Istifadeci Muzakiresi Princevaliant - Wikipedia
Vikipediya | Xoş gəldiniz, PrinceValiant! |
Tez-tez soruşulan suallar | Salam, PrinceValiant. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Vüsal Ağayev 00:33, 30 Avqust 2008 (UTC)
Salam
redaktəSalam. AzVikidəki fəaliyyətinizi maraqla izləyirəm.Fəaliyyətiniz üçün təşəkkürlər. --Axan.bulut 05:37, 31 Avqust 2008 (UTC)
Salamlar. Yuxarıda deyilən sözlərə mən də qoşuluram. Həqiqətən də AzVikinin sizin kimi istifadəçilərə böyük ehtiyacı var. Yaratdığınız məqalələr və şablon da çox dəyərlidir. Bir kiçik qeydim var - məqalələrə bir qədər çox məlumat daxil edin. Yəni 3-4 cümləlik 10 məqalədənsə, zəngin məzmunlu 1-2 məqalə yaratmaq daha yaxşı olardı. Görürəm və inanıram ki, bu sizin imkanlarınız daxilindədir. Bir daha AzVikiyə xoş gəlmisiniz! Hörmətlə:--Sortilegus 19:38, 4 Sentyabr 2008 (UTC)
Astronomik vahid
redaktəAstronmik vahid məqaləsinin adı səhvdir. Mən düzgün olanı yaratdım və tərkibi ora kopyaladım amma sən demə yaratmasaydım adını dəyişmək mümkünmüş. Sonra gördüm. Xahişim səhv olanı silməyiniz. Təşəkkürlər.
Adında orfoqrafik səhv olan məqalənin adı düzgün yazılandan və məzmun həmin adı düzgün yazılan məqaləyə köçürələndən sonra silinməlidir. Yeni istifadəçilərdə bu cür səhvlər çox olur:) Narahat olmayın. Yaratdığınız dəyərli məqalələrdən heç biri silinməyəcək. Amma bir kiçik qeydim də var (qeyd eləməkdən deyəsən xoşum gəlir:)) - bu tip məqalələrdə ikinci sözü kiçik hərflə yazmaq daha düzgündür "Astronomik vahid", "Cazibə qanunu", "Türkmənçay müqaviləsi" və s. Hörmətlə:--Sortilegus 20:48, 7 Sentyabr 2008 (UTC)
Salam Təkrar
redaktəSalam Sortilegus. Mənim yenə balaca bir qeydim var. Bu "Ölkələrinə görə Qitaraçılar" kateqoriyasını adı biraz qulağa xoş gəlmir axı. Sanki Qitara satan kimi başa düşülür :). Bunu dəyişib "Qitara Virtuozları" və ya başqa daha yaxşı səslənən nəsə eləmək necə olar? Bilirəm çox məşğulsan. Ona görə də indidən sağol.
Salamlar. Kateqoriyanın adı mümkün qədər qısa və anlaşıqlı olmalıdır. "Kateqoriya: Ölkələrinə görə gitara virtuozları" çox uzundu:) Onda gərək o kateqoriyada "Ölkələrinə görə pianoçular" kateqoriyasının adını dəyişib qoyaq "Ölkələrinə görə piano virtuozları". Başqa daha yaxşı səslənən variant təklif edə bilərsənsə - buyur. Bir də "qitara" yox, "gitara" - Azərbaycan dilində yazılış belədir:) P.S. İsmarıclarının sonunda imzanı qoymağı unutma. Yuxarıda alətlər siyahısında 10-cu düymədir. Hörmətlə:--Sortilegus 17:42, 9 Sentyabr 2008 (UTC)
Təşəkkür
redaktəsalam PrinceValiant bəy Krater mənasın dəqiqləşdirməyə görə Təşəkkürlər. bir soru ! siz Ayrı vikipediyalarda da çalışırsınız? çunki professional rəftarınız var !! hər halda cox sevinirəm ki azvikipediyada çalışırsınız.--Axan.bulut 18:14, 9 Sentyabr 2008 (UTC)
Salam
redaktəÇox sağol ulduz üçün. Sənə çatmağa çalışıram amma görürəm ki mümkün deyil. :))))). Uğurlar və müvəffəqiyyətlər.
