Istifadeci Muzakiresi Guardian Of The Divine Rabbit - Wikipedia
Istifadeci Muzakiresi Guardian Of The Divine Rabbit - Wikipedia - Haqqında Məlumat
Şablon
redaktə- Salam. Hazırda Təşkilatlar şablonunu yenidən yığıram. Köhnə formatda və parametrlərdə yığıldığı üçün onun yenidən yığılmağa ehtiyacı var. Nəyin əlavə olunmasını və ya digər təklifləriniz varsa, buyurun. --Toghrul Rahimli (müzakirə) 09:54, 10 sentyabr 2018 (UTC)
- Salam Toğrul, etdiyiniz dəyişkləri revert etdiyim üçün üzgünəm və əziyyətinizi yerə salmaq istəməzdim, lakin bu şablonu çox məqalə istifadə edir. Lütfən dəyişiklikləri backward compatibility-ni nəzərə alaraq edin. Yeganə təklifim budur, şablonları redaktə etməkdə təcrübəm demək olar ki yoxdur. --Guardian of the Divine RabbiT (müzakirə) 10:53, 10 sentyabr 2018 (UTC)
- Bu şablonda səhv çoxdur. Ən əsas məsələ şəkil yerləşdirmək üçün mütləq [[Şəkil: yazmaq lazım olmasıdır. Bu, Vikipediya standartlarında yoxdur, ona görə də az öncə etdiyim dəyişiklikdə onu ləğv etmişdim. Əgər o ifadəni silib yerinə sadəcə şəklin adını yazsaydınız şablon mükəmmək şəkildə çalışacaqdı. Lakin problem budur ki, bütün məqalələr bu metodla yığılıb. Bunun üçün hər bir istifadə olunan şablonda onları silmək lazım olacaq. Hörmətlə, --Toghrul Rahimli (müzakirə) 11:01, 10 sentyabr 2018 (UTC)
- Siz məndən daha təcrübəli istifadəçisiniz. Əgər şəklin adını yazmaq ilə hər şey düzəlirsə, mən razıyam dəyişiklik ilə. Biz öyrənə bilərik məhz hansı məqalələr bu şablondan istifadə edir? Bilsəydik, onları həmən dəyişiklikdən sonra redaktə edə bilərdik. --Guardian of the Divine RabbiT (müzakirə) 11:06, 10 sentyabr 2018 (UTC)
- Təşəkkür edirəm. Sizin məqalənizdə sınaqdan keçirdim, yeni şablon yaxşı işləyir. Sadəcə etdiyim kimi, faylın adı.jpg tipli yazmaq kifayət edir. Həmçinin emblemi əmrinə Loqo əmrini də əlavə etdim, yəni hər ikisini yazsanız belə şəkil çıxacaq. Məqalələrdə düzəlişləri isə burdan edə bilərsiniz:Kateqoriya:Əlifba_sırasına_görə_təşkilatlar. Şablonda xüsusi kateqoriya yaratmaq üçün kod əlavə etdim, bu vasitə ilə rahatlıqla şablonun istifadə etdiyi məqalələri görmək olar. Hörmətlə--Toghrul Rahimli (müzakirə) 11:17, 10 sentyabr 2018 (UTC)
- Təşəkkür edirəm! Belə görürəm ki, siz əlifba sırası ilə redaktə edirsiniz. Mən də əks istiqamətdə əlifba sırası ilə edirəm. --Guardian of the Divine RabbiT (müzakirə) 11:53, 10 sentyabr 2018 (UTC)
- Göstərdiyiniz köməkliklərə görə minnətdaram. İlk səhifəni mən bitirəcəyəm. Bu arada yeni parametrlərlərdə loqonun və şəklin ölçüsünü nizamlamaq kimi funksiyalardan də istifadə edə bilərsiniz.--Toghrul Rahimli (müzakirə) 12:46, 10 sentyabr 2018 (UTC)
- Ümumdünya Ticarət Təşkilatında legend ilə problem yaranır. Mən əks əlifba sırası ilə bu məqalədə dayanıram, çünki ehtiyatlanıram ki, nəyisə səhv etmiş olaram, məlumat itər. Əks əlifba sırası ilə gedəndə, redaktə etmək yerinə, 2 saata yaxın vaxt xərclədim ki, YAP Gənclər Birliyi § Tənqid paraqrafını hazırlayım :D Nə isə, Sizə bu çətin işdə uğurlar! --Guardian of the Divine RabbiT (müzakirə) 13:32, 10 sentyabr 2018 (UTC)
Xəbərdarlıq
redaktəSalam. Zəhmət olmasa məqalələrə tənqid başlığı altında əlavələr etməyin. Vikipediya bu tip əlavələrin yeri deyil, ensiklopediyadır. NMW03 (müzakirə) 12:51, 8 aprel 2021 (UTC)
- Salam. Tənqid başlığı məqsədə uyğundur: https://en.wikipedia.org/?q=Wikipedia:Criticism#%22Criticism%22_section Dəyişikliyinizi geri çevirdim. Guardian of the Divine RabbiT (müzakirə) 13:42, 8 aprel 2021 (UTC)
- Həmin qayda ingiliscə vikipediyaya aiddir. Həmçinin bu tənqid deyil. NMW03 (müzakirə) 15:39, 8 aprel 2021 (UTC)
- Azərbaycan vikisində tənzimlənmədiyinə görə, İngilisə istinad eləmək normaldır. Tənqid deyilsə, nədir? Guardian of the Divine RabbiT (müzakirə) 16:58, 8 aprel 2021 (UTC)