Istifadeci Muzakiresi Rufet Hesenli - Wikipedia
↓ Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin |
Müzakirələrin arxivi:
|
Salam. Zəhmət olmasa VP:MAF qaydaları ilə tanış olun. Hörmətlə, Gadirmüzakirə 19:41, 5 iyul 2024 (UTC)
- Salam. Oxudum, anladım səhvimi. Bəs indi nə etməliyəm, yenə addəyişdiricilərə müraciət? :) -- Rüfət Həsənli 20:15, 5 iyul 2024 (UTC)
- Bəli. Təəssüf ki, addəyişmələrlə bağlı fəaliyyətinizdə təcrübə əskiklikləri səbəbilə xətalı addəyişmələrinizə görə hazırda sizə bu hüququ verə bilmirəm. İndilik müraciətlə davam edin, qaydalara nə qədər hakim olduğunuzu öyrənək. Təcrübənizi artırıb daha sonra hüquq üçün VP:İHM-ə müraciət edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 21:21, 5 iyul 2024 (UTC)
- @Gadir, çox sağ olun anlayışınız və yardımınız üçün. İnşəAllah gündüz hər iki səhifə üçün müraciət edərəm. -- Rüfət Həsənli 23:31, 5 iyul 2024 (UTC)
- Bəli. Təəssüf ki, addəyişmələrlə bağlı fəaliyyətinizdə təcrübə əskiklikləri səbəbilə xətalı addəyişmələrinizə görə hazırda sizə bu hüququ verə bilmirəm. İndilik müraciətlə davam edin, qaydalara nə qədər hakim olduğunuzu öyrənək. Təcrübənizi artırıb daha sonra hüquq üçün VP:İHM-ə müraciət edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 21:21, 5 iyul 2024 (UTC)
Sizin üçün bir ulduz!
redaktəOrijinal ulduz | |
Vikipediyanı zənginləşdirdiyinizə görə. Sofia (müzakirə) 11:35, 31 iyul 2024 (UTC) |
- Təşəkkürlər :) -- Rüfət Həsənli 16:45, 31 iyul 2024 (UTC)
White Demon ulduzu
redaktəWhite Demon ulduzu | ||
Son vikidüşərgədəki aktiv töhfələrin və təşəbbüskar iştirakın səbəbilə öz şəxsi mükafatımı təqdim edirəm! Uğurlar! Hörmətlə,--Kosmik Ozan utora! 12:30, 6 avqust 2024 (UTC) |
- Çox təşəkkürlər, həmkar! Sizi tanımaq və birgə fəaliyyət göstərmək gözəl təcrübə idi. -- Rüfət Həsənli 12:36, 6 avqust 2024 (UTC)
Sizin üçün bir ulduz!
redaktəRedaktor ulduzu | |
Yaratdığınız və töhfə verdiyiniz məqalələrə görə. Uğurlar! Turkmen müzakirə 12:44, 7 avqust 2024 (UTC) |
- Çox sağ ol, @Turkmen -- Rüfət Həsənli 16:20, 7 avqust 2024 (UTC)
Xüsusi ulduz
redaktəXüsusi ulduz | |
Rüfət, son vikidüşərgədə göstərdiyin aktivliyə və yaratdığın məqalələrə əsasən sənə xüsusi ulduz təqdim edirəm. Fəaliyyətində uğurlar və yorulmayasan! Əhməd Qurbanov (müzakirə) 16:37, 8 avqust 2024 (UTC)
|
- Çox sağ ol, Əhməd. Düşərgənin təşkilatçılığına və diqqətinizə görə mən hər birinizə təşəkkür edirəm. -- Rüfət Həsənli 17:09, 8 avqust 2024 (UTC)
Əvəz Əlibəyov
redaktəSalam. Məqaləni qaralamada bərpa etdim: Qaralama:Əvəz Əlibəyov. Belə hallarda inzibatçılara müraicət səhifəsinə müraciət edə bilərsiniz. Məqalənin üzərində işlədikdən sonra bərpası üçün VP:BNS-ə təqdim edə bilərsiniz. Müzakirədə iştirak etmiş istifadəçiləri də teq edərək fikirlərini yenidən öyrənə bilərsiniz. Əlavə olaraq, istifadəçilər istifadəçi səhifələrində adlarını və digər şəxsi məlumatlarını qeyd etməyiblərsə, bu cür məlumatlarla onlara müraciət düzgün deyil, niyyətinizin pis olduğunu düşünmürəm, sadəcə xoş gəlməyə bilər, yenə də özü icazə verirsə, onda başqa məsələ. Həssas məsələdir, diqqət yetirməyinizi xahiş edirəm. Hörmətlə, Qədir (müzakirə) 19:45, 18 avqust 2024 (UTC)
- Təşəkkür edirəm. Toxunduğunuz məsələlərə diqqət etməyə çalışacağam. -- Rüfət Həsənli 19:48, 18 avqust 2024 (UTC)
Sizin üçün bir ulduz!