Dəyməz. Burada sənin kimi istifadəçilərə böyük ehtiyac var. Çatmaq məsələsinə gəldikdə isə önəmli olan fəaliyyət statistikası deyil, önəmli olan burada dəyərli işlər görməkdir. Ancaq xoş rəqabətə həmişə hazıram :). Təki istək olsun və Uğur olsun!
P.S. Mesajlarında imza qoymağı unutma. Bu şəkildə(mötərizənin içindəkiləri yaz imza yazılacaq): (iki tire və 4 tilda işarəsi ya da yuxarıdaki xanalarda soldan 10-cu düyməyə bas)
--Vüsal Ağayev 22:12, 14 Sentyabr 2008 (UTC)
Nizamlamalar bölümündə ləqəb olan pəncərəyə emailini yazmısan yəqin. Ordan dəyişmək olar.
--Vüsal Ağayev 22:36, 14 Sentyabr 2008 (UTC)
Test
redaktəBu sadece testdır. --PrinceValiant 22:47, 14 Sentyabr 2008 (UTC)
Bürclərlə əlaqədar
redaktəSalam təkrar.
Bir problemi həll edə bilmirəm. Burda belə səhifə var Dolça(bürc) amma bu yenə də anlaşılmazdır. Çünki həm astrologiya həm də astronomiyada bu eyni adlanır. Ümumiyyətlə 12 Zodiak bürcü məsələni mürəkkəbləşdirir. Mən Kateqoriya:Bürclər qisminə də baxdım orda da sadəcə Dolça adlandırılıb. Bəzilərinin keçidi, məs: Buğa (bürc) şəklindədir bəzilərininki isə məs: Oxatan şəklində. Bunu necə düzəltmək olar ? Dəqiqləşdirmə şablonu qoysaq belə Buğa () Buğa (astronomiya) Buğa (zoologiya) şəklində olacaq yoxsa Buğa bürcü(astrologiya) Buğa bürcü (astronomiya) şəklində? Ya da Buğa (bürc) Buğa (zoologiya) sonra da Buğa (bürc) səhifəsinə də dəqiqləşdirmə şablonu qoyub .... Çox uzun olur e. Lap başımı itirmişəm. Kömək etsən şad olaram. --PrinceValiant 19:14, 15 Sentyabr 2008 (UTC)
- Salamlar. Bu məqalələrlə Sortilegus bir müddət məşğul olmuşdur. Yaradanda belə adlandırıb. Mövzu ilə əlaqədar öz fikrimi səsləndirmədikdən öncə onun fikrini öyrənmək yerinə düşər. --A_M_D m-f 14:11, 16 Sentyabr 2008 (UTC)
Salam. Mən əsasən zodiak bürcləri məqalələrini yaratmışam. Burda istifadəçilər öz istifadəçi səhifələrində hansı zodiak bürcündə anadan olublarsa, onu qeyd edirlər, ona görə vacib idi bu məqalələri yaratmaq. Amma indi görürəm sən astronomiya bürcləri məqalələrini inkişaf etdirdikcə bu adlandırma problemi aktuallaşır. Məncə, düzgün variant məsələn, Buğa (zoologiyadakı, yəni heyvan:)) elə qalsın Buğa. Məqalənin adını Buğa (zoologiya) - ya dəyişməyə ehtiyac görmürəm. Çünki onda Qız məqaləsini də gərək dəyişib adını qoyaq Qız (anatomiya):) Məncə bu düz deyil. Amma Buğa (bürc) üçün dəqiqləşdirmə səhifəsi yaratmaq lazımdır. Bu şəkildə olar Buğa (astrologiya) və ya Buğa (zodiak), o biri məqalə Buğa (astronomiya). İkisinə də Buğa (bürc) dəqiqləşdirmə səhifəsində keçid verilməlidir. Eləcə də adları üst-üstə düşən digər astrologiya (zodiak) və astronomiya bürcləri üçün bu formanı tətbiq etmək olar. Buğa bürcü (astrologiya), Buga bürcü (astronomiya) uzundur. Yuxarıda təklif etdiyim variant məncə daha məqbuldur. Onsuz da Buğa (astrologiya) yazılanda aydın olur ki, zodiak bürcündən söhbət gedir. Sadəcə burda məsələn "Buğa bürcü" kimi də axtarış verilə bilər deyən, "Buğa bürcü" səhifəsini Buğa (bürc) dəqiqləşdirmə səhifəsinə istiqamətləndirmək də lazımdır. Mənim təklifim belədir. Hörmətlə:--Sortilegus 22:43, 16 Sentyabr 2008 (UTC)
