Istifadeci Muzakiresi Cekli829 2012 Avqust - Wikipedia
2009 | Fevral | — | — | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2010 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2011 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2012 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2013 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2014 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2015 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2016 | Yanvar | Fevral | Mart | Aprel | May | — | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2017 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2018 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr |
Məlumat almaq
redaktəSalam. Siz bir neçə gün əvvəl mənim yaratdığım Bitlcus məqaləmə "Özgə dillərdə" bölməsinə "vikiləşdirmək" yazmışdınız. Sizdən xahiş edirəm ki, mənə bu bölmənin necə düzəldəcəyimi söyləyəsiz. Hörmətlə:-- Eagle94 Danışıq 14:32, 4 Avqust 2012 (UTC)
- Adı "Özgə dillərdə" olan o bölmədəki cədvəldə yalnız iki sütun var: Ölkə və Adı. Dil sütunu isə yoxdur. Ona görə də o cədvələ Dil sütununun əlavə edilməsi vacibdir. Hörmətlə, --►CEKLİde gəlsin 03:04, 6 avqust 2012 (UTC)
Ələsgər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş poçt markası
redaktəSalam. Ələsgər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş bu poçt markasında 3 və ya 4 filmdən kadr var. Mən həmin filmlərin adlarını dəqiq bilmirəm. Mümkünsə, o filmlərə aid müvafiq məqalələrə bu markanı da əlavə et. Hörmətlə, --►CEKLİde gəlsin 13:10, 13 avqust 2012 (UTC)
Salam. Fətəli xan, Böyük dayaq filmləridir. Amma markanı o filmlərin məqalələrinə aid etmək düzgün deyil məncə. Aktyorun məqaləsinə aid şəkildir. Uğur olsun!
Şablon
redaktəSalam hörmətli Cekli829 salamlar. Bir texniki problemə (elə demək münkünsə) lütfən yardımcı olun. Respublika İncəsənət Gimnaziyası səhifə hansı şablona daxil edilməlidir ?!--Asparux Xan Bulqar (talk) 17:45, 13 avqust 2012 (UTC)
- Əleyküm salam. Təəssüf ki, hazırda elə bir şablonumuz yoxdur. Amma tələbatı nəzərə alaraq {{Məktəb}} şablonunu hazırladım. Hələlik bu şablondan istifadə etmək olar. Hörmətlə, --►CEKLİde gəlsin 03:10, 14 avqust 2012 (UTC)
- Təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 03:11, 14 avqust 2012 (UTC)
- Bir daha salam hörmətli Cekli829. Bir texniki məsələyə dair sualım var: Kino sənətçisi şablonunda Milliyyət bölümü daxil edilsə niyə görünmür ?--Asparux Xan Bulqar (talk) 14:47, 15 avqust 2012 (UTC)
- Çünki həmin şablonda dediyiniz bölmə yoxdur. --►CEKLİde gəlsin 03:20, 16 avqust 2012 (UTC)
- Şablona keçid verdiyiniz üçün təşəkkür edirəm. Ancaq şablonun özünə və məqaləyə də müvafiq dəyişiklik etdikdən sonra da məqalədə yenə bu bölmə görünmədi.--Asparux Xan Bulqar (talk) 10:57, 16 avqust 2012 (UTC)
- Düzəldi. Siz dəyişikliyi burada etmişdiniz. Əlavə olaraq burada da müvafiq dəyişiklik etmək lazım idi. Hörmətlə, --►CEKLİde gəlsin 11:11, 16 avqust 2012 (UTC)
- Yardımınız üçün təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 11:19, 16 avqust 2012 (UTC)
- Düzəldi. Siz dəyişikliyi burada etmişdiniz. Əlavə olaraq burada da müvafiq dəyişiklik etmək lazım idi. Hörmətlə, --►CEKLİde gəlsin 11:11, 16 avqust 2012 (UTC)
- Şablona keçid verdiyiniz üçün təşəkkür edirəm. Ancaq şablonun özünə və məqaləyə də müvafiq dəyişiklik etdikdən sonra da məqalədə yenə bu bölmə görünmədi.--Asparux Xan Bulqar (talk) 10:57, 16 avqust 2012 (UTC)
سلام
redaktəsalam hörmətli dost Cekli829 bəy.vaxtiniz xeyr olsun.--E thp 07:26, 16 avqust 2012 (UTC)
- Əleyküm salam. Sizin də hər vaxtınız xeyirli olsun. --►CEKLİde gəlsin 07:45, 16 avqust 2012 (UTC)
Hüsamettin Çelebi
redaktəSəlamlar ..Əllaə kukımız ulsun nedən sız mənim suzumu Türkiyə vıkı sində düşənmediniz biz də deyərik bu qardaş larımıznan gerk Türkiyə türkcə sinə danışaq!!!!--Amir a57 (talk) 14:05, 22 avqust 2012 (UTC)
- Yoldaş məncə husamddın çəlbi əbən əxi türk ayd bir-şı tapabılsınız mən vıkı Azərbaycanda çalışıram..Vıkı fars da kürdlər husamddın çəlbi nı vıkı farscada uzəlrinə müsadrirə edib lər husamddın çəlbi mulananın müşəvəyəqi dır mənə köməklıq edın təşəkkür edirəm--Amir a57 (talk) 14:11, 22 avqust 2012 (UTC)
Nə üçün?
