Ivan Mazepaya Anafema Qoyulmasi - Wikipedia
Getman Mazepaya anafema qoyulması – 12 noyabr 1708-ci ildə rus pravoslav kilsəsi Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın tərəfinə keçərək dövlətə xəyanət etmiş getman İvan Mazepaya anafema ( kilsədən uzaqlaşdırma) qoymuşdur.
XX əsrin əvvəllərində (Ukrayna Xalq Respublikası dövründə[1]) və indiki dövrdə bir sıra ukraynalı ictimai xadim, müxtəlif kanonik statusa malik dini təşkilatlar İvan Mazepaya verilən anafemanı siyasi akt kimi tənqid etmiş və rus pravoslav kilsəsinə bu qərarın rəsmi şəkildə ləğvi barədə tələb irəli sürülmüşdür.[2][3].
Anafema qoyulmasının tarixi
redaktə29 oktyabr 1708-cu ildə I Pyotr Mazepanın xəyanəti barədə xəbər aldıqdan sonra növbəti gün təşkil olunmuş hərbi iclasda Baturini kökündən məhv etmək, Getmanşinanın paytaxtını [[Rusiyanın sərhədində yerləşən Qluxov şəhərinə köçürmək qərara alınmışdır. Qluxovda yeni getman seçkiləri keçiriləcəkdi. 7 noyabrda seçkilər baş tutmuş, 8 noyabr tarixində isə “Kiev, Çerniqov, Pereyaslavl Arxiyereyləri” Qluxova çağırılmışdır.[4].
12 noyabr 1708-ci ildə[5] Qluxovda yerləşən Troiça soborunda I Pyotrun iştirakı ilə Kiev, Qaliç və Malaya Rusiyanın əslən Lvovdan olan mitropoliti İoasaf digər arxiyeraların: Çerniqovsk və Novqorod-Severskinin arxiyepiskopu İohann və Pereyaslavl yepiskopu Zaxariya lituriya həyata keçirərək “Mazepa və onun tərəfdarlarını əbədi lənətləyirlər".[6]
Həmin gün Qluxovda keçmiş getmanın simvolik olaraq edamı həyata keçirilir. Həmin hadisə belə təsvir edilmişdir:
“Mazepanın döyülmüş müqəvvasını meydana gətirdilər. İlk öncə getmanın cinayəti və cəzası haqda hökm oxundu;daha sonra knyaz Menşikov və qraf Qolovkin ona verilən getman rütbəsi, mövcud gizli məsləhətçi çini vəAndrey Pervozvannı ordenini qopararaq, həmçinin müqəvvadakı ordenin lenti də çıxartdılar. Sonra satqının təsvirini cəllada tulladılar; hamı onu ayaqladı, cəllad isə ipə bağlanmış müqəvvanı şəhərin küçə və meydanlarından edam yerinə qədər sürüyərək gətirdi. Nəhayət, sonda müqəvvanı dar ağacından asdı”. [6]
12 noyabr tarixində Uspenski soborunda şahzadə Aleksey Pyotroviç, Moskva Patriarx taxtının naibi Ryazan və Muromsun mitropoliti Stefan Yavorskinin iştirakı ilə Skoropadskinin getman seçilməsinə minnətdarlıq ibadəti keçirilmiş və üzünü arxiyereylərə tutub bu sözləri söyləmişdir: “Tanrının oğlu İsa Məsihin naminə bura yığışmış və Tanrı tərəfindən müqəddəs həvarilər kimi hakimiyyət verilmiş bizlər elan edirik: Xaça etdiyi cinayətə və böyük hökmdara qarşı göstərdiyi xainliyə görə Mazepa anafema olunsun!” [6]
Kilsənin sərəncamına əsasən Ukraynadakı bütün kilsələrin qapılarına belə bir bildirişin yerləşdirilmişdir: “Bütün tərəfdarları ilə birgə düşmən tərəfə keçmiş Mazepa kilsə tərəfindən rədd edilmiş və lənətlənmişdir”. Arxiyereylər isə xəyanət edənlərə şəfqət göstərəcək və ya onların tərəfini saxlayacaq şəxslərin də kilsədən qovulacaqları ilə hədələyirdilər. [7]
“Malarusiyanın tarixi” anonim pamfletində anafema verilməsi vətəndaş edamı proseduru ilə birləşdirilmiş və psalmakatarların (psalmalar vasitəsilə lənətlənmə) yerinə yetiriıməsilə eyni xüsusiyyətləri almışdır. Ölkənin hər bir nöqtəsindən gəlmiş keşiş və rahiblər hamısı qara rəngli cübbə geyinmiş, əllərində uzun mumdan hazırlanmış şamlar tutmuşdular. Müqəvvanın ətrafına dolanaraq psalma oxuyurdular. Daha sonra qara şamları müqəvvanın başına fırlayaraq birlikdə “Lənət olsun Mazepaya” sözlərini qışqırırdılar. Sonra arxiyerey dəyənəklə müqəvvanın çiyninə vuraraq qışqırırdı: “Satqın və dönük İvan Mazepaya – Anafema”. Sonra qışqırıqlarla müqəvvanı dartışdıraraq kilsədən çıxırdılar. Onlar arxasınca isə din xadimləri “İndi İuda müəllimini tərk edərək şeytanı qəbul edəcəkdir” sözlərini zümzümə edərək gəlirdilər.
