Istifadeci Muzakiresi Turkangudratli - Wikipedia
Marketinq vs PR Marketinq – ingilis dilində "market" sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi "bazarda fəaliyyət"dir. Marketinq – mübadilə fəaliyyətinini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan avvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçının tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: "elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun". Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar. Marketinq sahəsində aparıcı mütəxəsislərdən hesab edilən Drukerin fikrincə: "Marketinqin məqsədi, satış üzrə qüvvə sərfini lüzümsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın". Marketinq XX əsrin əvvəllərində ABŞda meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş Kapitalist ölkələrində geniş yayılmışdır. Marketinq mürəkkəb və dinamik sistem olub müəssisə (firma, şirkət və s.) fəaliyyətinin idarə olunmasını, bazar istiqamətləndirilməsini təmin edir. O, təşkilati-texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirən idarəetmənin aparıcı və həlledici funksiyasıdır. Ümumilikdə marketinq sözünün açıqlanması üçün müasir dövrdə 1000-dən çox tərif verilmişdir. Marketinqə səlis tərif vermək üçün ilk növbədə ona hansı prizmada baxıldığını təyin etmək lazımdır. Hal-hazırda I qrup mütəxəsislər hesab edirlər ki, marketinq dedikdə: "müəssisə fəaliyyətində bazar əlaqəli bütün qərarların bir-başa olaraq istehlakçıların tələb və istəklərinə uyğun təşkil edilməsi başa düşülməlidir" (marketinq – idarəetmə kimi) II qrup marketoloqlor hesab edilərlər ki: "marketinq bazarda xüsusi tədbirlər vasitəsi ilə müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin rəqabət qabiliyyətini artırmaq üçün aparılan tədbirlər toplusudur" (marketinq – vasitə kimi) III qrup belə hesab edir ki, "marketinq müəssisənin təsərüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistematik araşdırma prosesinin aparılmasıdır" (marketinq – metod kimi). Beləliklə, marketinq – cəmiyyətin təlabatlarını ödəmək vasitəsi ilə mənfəət qazanmaq üçün istehsal və satış (mübadilə) prosesinin kompleks təşkilidir. Başqa sözlə desək marketinq müəssisənin daxili mühitinin bazar təlabatlarına uyğunlaşdırılması prosesidir. İndi isə PR-ın mahiyyətini açaq. PR nədir?- PR ingilis termini(Public Relations) olub, "İctimaiyyətlə Əlaqələr" deməkdir. PR - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik və asan dildə desək PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Yəni, PR şirkətin mənfəət əldə etməsi üçün deyil, şirkətin alıcının maraqlarına uyğun mallar istehsal etməsi və ya satması haqqında ictimaiyyətə informasiya çatdırmaq bacarığıdır. İctimaiyyətlə əlaqələr mürəkkəb ve sistematik bir prosesdir. Bura tədqiqat və analitik iş, strategiyanın formalaşması, proqramın tərtibi, çoxsaylı auditoriya ilə kommunikasiya və əks əlaqənin saxlanması və s. daxildir. Onlar ictimaiyyətlə əlaqələri "idarəetmənin kommunikativ funksiyası" kimi təsvir edirlər ki, bunun vasitəsilə "təşkilatlar ətraf mühitə uyğunlaşır, onu təşkilati məqsədlərinə nail olmaq üçün dəyişirlər (və ya saxlayırlar)". Bu yanaşma ictimaiyyətlə əlaqə probleminə ən yeni nəzəri baxışdır ki, bundan irəli gələrək, onlar sadəcə məslək kimi deyil, daha böyük mahiyyət kimi başa düşülür. PR-ın aşağıdakı növləri vardır: • Qara piar — rəqib şirkətin, qrupun və s. ləkələnməsi, məhv edilməsi üçün "qara texnologiyalardan" istifadə edilməsi, onun adından təhqiredici və ya iqtisadi təhlükəli bəyanatların edilməsi və s. yayılmasıdır. Bu söz birləşməsi "qara təbliğat" ifadəsi ilə eyni yaranmışdır. • Sarı piar — diqqəti cəlb etmək məqsədilə həmin dövlətin əksər əhalisi üçün təhqiramiz elementlərdən istifadə (adlarda qadağa qoyulmuş sözlər, təsvirlərdə seksual məzmunun tətbiqi, kütləvi hərəkətlərdə – yalançı homoseksualizm, irqçi, ksenofob bəyanatların deyilməsi və s.). • Boz piar — mənbəyini gizli saxlayan reklam (müsbət və ya mənfi). "Qara piar"dan fərqli olaraq, öz mənşəyi haqqında birbaşa yalan nəzərdə tutmur. • Ağ piar — bu söz birləşməsi qara piara zidd olan anlayışın nümayişi üçün, yəni öz adından açıq reklamdan meydana gəlmişdir. • Özünüpiar — öz-özünün anonim tərifidir. • Sosial piar — bu fəaliyyət pozitiv, müsbət modellərin formlaşdırırılmasına, dəstəyinə hesablanmış təbliğatdır. Piarın bu sferasına ənənəvi olaraq xeyriyyəçi təşkilatlar, qeyri-kommersiya ictimai təşkilatları və xeyriyyəçi layihələri olan biznes-struktrular aiddir. PR-ın əsas vəzifəsi brendi ictimailəşdirməkdir. Beləki, insanlar alış-veriş zamanı mağazaya girib seçim edərkən eşitmədikləri, tanımadıqları məhsullardan yan keçir, haradansa tanıdığı məhsulu seçməyi üstün tuturlar. Və burada göründüyü kimi PR ön plana keçir. PR-ın əsas işi potensial müştəridə məhsula qarşı pozitiv münasibət yaratmaqdır.