redaktəHörmətli Cekli829. Zakir Məmmədov (alim) məqaləsində Alimlər və Filosoflar kateqoriyalarını nə üçün silmisiniz? Həmin kateqoriyalar başqalarında mövcuddur. Xahiş edirəm, bunun səbəbini izah edəsiniz.--A.Zakirqızı (talk) 14:15, 22 avqust 2012 (UTC)
- Alimlər və Filosoflar kateqoriyalarının o məqalədə olması, viki dili ilə desək, kateqoriya ağacına zidd idi. Çünki həmin məqalədə Alimlər və Filosoflar kateqoriyalarının alt kateqoriyaları olan Azərbaycan alimləri, Azərbaycanlı alimlər, Azərbaycan filosofları, Azərbaycanlı filosoflar kateqoriyaları da mövcud idi. Bu halda məqalədən çıxartdığım 2 kateqoriyaya orada ehtiyac yoxdur. Digər məqalələrdə də müvafiq redaktələri etmək lazımdır. Hörmətlə, --►CEKLİde gəlsin 03:08, 23 avqust 2012 (UTC)
Hörmətli Cekli829. Alimlər və Filosoflar kateqoriyalarını nə üçün yalnız Zakir Məmmədov (alim) məqaləsindən silirsiniz, digər məqalələrdən ixtisar etmirsiniz? Başqa məqalələri niyə bu cür redaktə etmirsiniz? Bu ayrı-seçkiliyin səbəbi nədir? Xahiş edirəm, bunu izah edəsiniz.--A.Zakirqızı (talk) 14:50, 23 avqust 2012 (UTC)
- Ayrı-seçkilikdən söhbət gedə bilməz. Zamanım olduqca digər məqalələrdə də müvafiq redaktələri edirəm. Əgər vaxtınız və marağınız varsa, bunu Siz də edə bilərsiniz. Hörmətlə, --►Şahdağlı Cekli 03:07, 24 avqust 2012 (UTC)
Burada söhbət sizin Zakir Məmmədov (alim) məqaləsinə xüsusi diqqət yetirmənizdən gedir. Yəni digər məqalələrdə həmin kateqoriyaları ixtisar etmək əvəzinə, Zakir Məmmədov (alim) məqaləsini "redaktə" edirsiniz. Hörmətlə, --A.Zakirqızı (talk) 12:41, 24 avqust 2012 (UTC)
- Məgər Zakir Məmmədov (alim) məqaləsi Sizin şəxsi monopoliyanızdadır? Mənim fəaliyyətimə diqqət yetirsəniz xüsusi diqqət yetirdiyim məqalələrin yalnız Şahdağ xalqları ilə bağlı məqalələr olduğunu görə bilərsiniz. Müvafiq kateqoriyanı isə mümkün olduğu qədər bütün məqalələrdən ixtisar etməyə çalışıram. Hörmətlə, --►Şahdağlı Cekli 12:48, 24 avqust 2012 (UTC)
Zakir Məmmədov (alim) məqaləsini hər kəs redaktə edə bilər. Lakin hər hansı kateqoriyanı ixtisar etməyə Zakir Məmmədov (alim) məqaləsindən başlamağınız qəribədir. Hörmətlə, --A.Zakirqızı (talk) 12:58, 24 avqust 2012 (UTC)
- Hər şeyin bir başlanğıcının olması Sizə niyə qəribə gəlir axı? Mənim əvvəllər də belə redaktələrim olub. 94 min redaktəmin içərisindən onları tapmağım çox böyük zaman alacağı üçün təəssüf ki, linkini Sizə təqdim edə bilmirəm. Əgər vaxtınız və marağınız olsa, buyurun, axtarın. Hörmətlə, --►Şahdağlı Cekli 13:10, 24 avqust 2012 (UTC)