Oxudum. Sonra oxudum bir də axır ki başa düşdüm. Səhərdi baş işləmir. Dediyin variant superdi, indi bir dənə də xahiş edim də sən bir dənəsini o dediyin kimi elə mən də ona baxım qalanlarını həll edim. İndi mən nəsə eləsəm dolaşacam bilirəm. Səhərdən kompyuterin sifətinə baxıram heç nə eləməyə əlim gəlmir. :))). Çox sağol kömək üçün. Bezdirəcəm burdakıları eləcə də səni suallarnan :))).
P.S: Mənə maraqlıdı sabah birisi Anatomiyada elə məqalə yaratsa neyləyəssən? ;))
Hörmətlə: --PrinceValiant 23:24, 16 Sentyabr 2008 (UTC)
O nə söhbətdir:) Bacardığım nə köməyi edə bilərəmsə mən həmişə hazır. İndi birisi də Anatomiyada elə məqalə yaratsa heç nə - neynəyəcəm ki:) Ona da sənə yazdığım kimi 10 çap vərəqlik bir izahat məktubu yazacam:)
P.S. İndi nümunə kimi bir şey çalışaram yaradım. Hörmətlə:--Sortilegus 23:32, 16 Sentyabr 2008 (UTC)
"Buğa (bürc)" - dəqiqləşdirmə səhifəsi yaratdım - "Buğa bürcü" səhifəsini ona istiqamətləndirdim. Zodiak bürcü üçün "Buğa (astrologiya)" məqaləsi var. Astronomiyaya aid "Buğa (astronomiya)" - bu məqaləni yaratmaq olar. --Sortilegus 23:43, 16 Sentyabr 2008 (UTC)
Re:Tarix
redaktəSalam, Prince Valiant, "Tarix portalına" baxdım, bir saatlıq iş var orada. Amma problem başqadır: biz oranı lazımi məqalələrlə necə dolduracayıq, əgər vikipediyada kifayət deyilsə münasib məqalələr? İndi vaxtım bir az nə darəd, amma bu günlərdə baxıb fikrimi deyərəm. Yeri gəlmişkən, vikidə başımı qatmağa iş verdin mənə :)) אלסאנאטורק ( Mənə sözün var? • Məni izlə!) 06:07, 18 Sentyabr 2008 (UTC)
Salam, Prince Valiant, düz düyirsiniz, əslində ZƏRGƏRdir, mən səhv etmişəm. İndi düzəldərəm. Təşəkkürlər. --Ira 18:10, 20 Sentyabr 2008 (UTC)
Bu problem məndə də tez-tez yaranır. O zaman vikinin Rus və ya İngilis bölmələrinə baxıram. Elə indi də qiymətli daşlarla bağlı kateqoriyalar yaradarkən ru-viki köməyimə gəldi. [1] Orada 70 idarəçi və 300 mindən çox məqalə olduğundan, hesab edirəm ki, onlar artıq bu cür məsələləri həll ediblər. Suallarınız olsa müraciət edin, bir yerdə araşdıraq. Uğurlar. --Ira 18:35, 20 Sentyabr 2008 (UTC)
Təşəkkürlər
redaktə- Təşəkkürlər, Məqaləni silinməməsi üçün önu zənginləşdirməyin daha düzgün üsul olduğunu göstərdiyin üçün təşəkkürlər. Əlimdə yeməklərə dair heç bir ədəbiyyat yox idi ona görə də ora bir şey əlavə edə bilmədim. Lakin qeyd-etdiyim kimi yemək reseptlərinin vikidə yerləşdirilməsi düzgün deyil, məqalə ensiklopedik olmalıdır.
