Isvec Norvec Birliyi - Wikipedia
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır.
Parçalanmış | |||||
İsveç-Norveç birliyi | |||||
---|---|---|---|---|---|
Förenade konungarikena Sverige och Norge De forenede Kongeriger Norge og Sverige | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Stokholm və Oslo | ||||
Dilləri | Saam dili | ||||
Rəsmi dilləri | İsveç dili və Norveç dili | ||||
Dövlət dini | lüteranlıq | ||||
Ərazisi | 774,184 km^2 | ||||
Əhalisi | 7,560,000 (1905-ci ilə olan sayım) | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Dövlət başçıları | |||||
İlk Kral | |||||
• | XIII Karl (1814-1818) | ||||
Son Kral | |||||
• | II Oskar (1872-1905) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Quruluşu
redaktəNapoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi:
Xalq? Xalq öz idarəçilərinə qarşı nə deyə bilər ki? Hər şey belə həll olunsaydı dünya tərsinə çevrilərdi. |
Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
Norveçdəki yeniliklər
redaktəZorakı işğala qarşı ən böyük etiraz Norveç ədəbiyyatından gəldi. Norveç ferma mədəniyyəti, bu milliyyətçi hərəkətlərdə əhəmiyyətli bir simvol halına çevrildi. Bu artan milliyyətçi tutum, siyasi ünsiyyətə də davamlı olaraq istiqamət verdi.[1] Əhəmiyyətli bir siyası yenilik də, Norveçin öz regional rəhbərliyi olan Formannskapsdistriktin qurulması idi. Stortinget ilə qərarı verilən və XIV Karl İohann tərəfindən təsdiqlənən bölgənin quruluşu 14 yanvar 1837-ci ildə reallaşdı. Norveç konstitusiyasının qoyduğu bir qanuna görə hər bir bölgə (Norveç dili: prestegjeld) bir formannsskapsdistriktdən ibarət idi.[2] Bu tutumla Norveç Kilsəsi, ölkəni inzibati bölgələrə ayırırdı. Belə ki, 1837-ci ildə Norveçdə artıq 373 formannsskapsdistrikt var idi. Bu kimi Norveçə bağlı inzibati bölgələr, birliyin dağılmasında çox əhəmiyyətli bir rol oynadı. 1937-ci ildəki bir qanun ilə şəhərlərlə kənd yerləri eyni statusu aldı. Bu vəziyyət şəhərlər üçün çox çox bir dəyişikliyə səbəb olmasa da, kəndlərdə Norveç milliyyətçiliyini oyandırdı.[1]
Norveçin müstəqilliyi
redaktəNorveçdə getdikcə artmağa başlayan milliyyətçilik və yaranan narazılıq, 7 iyun 1905-ci ildə Norveçin müstəqillik elanına gedən yolu hazırladı. Bu hadisələr, İsveçin müharibə təhdidləriylə davam etdi. Parlament tərəfindən keçirilən bir referendum nəticəsində 184 adama qarşı 368,208 adam lehinə səs verərək Norveçin müstəqilliyi dəstəklənildi. Karlstadda gedən görüşmələrlə ikitərəfli olaraq dövlətlərin yollarının ayrılmasına qərar verildi. II Oskar, 26 oktyabr 1905 tarixində Norveçi müstəqil bir dövlət olaraq tanıdı. Norveç parlamenti Danimarkalı Şahzadə Karlı, xalq səsverməsi ilə taxta namizəd göstərdi. 25 noyabr 1905-ci ildə Norveçə gələn şahzadə, VII Haakon adı ilə hökmdarlığa başladı.
Şəkillər
redaktə-
İsveç və Norveç kralı XIII Karl
-
Kral Haakon Danimarkadan gələrkən
-
Kral Haakonun andiçmə mərasimi
Mənbələr və ədəbiyyat
redaktə- ↑ 1 2 Derry, T.K. (1973). A History of Modern Norway; 1814–1972. Clarendon Press, Oxford. ISBN 0-19-822503-2.
- ↑ Gjerset, Knut (1915). History of the Norwegian People, Volumes II. The MacMillan Company. ISBN none.
- Seip, Anne-Lise, 1997: Nasjonen bygges 1830-1870. In: ' 'Aschehougs Norges Historie' ', Vol. 8, pp. 192–193, Oslo. ISBN 978-82-03-22021-0
- Dyrvik. S. and Feldbæk, O., 1996: Mellom brødre 1780-1830. In: ' 'Aschehougs Norges Historie' ', Vol. 7, pp. 227–228, Oslo ISBN 978-82-03-22020-3