- Salam Hörmətli Acategory mən (Bilirsinizmi bölməsinin aylar üzrə siyahısı) adlı bir şablon hazırlamışam. Sizində mənim kimi bu işlə məşğul olduğunuzu nəzərə alıb, sizin bu barədə olan fikirlərinizi bilmək istərdim. Yanvar və iyun ayları üzrə bölmələr tam yekunlaşdı. Yanvar ayından etibarən isə İnşallah Bilirsinizmi bölməsi bir daha büdrəməyəcək. Hörmətlə:--Baskervill (talk) 19:51, 22 avqust 2012 (UTC)
Təşəkkür edirəm. Elə mən də Sizdən bunu xahiş edəcəkdim. Hörmətlə --Acategory (talk) 05:53, 23 avqust 2012 (UTC)
- Əgər etiraz etməsəniz, mən gələn həftə Bilirsinizmi layihəsini hər gün üzrə hazır edə bilərəm. Ana Səhifədə hər gün yeni məlumatların görsənməsi məncə heç də pis olmaz. --►CEKLİde gəlsin 07:28, 23 avqust 2012 (UTC)
- Təklif yaxşıdır, ancaq onun texniki çətinlikləri vardır. Hər buraxılışda 6 məlumat yazılır, həftəyə 42 yeni məlumat olmalıdır. Özü də bu məlumatlar, oxucununu marağına səbəb olmalıdır. Deməli bu məlumatlar axtarılmalı və sistemləşdirilməlidir. Əgər hər günü bir nəfər istifadəşi hazırlayarsa, mən də onlardan biri olmağa hazıram. Hörmətlə --Acategory (talk) 07:36, 23 avqust 2012 (UTC)
- Cəmi 2196 məlumat edir. Fikrimcə ən geci yanvar ayına kimi istifadəçilərə yeni Ana Səhifə təqdim edə bilərik. Bu layihə ilə bağlı digər texniki çətinlikləri gələn həftə maksimum 1-2 saata həll edə bilərəm. --►CEKLİde gəlsin 07:41, 23 avqust 2012 (UTC)
Xəbərdarlığa görə təşəkkür
redaktəBuradakı xəbərdarlığınıza görə təşəkkür edirəm. Əlavə olaraq nəzərinizə çatdırım ki, mən məhz Adil Əsədov məqaləsi ilə bağlı müzakirə aparmışam. Əgər müvafiq məqalə məqalənin müəlliflərindən biri ilə bağlıdırsa, bu barədə heç bir dəqiq məlumatım yoxdur. Məhz müzakirə zamanı istifadə etdiyim bu mənbədə də məqalə müəllifləri ilə bağlı heç nə yoxdur və onların istifadəçi adlarından həmin linkdə istifadə olunmamışdır. Eyni zamanda mən də bu müraciətimdə məqalə müəlliflərindən qətiyyən bəhs etməmişəm. Dərin hörmətlə, --►CEKLİde gəlsin 08:21, 23 avqust 2012 (UTC)
Istinadla bağlı iradınız düzgündür. Ancaq kiminsə ailədaxili məsələlərini tapıb burada müzakirəyə çıxarmaq və ona şəxsi münasibət bildirmək yolverilməzdir. Siz təcrübəli və xidmətləri olan istifadəçi və idarəçisiniz. Sizdən bu addımı görmək mənim üçün şok oldu. İstərdim ki, məni düzgün başa düşəsiniz. Vikipediyada səmiməyyəti qorumaq, yeni istifadəçilərlə səbirlə işləmək bizim borcumuzdur. Hörmətlə --Acategory (talk) 09:51, 23 avqust 2012 (UTC)