- Məqalə adları məqaləsinə transliterasiya aid bir neçə əlavə etməyi planlaşdırıram, ümid edirəm ki, köməyini əsirgəməyəcəksən. Uğurlar--A_M_D m-f 19:43, 1 Oktyabr 2008 (UTC)
Salam
Əlimdən gələn köməyi edərəm. Ancaq transliterasiya məsələsini hələ öyrənirəm yavaş yavaş. Çox problemli məsələdi. Bir də açıqcası Vusalın bloklanmasına qarşıyam. Əminəm ki heç kəsi təhqir etmək ağlından belə keçməyib. Belə görünür ki, fikirlər üst üstə düşmür. Bu da normaldı. Sən ensiklopedik məzmuna görə o da zənginlik və əziyyətə görə haqlıdır. Bu da mənim fikrim. Sağol --PrinceValiant 20:09, 1 Oktyabr 2008 (UTC)
- Mən də transliterasiya məsələsini öyrənirəm. Qanuna dəyişiklik etməklə İohann, Eva, Yakob (və ya Cekob) kimi adların tapıb onların transliterasiya versiyasını qanunda olmasını istəyirəm. Vikipediyada İohan-Yohan, Eva-Yeva kimi səhv transliterasiyalar var. Bu cür şəxs adlarını tapıb qanuna salmaq lazımdır ki, hər dəfə bu adların transliterasiyası üstündə müzakirə gedilməsin. Amma cəhdlər nəticəsizdir. Bir neçə problemlə qarşılaşmışam: Orfoqrafiya lüğətində orijinal dilə üstünlük verilməsi vurğulanır. Demək hər bir əlifba üçün ayrıca transliterasiya cədvəli tapmaq lazımdır? bu məsələni çətinləşdirir lakin qanunda göstərə bilərik ki, belə halda ingilis dilli versiya (dil geniş yayılıb) transliterasiya olunmalıdır. Amma ingilis-Azərbaycan transliterasiy cədvəlinə hələ ki, rast gəlməmişəm. bu necə olacaq? başqa bir problem bəzən ingilis dilində müxtəlif olan adlar Azərbaycan dilinə eyni cür transliterasiya edilir(düzdür, hələ ki, bu məsələ ilə bağlı ASE-ni analiz etməmişəm, nisbətən dəqiq olmayan mənbələri nəzərdə tuturam). Bu cür işlər hələ ki, problem yaradır. Yuxarıda göstərdiyim kimi adlardan çox tapmaq lazımdır, dediyim kimi qanuna salındıqdan sonra hər dəfə müzakirə edilməyəcəklər. Həmçinin İngilis-Azərbaycan əlifbalarının transliterasiy cədvəlini tapmaq lazımdır. Bu cür cədvəl tapmaq olar, tapmışamda. Sadəcə rəsmi orqanlar hansı qaydaları tanıyır, bu məsələ çaşdırır--A_M_D m-f 08:13, 4 Oktyabr 2008 (UTC)
Təqvim
redaktəMən də bilmirəm. Amma əmi oğlum Bilər !! indi ona SMS göndərəm.--Axan.bulut 20:54, 1 Oktyabr 2008 (UTC)
Bilirəm sən istəyənlər deyil. Bu ay adlarını, Zəncanda çap olmuş təqvimdən ötürdüm!