Anafemanın mətni növbəti ilin (1709) sonlarından tez hazırlana bilməzdi. Çünki anafemanın mətnində Poltava qələbəsi, Mazepanın “qorunmaq üçün türk limanına” qaçması və sonda ölümü xatırlanır. Müsəlman ölkəsinə Mazepanın qaçmasını guya “İsa Məsih ”dən imtina etmiş kimi qəbul etmişdilər.
Anafema qoyulmasının qanunauyğun əsasları
redaktəOdessa yeparxiyasının katibi, Sinod İlahiyyat komissiyasının baş katibi protoyerey Andrey Novikov[8] aşağıdakı əsaslar səbəbindən getman Mazepaya xainliyinə görə anafema verildiyini bildirmişdir:[2]
- Rus Çarına sədaqət andı içmə zamanı xaça və Yevangeliyaya verilən vədin pozulmasına görə (kilsənin müqəddəs atalarından biri Basil Qeysəriyyəli tərəfindən yazılmış qanun əsaslarının 64 və 82-ci maddələri);
- İsveç kralı XII Karla and içməsi, dini məbədlərin və ziyarətgahların dağıdılmasının günahkarları olan İsveç əsgərlərinin Ukrayna torpaqlarına buraxılması;
- Mövcud dövlət quruluşunu devirməyə cəhd etmə (belə bir cinayətə səbəbilə anafema verilməsi halı VII əsrdən məlumdur: 633-cü ildə V Toledo baş kilsəsi hökmdarı devirmək istəyənlərin hamısı anafemaya məruz qalmışdır. XII əsrdə analoji hal Bizans imperiyasında yaşanmış və Andronik Manuil anafemaya məruz qalmışdır.
Qluxovda anafemanın elan olunması Novqorod-Severin protopopu Afanasiy Zarutski[9] tərəfindən Kiev mitropoliti İoasaf Krokovski, Çerniqov arxiyepiskopu İohann Maksimoviç və Pereyaslavl yepiskopu Zaxariy Korniloviçin iştirakı ilə baş tutmuşdur. 1869-cu ilin “Pravoslavlığın təntənəsi” gününə (Böyük Pəhrizin ilk həftəsində qeyd olunan bayram) qədər[10] getman Mazepanın adı hər il anafema olunanlar siyahısında “İvaşka Mazepa” adı altında idi. Hazırda rus kilsəsində “Pravoslavlığın təntənəsi” günündə ayrı-ayrı şəxslər xatırlanmır.
Anafemanın qanunauyğunluqlarının problemləri
redaktəMazepaya verilən anafemanın tanınmaması və onun üzərindən götürülməsinin tərəfdarları, o cümlədən Kanada]]dakı Ukrayna pravoslav kilsəsi, anafema zamanı qanunauyğunluq normalarının pozulmasını iddia edirlər[11][12][13]:
- Anafema dini yox, məhz siyasi zəmindən verilmişdir;
- Anafema pravoslav kilsəsinin baş kilsə qəsarı olmadan qoyulmuşdur;
- Anafema pravoslav kilsəsinin qərarı ilə deyil, rus çarı I Pyotrun əmri ilə qoyulmuşdur.