- Təbii ki, Sizinlə müəyyən qədər, hətta bir qədər də çox razıyam. Əgər ailədaxili məsələ Ali Məhkəməyə qədər gedib çıxıbsa, deməli bu məsələ artıq ictimailəşib. Bu məsələ internetə yol tapıbsa, bu artıq mənim günahım deyil. Vikipediya çox dəyərli bir layihədir. Burada barəsində məqalə olan hər bir şəxsin də nə dərəcədə dəyərli olduğu obyektiv əsaslarla təqdim olunmalıdır. Əlbəttə ki, hər bir insanın mənfi və müsbət keyfiyyətləri var. Kiminə görə mənfi olan, digərinə görə müsbət ola bilər və yaxud da əksinə. Bu artıq şəxsi fikirlər və ya şəxsi münasibətdir. Doğrusu mən də Adil müəllim kimi bir ziyalının ailəsi ilə bağlı müvafiq məsələni eşidəndə şok oldum. Əlavə olaraq bildirim ki, müvafiq məqalədə redaktə etməsinə şərait yaratdığınız istifadəçi digər təcrübəli istifadəçilərə əhəmiyyət vermədən vikipediyanın işini pozmaqda davam edir. İnanıram ki, bu barədə müvafiq tədbir görəcəksiniz. Vikipediyada səmimiyyəti qorumaq məsələsində isə təbii səmimiliyə üstünlük verirəm, süniliyə ümumiyyətlə cəhd etmirəm. Dərin hörmətlə, --►CEKLİde gəlsin 10:14, 23 avqust 2012 (UTC)
Məqalə ixtiyarınızdadır
redaktəSəbirli olun
redaktəHörmətli Philosopherazer. Xahiş edirəm, səbirli olun, bir müddət Adil Əsədov məqaləsinə heş bir düzəliş etməyin. Çünki, Sizin düzəlişlərinizdə həqiqətən müəyyən xətalar var və onlar vikipediya qaydalarına uyğunlaşdırılmalıdır. Ehtiyat edirəm ki, Sizin redaktə müharibəniz Sizin bloklanmanızla yekunlaşa. İnanın ki, dostum Cekli ilə birgə biz onu Sizin arzuladığınız səviyyəyə çatdıracayıq. Səbirli olun. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 09:56, 23 avqust 2012 (UTC)
Hörmətli Acategory.
Sizin Azərbaycan vikipediyasında idarəçilərdən biri olaraq təcrübənizə və səmimiyyətinəzə inandığımı bir daha bəyan edirəm. Məqaləni Sizin ixtiyarınıza buraxıran. Hörmətlə, Sizin, --Philosopherazer (talk) 10:08, 23 avqust 2012 (UTC)
Təşəkkür edirəm.--Acategory (talk) 10:44, 23 avqust 2012 (UTC)
Məqalə ixtiyarınızdadır. Məqbul saydığınız düzəlişləri edin. Sonradan onun üzərində mən də işləmək fikrindəyəm. Hansısa məsələdə fikir ayrılığımız olarsa yenidən müzakirə edərik. Hər halda azərbaycan cəmiyyəti özünün fəlsəfə doktorlarını tanımalıdır. --Acategory (talk) 10:44, 23 avqust 2012 (UTC)
- Minnətdaram. Bu alimlərlə danışmaq adama ləzzət edir. Gec-tez bir-birimizi başa düşə bilirik:))))) --►Şahdağlı Cekli 10:51, 23 avqust 2012 (UTC)
Sual
redaktə- Zəhmət olmasa indi Siz mənim bir sualıma cavab verin: Vikipediyada kopi-past olar, ya yox? --►Şahdağlı Cekli 09:59, 24 avqust 2012 (UTC)
Hörmətli Cekli. Vikipediya qaydaları ilə qadağan olunmayan hər şey icazəlidir.--Acategory (talk) 10:15, 24 avqust 2012 (UTC)
- Çox təəssüf edirəm ki, Vikipediyanın elementar qaydalarına idarəçi olaraq əməl etmirsiniz. Elə isə biz idarəçilərə Azərbaycandilli Vikipediyada heç bir ehtiyac yoxdur. Qayda yoxdur deyə qaydasızlıq mühüti yaratmaq olmaz. İstinad üçün, Vikipediya:Terminlər:
