Italiya Krali - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İtaliya kralı (it. Re d'Italia; lat. Rex Italiae) — Qərbi Roma İmperiyasının süqutundan sonra İtaliya krallığının hökmdarına verilən titul. Bu titulun ilk sahibi V əsrin sonlarında yaşamış barbar hərbi lider Odoakr, ardınca V əsrin ortalarına qədər Ostroqot kralları oldu. VIII əsrdə Frankların İtaliyanı zəbt etməsi ilə Karolinqlər bu titulu özlərinə götürdülər. Bu titul orta əsrlər boyu sonrakı Müqəddəs Roma İmperatorları tərəfindən qorunub saxlanılmışdır. Bu titula iddia edən sonuncu imperator XVI əsrdə V Karl olub. Bu dövrdə titulun sahibləri Lombardiyanın Dəmir Tacı ilə taclanırdılar.
İtaliya kralı | |
---|---|
Re d'Italia | |
Vəzifədə sonuncu II Umberto | |
Müraciət forması | Kral Əlahəzrətləri |
Səlahiyyət müddəti | ömürlük |
Vəzifənin təsis tarixi | 4 sentyabr 476 |
Vəzifənin bərpa tarixi | 17 mart 1805 |
Vəzifədə birinci | Odoakr |
Vəzifədə sonuncu | II Umberto |
Vəzifənin ləğv tarixi | 12 iyun 1946 |
Vikianbarda əlaqəli mediafayllar |
İtaliya krallığı 1805–1814-cü illərdə yenidən bərpa edildi və Napoleon yeganə kralı oldu. Yalnız 1860-cı illərdə İtaliyanın birləşməsindən sonra bütün İtaliya yarımadasını əhatə edən müstəqil İtaliya Krallığı bərpa olundu. Savoyya sülaləsi tərəfindən 1861-ci ildən 1946-cı ildə sonuncu kral II Umbertonun sürgününə və İtaliyanın respublikaya çevrildiyi günə qədər bu titul istifadə edildi.