Yuxarıda sadalananları diqqətə alaraq, biz Kanadada yerləşən Müqəddəs Ukrayna yunan-pravoslav kilsəsinin baş keşişlər ilsəsi 1959-cu il 6 iyul tarixində Edmonton şəhərində keçirilən yığıncağımızda vahid səslə qərara aldıq:
“1708-ci ildə İvan Mazepaya qoyulmuş anafemanı etibarsız və mövcud olmayan hesab edir, getman Mazepanı isə böyük dini-dünyəvi şəxsiyyətlərdən biri hesab edirik. Və buna görə bütün ruhanilərimizə və bizə inananlara Ukrayna pravoslav kilsəsinin dürüst və dindar oğlu getman Mazepanın xoş xatirəsinə ehtiram olaraq xeyir-dua veririk”. Bu müraciəti “ Vinnipeqin və bütün Kanadanın mitropoliti İllarion” imzaladı. |
Bununla əlaqədar olaraq Konstantinopol Ortodoks Kilsəsi (tərkibinə Kanadada yerləşən Ukrayna pravoslav kilsəsi də daxildir[11]), Yerusəlim Yunan-Ortodoks Kilsəsi, Rumıniya Ortodoks Kilsəsi[14], Polşa Ortodoks Kilsəsi, Ukrayna yunan-katolik kilsəsi bu anafemanı tanımır və Mazepanın ruhunun rahatlığı üçün ibadətlər etməyə davam edirik.
Anafemanın götürülməsi məsələsi. Yanaşmalar və fəaliyyətlər
redaktəXXI əsrin əvvəllərində Ukrayna hakim dairələri Ukrayna pravoslav kilsəsi tərəfindən getman Mazepa üzərindən anafemanın götürülməsi mümkünlüyünün müzakirəsinə başlanılması üçün fəal təşəbbüsə başlamışdır.
14 noyabr 2007-ci il tarixində Ukrayna Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun baş tutmuş yığıncağında anafema məsələsi müzakirəyə qoyulmuşdur. Sinod Ukrayna Pravoslav Kilsəsinin Dini komissiyası və Kiev dini akademiyasına getman İvan Mazepanın kilsədən qovulması məsələsinin qanunauyğun və tarixi şəraitdən asılı olaraq öyrənilməsini tapşırır. [15]
2008-ci ildə bır sıra Ukrayna kütləvi informasiya vasitələri (KİV), din tarixçiləri və dövlət xadimləri getmana qoyulmuş anafemanın hələ 1918-ci ildə patriarx Tixonun zamanında götürüldüyünü iddia edirlər. İddiaların mənbəyi kimi Mühacirlərin rus pravoslav kilsəsinin baş yerarxı Antoninin bioqrafiyası göstərilmişdir[16]:
“Poltava qələbəsinin qeyd olunduğu 27 iyun tarixi yaxınlaşırdı. Samostiyniklər rəhbərdən Poltava döyüşünün onların milli matəm günü hesab olunması ilə bağlı petisiya ilə müraciət etmişdilər. Onlar rəhbərdən Sofiya meydanında İvan Stepanoviç Mazepa üçün cənazə duası oxumasına icazə verilməsini xahiş etmişdilər. Mazepanın kilsə üçün gördüklərini dəyərləndirən və I Pyotrun qanun və kilsəyə qarşı islahatlarına məhəl qoymayan rəhbər Antoni cavab olaraq patriarx Tixona dini baxışlarına görə deyil, siyasətə görə Mazepanın üzərinə anafemanın götürülməsi barədə teleqram yazacağını bildirir. Teleqram göndərilmiş və patriarx qadağanı götürmüşdür”. |
2008-ci il 22 fevral tarixində Moskvada səfərdə olan Ukrayna prezidenti Viktor Yuşenko Moskva və bütün Rusiyanın patriarxı II Aleksiydən 1918-ci ildə Rusiya pravoslav kilsəsi tərəfindən getman Mazepanın üzərindən anafemanın götürülməsinin həqiqət olub-olmaması ilə maraqlanmışdır. Prezident Yuşenkonun məsələsi ilə əlaqədar Moskva patriarxatlığının xarici kilsələrlə əlaqələr bölməsinin katibi Nikolay Balaşov demişdir:
<…> Həqiqətən də 1918-ci ildə Mazepanın üzərindən anafemanın götürülməsi ilə bağlı patriarx Tixona müraciət edilmişdir. Bu haqda Moskvada keçirilmiş baş keşişlərin yığıncağında müqəddəs patriarx xəbər vermişdir. Lakin anafemanın götürülməsi məsələsi qalmışdır. Lakin gələcəkdə səlahiyyətli tarixçilər tərəfindən bu məsələyə baxılması istisna olunmur. |