- "Kopivno (en. copyright violation-"müəllif hüquqlarının pozulması" və ya en. copy version in original-dəyişikliksiz köçürmə) - Müəllif hüquqları ilə qorunmuş olan yazıların dəyişiklik etmədən Vikipediyaya köçürülməsi. Vikipediyada bu cür məqalələrin olması qadağan olunmuşdur." --►Şahdağlı Cekli 10:31, 24 avqust 2012 (UTC)
Bu redaktənizi alqışlayıram. Əlavə olaraq İradə xanımın müzakirə arxivindəki bu müzakirə ilə də tanış olmağınızda fayda olduğunu düşünürəm. Hörmətlə, --►Şahdağlı Cekli 10:41, 24 avqust 2012 (UTC)
Hörmətli və çılğın dostumuz Cekli. Suallarınız bir-bir cavab vermək istəyirəm :
- Göstərdiyin mənbədə "Yazıların dəyişiklik etmədən Vikipediyaya köçürülməsi... qadağan olunmuşdur". Mənim yaratdığım məqalədə isə mənbə göstərlir və xeyli dəyişiklik edilmişdir. Deməli, məqalə hətta ilk varianda belə göstərdiyinz bəndin təsiri altına düşmür. Onun üzərində müəyyən qədər dəyişiklik etmək planmda olsa da Siz məni polemikaya çəkdiniz.
- Məsələnin belə qoyuluşu xeyli sayda bacarıqlı, ancaq təcrübəsiz ensiklopediya həvəskarlarını vikipediyadan kənarda qoyur. Çünki, hər yazıya icazə almaq mexanizmi şəxsən mənim üçün aydın deyil.
- Əgər mən hansıa qaydanı pozuramsa idarəçilərin mənə xəbərdarlıq etmək və bloklamaq hüququ vardır. Kimsə bunu edərsə, qaydalara tabe olacağam.
- İddia etmirəm ki, vikipediyada hər çeyi bilirəm. İndi də çətinlik şəkdiyim xeyli məsələlər vardır. Hörmətlə --Acategory (talk) 10:58, 24 avqust 2012 (UTC)
- Azərbaycanca Vikipediyada qüvvədə olan qaydalar hazırlanarkən, müəyyən qədər qeyri-peşəkarlığa yol verilmişdir. Ona görə də zaman-zaman qaydalardakı boşluqlarla bağlı belə problemlər yaranır. Amma META-nın təcrübəsindən istifadə etmək mütləqdir. Kopivno ilə bağlı son olaraq bildirim ki, heç bir cümlə də olsun kopi-past edilməməlidir. Sizin yaratdığınız müvafiq məqalələrdə isə bu hal kütləvi şəkildədir. Əlavə olaraq bildirim ki, hətta elektron formatda olmayan kitab cümlələri də olduğu kimi köçürülməməlidir. Bir zamanlar məlumatsızlıq səbəbindən belə fəaliyyətim olub. Amma indi belə hallara yol verməməyə çalışıram. İnanıram ki, Siz də fəaliyyətinizdə bu məsələləri nəzərə alacaqsınız. Vaxtım olarsa, həmin iki məqalədəki müvafiq problemlərin aradan qalxmasında Sizə kömək etməyə çalışacağam. Hörmətlə, --►Şahdağlı Cekli 11:09, 24 avqust 2012 (UTC)
Dostumuz Cekli. Hesab edirəm ki, vikipediyada "Kopivno" məsələsi olmamalıdır. Çünki, burada hər kəs loginlə çıxış edir və redaktələr azaddır. Heç kəs, heç bir məqaləyə müəlliflik hüququnu iddia edə bilməz. Digər tərəfdən, burada hər sahənin yüksək səviyyəli mütəxəssisləri deyil, sadəcə ensikloediya həvəskarları fəaliyyət göstərir. Onlar isə materilı mütləq haradansa götürməlidirlər. Əlbətdə, mənbə göstərilməli və bədiilik olmamalıdır.
