Istifadeci Muzakiresi N1c4t97 Arxiv 1 - Wikipedia
Hörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:220px-Eminem performing live at dj hero party.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 09:01, 5 sentyabr 2014 (UTC)
Fayl statusu Şəkil:Alternativtsslp.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Alternativtsslp.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 18:33, 11 sentyabr 2014 (UTC)
Azərbaycanlılar
redaktəSalam hörmətli istifadəçi N1C4T97. Burada bunu müzakirə edirik, hərçənd mən də adın o şəkildə yazılması lehinəyəm ancaq hələ yekunlaşma olmadığı üçün dəyişikiyi qaytardım. İstəyirsinizsə buyurun müzakirədə iştirak edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 17:00, 22 noyabr 2014 (UTC)
- Salam. Başa düşmədim nəyi müzakirə edirsiz ki? Kimlə edirsiz? Bu konkret bir şeydi. Azərbaycanlı olmaq vətəndaşlıqdı. Ləzgi də Talış da azərbaycanlıdı. Milliyət isə ayrı bir şeydi. Müzakirə etdiyiniz adam kimidiki elə onun istəyilə yazılır, məqalənin yaradıcı zaddı? Uzağ başı səsvermə edək həll olsun.N1C4T97 (talk) 09:49, 7 dekabr 2014 (UTC)
Şəkil
redaktəDediyiniz hər iki şəkil görsənir indi. --Araz Yaquboglu (talk) 07:38, 28 noyabr 2014 (UTC)
- Salam həmkar. Commonsda olan faylları AzVikiyə yükləməyə ehtiyac yoxdur. həmin faylın adını olduğu kimi kopi-past etsəz həmin şəkil azvikidə görünəcək. --Araz Yaquboglu (talk) 09:24, 7 dekabr 2014 (UTC)
Azərbaycan Türkləri
redaktəSalam. Başa düşmədim nəyi müzakirə edirsiz ki? Kimlə edirsiz? Bu konkret bir şeydi. Azərbaycanlı olmaq vətəndaşlıqdı. Ləzgi də Talış da azərbaycanlıdı. Milliyət isə ayrı bir şeydi. Müzakirə etdiyiniz adam kimidiki elə onun istəyilə yazılır, məqalənin yaradıcı zaddı? Uzağ başı səsvermə edək həll olsun N1C4T97 (talk) 13:25, 9 dekabr 2014 (UTC)
- Xeyir hörmətli həmkar, sadəcə mane olmamağımın səbəbi idarəçilərin (iki nəfər) iradəsidir: məndən məqalə bitənədək (üzərində işləyən həmkarımız bildirib ki, rusca olan müvafiq məqaləni dilimizə tərcümə edək köçürür yəni kopi-past edir; xahiş edib ki, idarəçilərdən məzmun tam tərcümə edilib köçürülməyənədək onu müzakirəyə cəlb edərk işdən uzaqlaşdırmayım) məzmunu müzakirə etməməyi xahiş/tələb ediblər. Məcbur olaraq redaktələrlə razı olmasam da yaxın 10 gün ərzində göz yummalıyam: sonra isə məqalənin o şəkildə qalması ilə barışmayacam. Çünki orada yazılan bir çox iddialar yalnışdır və bu samballı mənbələrlə təsdiqlənir. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 16:59, 9 dekabr 2014 (UTC)
- Həmkarımızla aramızda qızğın müzakirə/mübahisə gedir ( Məqalənin rus dilindəki versiyası→ Azərbaycanlılar anlayışı: millət→Bele ehemiyyetli meqaleni öz başınıza silmeyin və Gürcüstanla bağlı toponimlər→Qərar (layihə)) — görünən odur ki, iki tərəfdən biri güzəştə getməlidir, ancaq mən o tərəf olmaq niyyətində deyiləm.--Asparux Xan Bulqar (talk) 17:12, 9 dekabr 2014 (UTC)