Beləliklə, marketinq və PR haqqında umumi qısa məlumatlarla tanış olduq. İndi isə Marketinq və PR arasında ümumi və fərqli cəhətlərə toxunmaq istiyirəm. Marketinq və PR arasında ümumi cəhətlər aşağıdakılarından ibarətdir: Hər ikisi məhsul və ya xidmətin markasını tanıdır; Şirkətin satış gücünü stimullaşdırmaq; Mövcud məhsulun təqdimatını təkmilləşdirmək; İstehlakçıların məhsula marağının artmasını gücləndirmək; Mümkün ola biləcək böhranlara qarşı hazır olmaq və onun təsirini min. hala gətirmək və s. Fərqli cəhətləri isə aşağıdakı cədvəldə verilmişdir:
Marketinq PR Qiyməti Bahalı xərclər Pulsuz və ya ucuz xərclər Güvənliliyi İfşaya yol açar Güvən verər Yayım vasitələri Vebsaytlar, afişa, internet, braşuralar, promo məhsullar Toplantılar, press konfranslar, müxtəlif tipli tədbirlər, sosial media, mətbuat Reklam obyekti Məhsul vəya xidmət Ümumilikdə şirkətin adı və imici Hədəf kütləsi Konkret bir auditoriya İctimaiyyət (geniş bir hədəf kütləsi)
Nəzarət etmə Reklam-marketinq siyasəti olduğun-dan, bu işi marketoloqlar yerinə yetirir. Şirkət siyasəti olduğundan, bu işə PR menecerləri ilə yanaşı şirkətin CEO-su da nəzarət edir.
Təsir obyektləri Birbaşa mövcud və potensial müştəri "3cü" şəxs (Cəmiyyət) Məqsəd Firmaya potensial müştəri tapmaq; məhsul və xidməti reklam edərək, maksimum şəkildə satılmasını stimullaşdırmaq Məhsul və ya xidmət istehsal edən firma vəya müəssisə haqqında müsbət rəy formalaşdırmaq, xalqa yararlı olmaqdır İşgüzar əlaqə Təşkilat Təşkilat, KİV Müddəti Qısamüddətli reklam Uzunmüddətli
Bu informasiyalardan aydın olur ki, bir-biriylə müəyyən dərəcədə oxşarlıq əlamətləri olsa da, əslində prinsip cəhətdən Marketinq və PR bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Günümüzdə marketinqə yönəldilmiş PR (MPR) bir çox böyük və tanınmış şirkətlərdə tətbiq edilir. MPR satış və müştəri məmnuniyyətini təmin edən şirkətlərin və istehlakçıların istəkləri, ehtiyacları, maraqları və xüsusi maraqları ilə məşğul olan etibarlı, güvənilir, informasiya və qarşılıqlı əlaqədən istifadə edərək ümumi planlaşdırma, icra və qiymətləndirmə prosesidir. Başqa sözlə, MPR biznesin satışını artırmaq üçün marketinq strategiyaları istiqamətində marketinq fəaliyyətini dəstəkləyən ictimai əlaqələr tətbiqidir.
Yaxşı bir ictimai əlaqələr idarəçiliyi tərəfindən yaradılmış güclü bir görüntü təqdim olunan məhsula güvənmək deməkdir. Bununla da, müştəri də marka ilə bu firmaya qarşı bir əlaqə, asılılıq yaranırki, bu da sadiq müştəri bazasının formalaşması deməkdir.
Bir şirkət (müəssisə,firma və s.) həm marketinq, həm də PR strategiyası düzgün və dəqiq analiz edilib, hazırlanarsa bu satış gücünü əhəmiyyətli dərəcədə artıracaq və həmin şirkətin təqdim etdiyi məhsul və ya xidmət bazarda öz liderliyini uzun müddət saxlayacaq.
Turkan M.Gudratli
Turkangudratli ilə müzakirə başlat
Müzakirə səhifələri istifadəçilərin Vikipediya məzmununu daha yaxşı hala necə gətirə biləcəkləri haqqında danışdıqları yerdir. Bu səhifəni Turkangudratli ilə müzakirə etmək üçün istifadə edə bilərsiniz. Burda yazdığınız hər şey hərkəsə açıq şəkildə paylaşılır.