redaktəXüsusi ulduz | |
Salam, bəy! Fəaliyyətinizi nəzərə alaraq sizi bu ulduzla təltif edirəm. Uğurlar olsun. Hörmətlə, Qədir (müzakirə) 19:44, 19 avqust 2024 (UTC) |
- Salam, diqqətiniz üçün təşəkkür edirəm! -- Rüfət Həsənli 20:00, 19 avqust 2024 (UTC)
Dəvət
redaktəSalam. Sizi tərtib etmiş olduğum Mustafa Fehmi Kubilay və Me at the zoo məqalələrinin status almaları ilə bağlı keçirilən müzakirələrdə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə, Qədir (müzakirə) 09:38, 23 avqust 2024 (UTC)
Ədalətli istifadə
redaktəSalam. Ədalətli istifadə (azad olmayan məzmun) üçün fayllar yalnız müvafiq məqalələrdə istifadə oluna bilər. Şablonlar üçün azad fayllar lazımdır. Ətraflı buradan oxuya bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 20:37, 30 avqust 2024 (UTC)
Məqalə dəqiqləşdirmələri
redaktəSalam. Zəhmət olmasa məqalə dəqiqləşdirmələrində "şəhid" ifadəsindən istifadə etməyin. Bunun yerinə "hərbçi", birdən artıq şəxs olduqda isə təvəllüdləri ilə qeyd edə bilərsiniz; belə: "Məmməd Məmmədov (hərbçi, 1980)" və "Məmməd Məmmədov (hərbçi, 2000)". "Məmməd Məmmədov" da dəqiqləşdirmə səhifəsidirsə, "Məmməd Məmmədov (hərbçi)" adından da ora yönləndirmə verə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 20:47, 30 avqust 2024 (UTC)
- Oldu, çox sağ olun məlumat üçün. "Əsgər" yazmaq istədim, amma gizir idi deyə belə yazmışdım. Dəyişərəm indi. -- Rüfət Həsənli 20:52, 30 avqust 2024 (UTC)
- "Əsgər" "hərbçi" ilə sinonim kimi başa düşülə bilər, amma titul, rütbədir nəticədə. "Milli Qəhrəman" kimi titullardan və rütbələrdən də əsas, vəzifəsi (yəni "hərbçi") qeyd edilməsi məqsədəuyğundur. Hörmətlə, Qədir (müzakirə) 20:55, 30 avqust 2024 (UTC)
Məqalələr
redaktəSalam. Sizin fəaliyyətinizi uzun müddətdir izləyirəm. VP:İDMANÇI məqalələrinə cavab verməyən bir sıra məqalələri gördüm. Düşündüm açığı təlimdə yaradılıb və zamanla artıq dayanacaq bu. İndi isə görürəm artıq total qayda da AGF saytında olan əhəmiyyətli əhəmiyyətsiz hamıya məqalə yaradırsız. Bu düzgün deyil. Ancaq olimpiada da çıxış etmiş, Dünya və Avropa Çempionatlarında ya ya Avropa Oyunları və ya Universiada Oyunlarında medal alan idmançılar barədə məqalələr olmalıdır. Mən bir müddət əvvəl buranı q/e idmançı məqalələrindən təmizlədim. Bənzər halın yenə yaşanmaması üçün xahiş edirəm bu tip fəaliyyətə davam etməyin. Ancaq ens məqalələr yaradın. Bu daha düzgün olacaq. Ümid edirəm bunu tənqid olaraq yox sadəcə 10 ilə yaxındır burada idmançı məqalələri yaradan birinin verdiyi məsləhət olaraq qəbul edərsiz. Uğurlar arzu edirəm. Grenzsoldat 10:00, 31 avqust 2024 (UTC)