Məhəmməd Əmin Rəsulzadə
redaktəMəhəmməd Əmin Rəsulzadə məqaləsindəki etdiyim dəyişiklikləri niyə əvvəlki halına qaytardın? --N1C4T97 (talk) 12:42, 16 yanvar 2015 (UTC)
- Əvvəlcə sən yox siz. Düşünürəm ki, daha etik bir formada danışmaq məndən çox sizin xeyirinizə olacaq bir məsələdir. Digər bir tərəfdən isə hər hansısa bir məqaləyə yeni biri istifadəçinin kütləvi redaktə etməsi çox zaman problemlərə yol açır. Siz həmin məlumatları hissə-hissə də əlavə edə bilərsiniz. Birdə ki, əfəndi məqalənin tarixcə bölümünə baxmaqla şahidi ola bilərdiniz ki, həmin redaktəni mən sonradan geri qaytardım. Hörmətlə:--Baskervill müzakirə 20:10, 16 yanvar 2015 (UTC)
Milliyət
redaktəSalam Asparux Xan Bulqar. Yadındadırsa səninlər bir müddət əvvəl azərbaycanlı türk məsələsi haqqında danışmışdıq. Onun axırı nə oldu? Elə azərbaycanlı olaraq da qaldı? Kənd meydanında https://az.wikipedia.org/?q=Vikipediya:K%C9%99nd_meydan%C4%B1#Az.C9.99rbaycanl.C4.B1_v.C9.99_T.C3.BCrk_anlay.C4.B1.C5.9F.C4.B1 belə bir başlıq yaratdım. Müzakirələrə sən də qoşulsan şad olaram. --N1C4T97 (talk) 16:22, 18 yanvar 2015 (UTC)
- Hörmətli həmkar salam. Sizdən üzr istəyirəm, hazırda bir balaca vaxt qıtlığı çəkirəm-vikiyə vaxt ayıra bilmirəm. Sizin bəhsini etdiyiniz mövzu diqqətimdədir. Mənim niyyətim ana məqaləni (xalqımız haqqında) uyğun şəkildə dəyişdirməkdir. Bunun üçün yaxşı məqalə hazırlamaq lazımdır. Kənd meydanından müraciəti silməyinizi xahiş edirəm: çünki istədiyiniz marağı görməyəcəksiz. İndi bu məsələ heç kəsi maraqlandırmır. Çünki məqalədəki hazırkı vəziyyət kökündən dəyişməli olan münasibətin güzgüsüdür. Yalnız bünövrəni hazırladıqdan sonra doğru olan şəklə nail olacağıq. Mən məxəzləri öyrənirəm. Əlyazmaları, ilk tərcümələri, saxlanıldığı yerlər, əlyazmaları həqiqiliyi (səhihliyi) barəsində önəmli türkoloqların münasibətləri kimi dəqiqləşdirmələrlə düşünürəm ki, saxtakarlığın və türk adına edilən qara piyarın qarşısını almaq münkün olacaqdır. Sadəcə inanmağınızı istərdim ki, 2015-ci ildə önəmli məqalələr yazılacaq tariximiz və etnoqrafiyamız haqqında. Hazırda olan-qalan az vaxtımı da yarımçıq saxlaya bilməyəcəyim Qars vilayəti məqaləsinə sərf etməliyəm ki, sona çatdırım. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:08, 18 yanvar 2015 (UTC)
- Nicat bəy təşəkkür edirəm. Qars oblastı ilə bağlı məqaləni bitirim - ona baxanda ümid edirəm Azərbaycanlılar adlı məqalənin necə yazılacağı haqqında az da olsun təsəvvür yarada biləcəm. Çox ümid edirəm ki, bu hamımız üçün önəmli olan xalqımız haqqında məqalənin yazılmasında siz də kömək edəcəksiz. Dərin hörmətlə həmkarınız !--Asparux Xan Bulqar (talk) 08:58, 19 yanvar 2015 (UTC)