Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
İtaliya-Osmanlı müharibəsi (1911—1912) və ya Tripoli müharibəsi (Trablisqarp) — İtaliyanın digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Trablis və Kirenaika əyalətlərini (Şimali Afrika) qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə apardığı işğalçılıq müharibəsi. İtaliya1911-ci il sentyabrın 29-da Türkiyəyəmüharibə elan etdi. İtalyan qoşunları oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin içərilərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan müharibəsi Türkiyəni oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi. Sultan Trablis və Kirenaika əhalisinə muxtariyyət "bəxş etməyi" və bu əyalətlərdən öz qoşunlarını çıxarmağı öhdəsinə götürdü. Əslində Trablis və Kirenaika (sonralar Liviya adlandı) bu zamandan etibarən (1943-cü ilə qədər) İtaliyanın müstəmləkəsinə çevrildi.[1]
İtaliya-Osmanlı müharibəsi
İtaliya qüvvələri Liviya ərazisindəki Osmanlı mövqelərini bombardman edir.