1-Ağlar Gülər 2-Gülən Ayı 3-Qızaran Ayı 4-Qora pişirən 5-Aslan Ayı 6-Zomar Ayı 7-Xəzəl Ayı 8-Qırov Ayı 9-Azer Ayı 10-Çillə 11-Donduran Ayı 12-Bayram Ayı
--Axan.bulut 21:20, 1 Oktyabr 2008 (UTC)
Maraqlıdı. Bunlardan bəziləri var amma nə bilim e. Nəysə sağ ol yenə də mən bunlardan istifadə edib bir araştırma edim. Sonra görək nolur. Çox sağol əziyyət verdim bağışla. --PrinceValiant 21:33, 1 Oktyabr 2008 (UTC)
Elşən, çox çətin bir yükün altına girmisən. İnternetdə məlumat yoxdursa məqaləsini açmaq bir az çətin olur. Mənbə göstərmək də çətin olur. Mən öz sahəmdən deyim ki bir film barədə internetdə məlumat yoxdursa onun məqaləsini yaratmaq olduqca çətindir. Məzmunundan tutmuş detallara qədər gərək özün işləyəsən. Bu da belədir. Məncə tutarlı ədəbiyyat tapana qədər sən bu işi təxirə sal. Keç başqa məsələlərə. Məsələn Tarix portalı səni gözləyir. Mən inanıram ki, o portalı abıra sala biləcək qüvvə var səndə. Uğur olsun!(deyəsən bir az məsləhət kimi göründü)
--Vüsal Ağayev 21:45, 1 Oktyabr 2008 (UTC)
Kateqoriya adları
redaktəSalam. Yorulmayasan, zoologiya kateqoriyasını görürəm əməlli-başlı zənginləşdirmək fikrin var. Bir təklif-fason bir şey irəli sürmək istəyirəm - Burda kateqoriyaların standartlara uyğunlaşdırılmasıyla məşğulam nə vaxtdır:) - yaxşı olar ki, kateqoriya adındakı ikinci "Tip" və ya "Yarımtip" sözləri kiçik hərflə yazılsın. Əksər kateqoriyaların yazılışına bu standart tətbiq edilib. Gələcəkdə necə deyərlər vizual baxımdan da Vikimiz gözəl görünər onda - bir ümumi standart olanda:) Hörmətlə:--Sortilegus 20:38, 3 Oktyabr 2008 (UTC)
Doğrudur düz deyirsən amma bu proqramlamadan gələn alışqanlıqdı başım qarışır sonra da görürəm ki bütün sözləri böyük yazmışam. Düzəltməyə çalışaram :))) . Sənə də uğurlar. Yavaş yavaş oturdacam bu stili. Sən narahat olma :)). Bir də məndə belə stil səhvləri çox olur sən bir dənəsini misal üçün dəyişdirsən gördüyün anda mən də ona görə davam edərəm. Əlbəttə vaxtın olanda. Çox sağol. --PrinceValiant 20:49, 3 Oktyabr 2008 (UTC)
Stillə bağlı problemlər həddən artıq çoxdur burda. O kateqoriyalara məqalələr əlavə olunduqca stillərini düzəldərəm. Sadəcə burda belə bir meyl var - yeni istifadəçilər nümunə kimi artıq mövcud olan stilləri götürürlər. Yəni gələcəkdə zoologiya kateqoriyasını zənginləşdirənlər kateqoriyalar yaradanda sən yaratdıqlarına baxıb o formanı əsas götürəcəklər. Ona görə sənə Zoologiya kateqoriyasının bir "Xristofor Kolumbu" kimi müraciət etdim ki, sonra məqalə sayı artdıqca problem böyüməsin:) --Sortilegus 21:09, 3 Oktyabr 2008 (UTC)
indi baxdım kateqoriya adlarını dəyişdirə bilmirəm. Biraz tez gəlsəydin problem olmayacaqdı. Nə isə bundan sonrakıları düzgün yazaram. Əziyyət yenə idarəçilərə qaldı :(((. Heyf. --PrinceValiant 21:01, 3 Oktyabr 2008 (UTC)
Hə, məqalə adını dəyişdirmək olur, kateqoriya adını yox:) Kateqoriyanı silib yenidən yaratmaq lazımdı:) Canın sağ olsun, bundan sonrakılarını o stildə yazsan bəsimizdi:) İdarəçi də əziyyət çəkməlidi də əgər idarəçi seçilibsə:) --Sortilegus 21:21, 3 Oktyabr 2008 (UTC)
Salam. Köhnə səhv kateqoriya adlarına sil şablonu qoymuşam onları vaxtın olanda silsən sevinərəm. Sağol.