- Salam, diqqətiniz və tövsiyəniz üçün təşəkkür edirəm. Bu xüsusa mən də həssas yanaşmağa çalışıram. Amma bir şeyi bildirmək istəyirəm ki, yaratdığım bir neçə məqalə yalnız bir çox beynəlxalq uğurları olmuş, ölkəmizi Avropa və Dünya çempionatlarında təmsil etmiş və medallar qazanmış idmançılar haqqındadır. Həmin idmançılar haqqında nəinki AGF, eyni zamanda bir çox mənbələrdən məlumatlar əldə edə bilərsiniz. Azərbaycanın ən önəmli və yüksək uğurları ilə seçilən batut gimnastlarıdır Aleksey Karataşov, Hüseyn Abbasov, Mixail Malkin, Selcan Mahsudova, Maqsud Mahsudov və daha bir-iki nəfər. Yəni, milli komandada çox idmançılar olsa da, hamısı haqqında yaratmıram. Yaş məsələsinə gəlincə isə, Azərbaycanda batut gimnastikasının yeni inkişaf dövründə olması idmançılarımızın əksəriyyətinin gənc olmasına səbəbdir. -- Hörmətlə, Rüfət Həsənli 10:23, 31 avqust 2024 (UTC)
- Aleksey Karataşov, Hüseyn Abbasov məqalələri VP:İDMANÇI şərtlərinə cavab vermir. Grenzsoldat 14:11, 31 avqust 2024 (UTC)
- Əgər ikinci dərəcəli mənbələrə görə deyirsinizsə, əlavə edərəm müvafiq istinadları. Amma iştirak etdiyi turnirlərdirsə, kifayət qədər əhəmiyyətli beynəlxalq turnirlərdə və dünya çempionatında qələbələr qazanıblar. -- Rüfət Həsənli 16:08, 31 avqust 2024 (UTC)
- Aleksey Karataşov, Hüseyn Abbasov məqalələri VP:İDMANÇI şərtlərinə cavab vermir. Grenzsoldat 14:11, 31 avqust 2024 (UTC)
Fərid Allahverdiyev istifadəçisinin sualı (17:35, 9 sentyabr 2024)
redaktəsalam, TED Vidadi Allahverdiyev haqqinda paylashim etdiyim halda vikipediya qebul etmedi. Zehmet olmasa, komek ede bilersiniz? --Fərid Allahverdiyev (müzakirə) 17:35, 9 sentyabr 2024 (UTC)
- Salam. Mümkünsə, daha ətraflı izah edə bilərsiniz? II Qarabağ Müharibəsi şəhidi Vidadi Allahverdiyevdən söhbət gedirmi? -- Rüfət Həsənli 18:04, 9 sentyabr 2024 (UTC)
- Xeyr, Tibb Elmleri Doktoru Vidadi Agababa oglu Allahverdiyev 5.191.134.103 18:04, 15 sentyabr 2024 (UTC)
- Teksti oldugu kimi elave edirem. Zehmet olmasa, komek ederdiniz.
- == Vidadi Ağababa oğlu Allahverdiyev –tibb elmləri doktoru, ATU-nun Ümumi cərrahlıq kafedrasının dosenti ==
- === Doğum yeri: Şamaxı rayonu, Dağ Bağırlı kəndi ===
- === Fəaliyyəti: Həkim cərrah, pedaqoq ===
- == Həyatı ==
- 16 dekabr 1971-ci ildə Şamaxı rayonunun Dağ Bağırlı kəndində anadan olmuşdur. Orta məktəbi Dağ Bağırlı kəndində btirmiş, 1989-cu ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1995-ci ildə Azərbaycan Tibb Universitetinin eyni adlı fakültəsini bitirmişdir.
- 1995-1996-cı illərdə M. Nağıyev adına BŞTTYX-da cərrahiyyə üzrə internatura keçmişdir. 1996-2001-ci illərdə Şamaxı RMX-da onkoloq işləmişdir. 2001-2010-cu illərdə ATU-nun Ümumi cərrahlıq kafedrasında başlaborant, 2010-2022-ci illərdə assistent, 2022-ci ildən hal hazıra kimi kafedranın dosenti vəzifəsində çalışır. Evlidir, 3 övladı var.
- == Elmi fəaliyyəti: ==
- Bir sıra beynəlxalq konqres və konfranslarda (Türkiyə, Çexiya, Almaniya, Rusiya,Ukrayna) elmi məruzələrlə çıxışlar etmişdir. 2014-cü ildə Türkiyədə və 2015-ci ildə Ukraynada laparoskopik cərrahiyyə kurslarını keçmişdir.
