Iv Ferhad Xan Qiyai Samli - Wikipedia
İv Fərhad xan Qiyai Şamlı (26 oktyabr 1957, Ukkel[d], Brüssel paytaxt vilayəti[d]) — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı.
İv Qiyai Şamlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 oktyabr 1957 (67 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Atası | Heydər Qiyai Şamlı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir.
O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır. Bu sifariş Kosta-Rikada dəniz kənarı şəhər layihəsi idi. 2003-cü ilin iyun ayında Britaniya Kolumbiyasının Prince George şəhərinin İv Qiyai tərəfindən hazırlanmış mərkəzi planı qəbul edilib. 2002-ci ildən etibarən Fransa Memarlar Akademiyasının xarici üzvüdür. 2011-ci ildə Kaliforniyanın Oklənd şəhərində yerləşən 30 mərtəbəlik "Iwate Tower" binasını tikmək sifarişi alıb. Kaliforniyanın Berkli Universitetində və İncəsənət Kollecində dərs deyir. 13 sentyabr 2018-ci ildən IPAG Biznes Məktəbinin direktorudur.[1]
Əsas nailiyyətləri və layihələri
redaktə- Fransanın Antib şəhərində şəxsi villa 1984
- İki mərtəbəli yaşayış kompleksləri, San Xose, Kaliforniya 1984–1989
- Royal Residence, San-Fransisko 1992
- Astrolabe House, San-Fransisko 1996
- Gülüstan sarayı, San-Fransisko körfəzi 2000
- Metropolis, Şahzadə Corc, Kanada 2004
- Gizlin bağlar, Dalli, İsveçrə 2005
- El Gülüstan, Playa Qrande, Kosta-Rika 2006
- Iwate Tower, Oklend, Kaliforniya 2013
- Yaşayış evi, San-Fransisko, Kaliforniya 2016
Şəkillər
redaktə-
Gülüstan qalası, San Fransisko
-
Astrolab evi,San Francisco
-
Astrolab evi,San Fransisko
-
Royal yaşayış yeri, San Fransisko
-
Yaşayış kompleksi, San Xose, Kaliforniya
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Yves Ghiai" (ing. ). peoplepill.com. 21 avqust 2019 tarixində arxivləşdirilib.