Baş üstə:)--Sortilegus 15:41, 5 Oktyabr 2008 (UTC)
Səsvermə
redaktəSalam. Xahiş olunur Kənd Meydanındakı səsvermədə iştirak edin. Təşəkkürlər!
--Vüsal Ağayev 02:24, 4 Oktyabr 2008 (UTC)
Siyasətin bura nə dəxli var. Burada heç kim heç kəsə heç nə öyrətmir, məlumat yayır. Məqsədiniz yanlışdır. Bura məktəb deyil, ensiklopediyadır. Vikipediyadan sildiyiniz məlumatı sizin xətrinizə hörmət olaraq geri qaytarmadım(bu böyük qayda pozuntusu idi), ancaq qarşılıqlı hörməti görmədim. Sizi səsvermədə iştirak etməyə məcbur edən yox idi. Ancaq belə şərh yazmaq nəyə lazım idi? Burada təzəsiz, ola bilsin cahanşümül yazıların təsiri altına düşmüsünüz. Vaxt gələcək kimin haqlı olduğunu anlayacaqsınız, ancaq o zaman çox gec olacaq. Təəssuf.
--Vüsal Ağayev 15:20, 4 Oktyabr 2008 (UTC)
Salam. Belə bir şablon yaratdım: Categoryredirect Nümunə olaraq Sürfəsixordalılar və Tunikliləri Qişalılara istiqamətləndirdim. Əgər düzgün deyilsə özün dəyişə bilərsən.
--Vüsal Ağayev 16:25, 5 Oktyabr 2008 (UTC)
Səsvermədə iştirak etsən yaxşı olar.
--Vüsal Ağayev 17:42, 7 Oktyabr 2008 (UTC)
Şablonlar
redaktəSalam. Sənin proqram dilindən deyəsən başın çıxır. Bir Şablonlar kateqoriyasındakı şablonlara ümumi nəzər salarsan. Gör nə əyər əskikləri var, hansıları tərcümə edib düzəltmək lazımdır. Orda indi ingilis dilində çoxlu kateqoriyalar var ki, bir çox şablonlar onların içindədir. Amma nəzərə almaq lazımdır ki, burda ingilis dilini heç də hamı bilmir. Bir çoxunu mən Azərbaycan dilində yaratdığım kateqoriyalarda yerləşdirmişəm. İndi yerdə qalanlarını yerbəyer etmək lazımdır. Elm şablonları yaxşı olar ki, Şablonlardakı Elm şablonları kateqoriyasında qalsın və bundan başqa hərəsini öz kateqoriyasında da yerləşdirmək lazımdır. Deyək ki, coğrafiya şablonları coğrafiya kateqoriyasında, ədəbiyyat şablonları ədəbiyyat kateqoriyasında da ümumiləşdirilmiş bir kateqoriyada olsun. İstifadəçi məsələn, ədəbiyyatla bağlı məqalə yaradanda Ədəbiyyat şablonları kateqoriyasındakı şablonlara baxıb özü üçün lazım olanları seçsin və məqaləyə yerləşdirsin. Yoxsa ki, durub Vikipediyanı ələk-vələk edib özünə lazım olan şablonu axtarmasın və ya olur ki, artıq mövcud şablonları yenidən bir də yaradırlar.Hörmətlə:--Sortilegus 21:09, 8 Oktyabr 2008 (UTC)
PrinceValiant, salam. Şablonlara görə təşəkkürlər. Bu [2] və buna bənzər şablonlara burada ehtiyac vardır. Sortilegusla razıyam, şablonlara kateqoriyaları elə daxil etmək lazımdır ki, onların hamısını [3] səhifəsindən tapmaq mümkün olsun. O zaman eyni şablonu ikinci dəfə yaratmazlar və istədikləri şablonu da tez taparlar. Adətən mənə şablon lazım olanda öncə [4] səhifəsinə baxıram. Digər tərəfdən şablonlar adi məqalələrə bənzəmirlər və onlara hər birinin yaradılmasının öz vaxtı var. az-vikidə məqalələrin sayı çoxaldıqca şablonlara olan ehtiyac da artacaq və o zaman daha çox istifadəçilər şablonlarla maraqlanacaqlar. Uğurlar. --Ira 19:45, 16 Oktyabr 2008 (UTC)