- 2007-ci ildə “Kəskin bağırsaq keçməzliyinin cərrahi müalicəsi zamanı lipidlərin peroksidləşməsi pozğunluqlarının tənzimlənməsi xüsusiyyətləri” mövzusunda namizədlik, 2021-ci ildə “Xora mənşəli qastroduodenal qanaxmalar zamanı immun pozuntuların klinik-proqnostik əhəmiyyəti və tənzimlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
- 2 dərs vəsaitinin (İlkin tibbi yardımın əsasları, Bakı, “Təhsil” nəşriyyatı, 2019-cu il və Abdominal zədələnmələr, Bakı, “Mütərcim” nəşriyyatı, 2024),bir səmərələşdirici təklifin və dünyanın müxtəlif ölkələrində çap olunmuş 124 elmi əsərin müəllifidir. Azərbaycan Cərrahlar Cəmiyyətinin, Türkiyə Cərrahlar Dərnəyinin və Ukrayna Cərrahlar Cəmiyyətinin üzvüdür
- == Klinik fəaliyyəti. ==
- === İcra etdiyi cərrahi əməliyyatlar: ===
- Bütün növ cərrahi zədələnmələr;
- Qarın divarının cərrahi xəstəlikləri (yırtıqlar, şişlər)
- Qarın boşluğu orqanlarının (mədə, bağırsaqlar, qara ciyər, öd yolları, dalaq, mədəaltı vəz) bütün cərrahi xəstəlikləri;
- Döş qəfəsi orqanlarının cərrahi xəstəlikləri, o cümlədən diqfraqmanın qida borusu dəliyinin yırtıqları;
- Ətraf damarlarının cərrahi xəstəlikləri;
- Qalxanabənzər vəzin cərrahi xəstəlikləri; Fərid Allahverdiyev (müzakirə) 18:16, 15 sentyabr 2024 (UTC)
- Xeyr, Tibb Elmleri Doktoru Vidadi Agababa oglu Allahverdiyev 5.191.134.103 18:04, 15 sentyabr 2024 (UTC)
RuslanVezir istifadəçisinin Əliyev Vəzir Əli oğlu ilə bağlı sualı (11:41, 14 sentyabr 2024)
redaktəMene komek edin zehmet olmasa, 050 222 30 80 --RuslanVezir (müzakirə) 11:41, 14 sentyabr 2024 (UTC)
- Salam, buyurun. Buradan cavablandıra bilərəm sualınızı. -- Rüfət Həsənli 15:13, 14 sentyabr 2024 (UTC)
Salam, gündəlik 2 saata yaxın burada vaxt keçirməklə faydalı olmaq niyyətindəyəm. Bu istiqamətdə mənə nə tövsiyyə edərsiz? --AA.Qudsi (müzakirə) 19:26, 15 sentyabr 2024 (UTC)
Dəvət
redaktəSalam. Sizi tərtib etmiş olduğum Ülviyyə Sultan məqaləsinin status alması ilə bağlı keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə, Qədir (müzakirə) 10:36, 16 sentyabr 2024 (UTC)
İqbal Eyvazov istifadəçisinin İstifadəçi:İqbal Eyvazov ilə bağlı sualı (08:24, 21 sentyabr 2024)
redaktəSalam mən öz səhifəmi yaratmaq istəyirəm --İqbal Eyvazov (müzakirə) 08:24, 21 sentyabr 2024 (UTC)
Salam .Mən şəxsən tanıdığım Qarabağ müharibəsi şəhidləri haqqında məlumatlar dərc etmək istəyirəm . Nədən və necə başlayım ? --Raul 026 (müzakirə) 12:45, 30 sentyabr 2024 (UTC)
Ağdam1900 istifadəçisinin Ağdam rayonu ilə bağlı sualı (00:46, 1 oktyabr 2024)
redaktəAğdamın milli qəhrəmanları arasında olanları çıxarmağa səbəb?Onların həyatlarının uşağlığdan şəhid olana qədər hamısı Ağdamda keçib.Hələ Rövşən Əkbərovda var onu əlavə etməmişdiz.Muxtar Qasımov isə əslən Ağdamlıdır.Natiq və Fazil isə Ağdamda uşağlığdan yaşayıb.Natiq Əhmədovun səhv etmirəmsə əsli Ağdamlıdır.Şirin Mirzəyevdə hər bir yerdə Ağdam milli qəhrəmanı gedir --Ağdam1900 (müzakirə) 00:46, 1 oktyabr 2024 (UTC)