi
redaktəSalam Melikov Memmed. Mənim commonsdakı istifadəçi səhifəmə Azərbaycan gerbi yerləşdirmisiniz. Səbəbini nədir?--Bakuemil 07:54, 19 may 2011 (UTC)
- Siz səsvermədə öz istifadəçi səhifənizi yaratmadan iştirak edirdiniz [1] və mən Sizə kömək etmək istədim, və bu səbəbdən də [2] problem oldu. Yəni işimizin xətri üçün qayda pozuntusu, məncə üzrlü hesab edərsiniz.--Melikov Memmed⇒email 08:08, 19 may 2011 (UTC)
Heç diqqət eləməşdim. Bu gün gördüm. Pis niyyətinizin olduğunu düşünməmişdim. Sədəcə səbəbini bilmək istədim. Lakin silməli olacam, çünki, bəzi "öküzlərə" qırmızı rəngi göstərmək istəmirəm :). Zənnimcə, bu mənim oradakı fəaliyyətim üçün daha yaxşıdır. Uğurlar!--Bakuemil 08:22, 19 may 2011 (UTC)
- Əlbəttə, səhifə Sizindir, hətta heç kimin (yəni mənim) ora müdaxilə etməyə haqqı yoxdur, uğurlar!--Melikov Memmed⇒email 08:28, 19 may 2011 (UTC)
Bot
redaktəSalam. Botunuzu mübarəkdir. Xeyirli olsun. Yaxşı işləyir deyəsən. Keyfiyyət artımında xeyri olacaqsa, əla olar.--Bakuemil 19:06, 25 may 2011 (UTC)
- Salam. Təşəkkür edirəm. Hələ ki bircə problem qalıb, "ə" hərfi. İnşallah onu həll edəndən sonra, güman edirəm ki, çox dəyişiklikləri "Milli bot"lar vasitəsilə həyata keçirə biləcəyik. Növbəti ildə Vikidaşlarım deyəsən Türk Vikipediyasını keçməyi arzulayırlar ) Təbii ki, məqalələr artırsaq, keyfiyyət aşağı düşəcək. Çalışarıq keyfiyyətin qalxması üçün də nə isə fikirləşək. →VagoMüzakirə 05:28, 26 may 2011 (UTC)
- İnşallah "ə" problemin də həll edərsən. Camaat Türk vikiperiyasına keçir? :) Xeyirdi? :)--Bakuemil 08:06, 26 may 2011 (UTC)
- Birini səhər sübhdən qaça-qaça gedən görüb soruşurlar ki, "Sabah-sabah xeyir ola?!". Cavab verir ki, "Xeyirdi inşallah, ədə (yəni atası) rəhmətə gedib" )→VagoMüzakirə 08:13, 26 may 2011 (UTC)
- İnşallah "ə" problemin də həll edərsən. Camaat Türk vikiperiyasına keçir? :) Xeyirdi? :)--Bakuemil 08:06, 26 may 2011 (UTC)
Təşəkkür
redaktəSalam, Emil, mükafatlara görə gec də olsa, təşəkkür edirəm. Hörmətlə, →VagoMüzakirə 07:00, 31 may 2011 (UTC)