Salam
redaktəSən mənə bu adresə bir mail yaz: [email protected]
--Vüsal Ağayev 01:00, 11 Oktyabr 2008 (UTC)
PrinceValiant, salam. Bionövlər üzrə yeni nəşrlərin olmasını bilmirəm. Yəni mənim profilim deyil. Lakin bu [5], [6] səhifələrdən institutların e-mail ünvanını əldə edib, onlara məktub yazıb öyrənə bilərsiniz. Mən də sabah maraqlanaram. Bir şey öyrənsəm, Sizə xəbər verərəm. --Ira 21:13, 21 Oktyabr 2008 (UTC)
PrinceValiant, salam. Məqalədəki redaktəyə və məsləhətinə görə təşəkkürlər [7]. Mühafizə etdim, lakin mühafizəni anonimlərə qarşı qoydum. Mən baxdım, oradakı vandallar ayrı-ayrı şəhərlərdən olsalar da, ABŞ-dandırlar. Əgər az-viki Amerikadakı erməniləri narahat edirsə, demək düz yoldayıq. 20000-ci məqaləni əldən verdiyinə görə narahat olma. Allah qoysa 30000-ci Sənin olar. --Ira 20:30, 23 Oktyabr 2008 (UTC)
Salamlar. Əvvəlcə məqalə yaradılmalıdır, sonra kateqoriyalar. Bu qədər boş kateqoriya yaratmağın nə mənası?:) Hörmətlə:--Sortilegus 21:29, 28 Oktyabr 2008 (UTC)
Salam Sortilegus. Narahatçılığını başa düşürəm. Amma qorxmaq üçün bir səbəb yoxdur. Adam standart taksonomiya ilə məşğuldur. Amma abidələr mövzusunda haqlısan sadəcə şəkil yerləşdirmək və məqalə açmaq düzgün deyil. Amma zoologiyadan zərər gəlməz:)))). Mən vaxt olanda yoxluyuram bütün zoologiya məqalələrini. Əfsus ki 2009un may ayına qədər burda nadirən görünə biləcəyəm. Keyfiyyət və dolğunluq məsələsinə gələndə təbriklər hər kəsə...Hörmətlə --PrinceValiant 22:09, 19 noyabr 2008 (UTC)
Salam. Zoologiyada o qədər çox məqalə var ki, onları da yoxlayırsan?:) Bəlkə şəkillərinə baxırsan?:) Narahatlığım da, inan ki, əbəs yerə deyil. Bu mərhələ artıq burda keçilən mərhələdi:) Təhlükəli mərhələyə yaxınlaşıb həmin istifadəçinin fəaliyyəti. Hörmətlə:--Sortilegus 22:32, 19 noyabr 2008 (UTC)
Ulduzlar
redaktəSalam. Fikirləşdim, bəlkə ulduzların ərəb dilindən gələn adları Azərbaycanca yazılmasında kömək edə bilərsiniz. İnternetdə heç nə tapmadım, ASE-də isə yalnız 6 ad çəkilir. List of Arabic star names və ya Arapça yıldız isimler listesi sərfəli ola bilər. Minnətdaram, Brandспойт 08:02, 12 Aprel 2009 (UTC)
Mahnı bəstələyənlər
redaktəHörmətli İradə! Bəstəkar və mahnı bəstələnlər başqa-başqa katteqoriyalardır. Bəstəkarlar peşəkar bəstəkar sinfini bitirənlər, simfonik musiqi, opera. balet, operetta, kantata, mahnı və s yazanlardır. Mahnı bəstələyənlər isə peşəkar bəstəkarlıq məktəbi keçməyib, yalnız mahnı janrında fəaliyyət göstərən ("mahnı qoşan") insanlara deyilir. Bu istedadlı insanlar çox gözəl mahnıların müəllifi kimi mahnı bəstələyənlər kateqoriyasındadırlar. Bu kateqoriya məhz onlar üçün yaradılıb.