Siz İradə xanımın müzakirə arxivindəki bu müzakirə ilə də tanış olmağı məsləhət bildiniz. iradə xanım azərbaycan vikipediyasının fəxri olduğuna görə hamımızın borcu ona hörmət etmək və ondan öyrənməkdir.
Hörmətlə --Acategory (talk) 11:56, 24 avqust 2012 (UTC)
- "Kopivno" məsələsində İradə xanımın da münasibətini bilmək maraqlı olardı. Əgər o da Sizinlə eyni fikirdədirsə, deməli Azərbaycanca Vikipediyanın sonu çatıb:( Hörmətlə, --►Şahdağlı Cekli 12:20, 24 avqust 2012 (UTC)
Şadam ki, azərbaycan vikipediyasında sərbəst fikir bildirmək imkanı vardır.--Acategory (talk) 12:25, 24 avqust 2012 (UTC)
mucü ildə avat.com
redaktəSalam. Bu redaktənizdə musavat.com sözlərini mucü ildə avat.com sözləri ilə dəyişdirmisiniz. Guman edirəm ki, bu texniki səhvdir. Elə bu səbəbdən də həmin sözü əvvəlki halına qaytarıram. Hörmətlə, --►Şahdağlı Cekli 07:14, 27 avqust 2012 (UTC)
Diqqətcilliyinizə və zəhmətinizə görə təşəkkür edirəm. Hörmətlə --Acategory (talk) 16:52, 27 avqust 2012 (UTC)
Kateqoriya istifadəsi barədə
redaktə"Milyon nəfərdən çox əhalisi olan şəhərlər" adlı yeni bir kateqoriya yaratmışam. Məsləhət etmək istəyirəm : bu kateqoriyanı bu statusa düşən ölkə payatxtlarına işlətmək lazımdırmı, yoxsa hansısa digər situasiya var ? Hörmətlə --Acategory (talk) 16:52, 27 avqust 2012 (UTC)
- Paytaxtların hər birinin şəhər olduğunu nəzərə alsaq, təbii ki, həmin məqalələrə bu kateqoriyanı əlavə etmək olar. Amma kateqoriyanı əlavə edərkən baxmaq lazımdır ki, həmin şəhər haqqında kateqoriya varmı? Əgər varsa, o zaman bu kateqoriyanı müvafiq məqaləyə deyil, onun adı ilə eyni olan kateqoriyaya əlavə etmək lazımdır. Hörmətlə, --►Şahdağlı Cekli 03:11, 28 avqust 2012 (UTC)
salam
redaktəsalam . istəyirəm mənə adlar üçün yardim edəsiz ..mənim fikrimcə biz gərək az viki şablonlarin inglis dilindən azərbaycan dilinə tərcümə edək sonra botla eslah edək .Nümunə "Şablon:Vikianbar" ya {{Rtl}}],{{-Rtl}}] → Sol və sağ ya references ... hörmətlə .--E thp 11:30, 29 avqust 2012 (UTC)
- Hazırda botla işləmək üçün texniki imkanlarım məhduddur. Tövsiyyə edirəm ki, bu mövzuda dəyərli həmkarım Vago ilə məsləhətləşin. Dərin hörmətlə, --►Şahdağlı Cekli 11:42, 29 avqust 2012 (UTC)
- Bot üçün bir probləm yoxdur mənim bot bo işləri edər adlarin uyğun olmasi üçün sizdən yardim istəyirəm .--E thp 11:51, 29 avqust 2012 (UTC)
Kömək lazımdır.
redaktəSalam. Xahiş edərdimki bu Şablon:Futbol oyun məlumatı şablolunda düzəliş edəsiniz. Yeni bir səhifə (UEFA Çempionlar Liqası Finalı 2012) açmışam. Ancaq əsas məlumat qutusu açılmır. Köməyiniz üçün minnətdaram. --Khan27 (talk) 16:34, 30 avqust 2012 (UTC)
- Problem həll olundu. --►Şahdağlı Cekli 06:35, 31 avqust 2012 (UTC)
Təşəkkür edirəm --Khan27 (talk) 12:55, 2 sentyabr 2012 (UTC)