Bunu mən də anlayırm. Amma musiqi aləmində kimə isə musiqi bəstələyən demirlər. Musiqi müəllifi deyirlər. Bəlkə daha uyğun ad tapaq?--Ira 18:43, 28 Aprel 2010 (UTC)
Gülməli bir ad deyə bilərəm - Ozanlar. Amma onlar da həm mahnı qoşub həm oxuyanlardır. Bir də bəstəkarlar peşəkar bəstəkar sinfini bitirməsələr də olar amma iş olaraq bu işlə məşğul olanlara deyilir. Məsələn Motsart vəya Bax bəstəkar sinfini bitirməyiblər. Ad olaraq mən "mahnı müəllifləri" təklifini irəli sürürəm.--PrinceValiant 01:58, 1 May 2010 (UTC)
Əla, "Mahnı müəllifləri" çox aydın ifadədir. Mən "Həvəskar bəstəkarlar" fikirləşmişdim. Amma sizin təklifiniz məncə yaxşıdır. --Ira 05:31, 1 May 2010 (UTC)
Etimad səsverməsi
redaktəÖz təşəbbüsümlə 22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən və hal-hazırda davam edən etimad səsverməsində iştirak edərək mənə etimad göstərməyinizi rica edirəm. Ən azından münasibət bildirməyiniz mənim üçün maraqlı olardı. --Cekli829 13:53, 25 dekabr 2010 (Cek vaxtı ilə)
Səhifədəki müzakirəni diqqətlə oxuyun! Təzyiqə uymayın. Ədalətli olun! --Proger danış 11:18, 25 dekabr 2010 (UTC)
Azərbaycan milli təqvimi
redaktəAzər, Neysan, Böyük Çillə, Kiçik Çillə,,, Azərbaycan milli təqvimini ilk dəfə duyuram, sizin bir məlumatınız varmı bu mövzuda? digər ay adlarını bilirsinizmi və ya tapa bilər bilərsinizmi?
Burada keçir: Vikipediya:Kənd meydanı/Arxiv/Oktyabr/2008 # Azərbaycan milli təqvimi Buzancar 10:02, 13 fevral 2012 (UTC)
{{{1}}}
چاغری
redaktəسیزی تورکجه ویکیپئدیاسینا چاغیریریق! | ||
سلام! سیزی تورکجه تئست ویکیپئدیاسینا چاغیریریق. اولسون کی سیزین اوردا چالیشمالاریز بو ویکینین زنگینلشمهسینده بؤیوک بیر آددیم اولسون. یؤلوزو گؤزلوروک. --Arjanizary (talk) 16:52, 12 dekabr 2012 (UTC) |
Əziz --Arjanizary (talk). Çağırışınızı çox gec (bu gün) gördüm. Uzun müddətdir Vikipediyada aktiv fəaliyyət göstərmirəm. Sadəcə olaraq vaxt yoxdur. Təşəkkürlər.--PrinceValiant (talk) 01:32, 8 yanvar 2014 (UTC)
Atlantida
redaktəSalam. Atlantida məqaləsini laboratoriyaya təqdim etmişəm, icazə versəydiniz sizin də adınızı imzaya yazardım. --Hörmətlə: Eagle94 22:00, 23 avqust 2014 (UTC)