8 mart 2009-cu il tarixində “Pravoslavlığın təntənəsi” bayramında Dubosar və Tiraspol arxiyepiskopu Yustinian çıxış getman Mazepaya anafemanı elan etmişdir.[18] Halbuki, bu bayram zamanı anafema siyahısına salınmış adların çəkilməsi çıxarılmışdır.[19]
20 mart 2009-cu il tarixində Mazepinça kəndində yerləşən Müqəddəs Möcüzəyaradan Nikolay məbədində getman Mazepanın 370 illik yubileyinə həsr olunmuş təmtəraqlı xütbə mərasimi təşkil olunmuşdur. Həmin mərasimi Ukrayna prezidenti Viktor Yuşenko, “Bizim Ukrayna” fraksiyası və millətçi ictimaiyyətin deputatlarının iştirakı ilə Kiev və Ukraynanın patriarxı Filaret keçirmişdir.[20]
30 aprel 2009-cu ildə Ukrayna pravoslav kilsəsinin xarici kilsələrlə əlaqələr bölməsinin rəhbəri arximandrit Kirill Mazepa üzərindən anafemanın götürülməsi məsələsilə məşğul olan xüsusi komissiyanın yaradıldığını və komissiyanın getman ətrafında dolaşan siyasi mübahisələri sakitləşdirmək üçün qərar verməyə hazır olduğunu bildirmişdir[21].:
Hələ XX əsrin əvvəllərində Kiev və Qaliç mitropoliti Antoni Xrapovitski Mazepaya siyasi səbəblərdən anafema qoyulduğunu bəyan etmişdir. |
[22].
20 mart 2012-ci ildə Kiev patriarxı Filaret tərəfindən Ukrayna pravoslav kilsəsinin bütün kilsə və monastrlarında getmanın Mazepanın ildönümünə həsr olunmuş ibadət keçirilmişdir.[23]
İstinadlar
redaktə- ↑ "Анафема гетману Мазепе: факты известные и неизвестные". 2010-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ 1 2 "Почему не может быть снята анафема с Ивана Мазепы". 2008-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "«В последние годы на Украине Иван Мазепа из изменника стал символом борьбы за свободу. Украинские школьники с пятого класса узнают, что „Иван Мазепа стремился сделать Украину великим европейским государством, освободить из-под гнета Московского царства".»". 2009-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ Журнал или Поденная записка ... государя императора Петра Великого с 1698 года. СПб., 1770. С. 178—180
- ↑ Журнал или Поденная записка ... государя императора Петра Великого с 1698 года. СПб., 1770. С. 180
- ↑ 1 2 3 Дмитрий Бантыш-Каменский. История Малой России от водворения славян в сей стране до уничтожения гетманства. Киев, 1903, стр. 401.
- ↑ "Костомаров Н. И. Гетман Иван Степанович Мазепа". 2008-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "Журналы заседания Священного Синода Русской Православной Церкви от 24 декабря 2008 года". 2012-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "Митрополит ДИМИТРІЙ. Історична записка з приводу анафеми на гетьмана Івана Мазепу ч. 1". 2007-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "О чине Православия". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ 1 2 3 Вінтоняк О. Анатема на гетьмана Мазепу // Український історик. — Нью-Йорк — Торонто — Мюнхен, 1990, ч. 1-4 (104—107). — с. 64-70. Див. також: Іларіон Огієнко, митрополит. Анатема… — с. 327.
- ↑ «Притвор» (Киев): Дойдет ли анафема гетману Мазепе до Серафима Саровского? Ответ русским друзьям-оппонентам от единоверцев из Украины Arxiv surəti 5 sentyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine
- ↑ Патриарх Киевский и всей Руси — Украины Владимир // Богословський збірник Львівської Духовної Академії. — № 1-2 (12-13), 2007. — с. 56.
- ↑ На Чернігівщині молитовно й урочисто відзначають день народження гетьмана Івана Мазепи Arxivləşdirilib 2013-12-12 at the Wayback Machine — Релігія в Україні
- ↑ Украинская православная церковь Московского патриархата Arxiv surəti 25 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-10-25 at the Wayback Machine
- ↑ Никон (Рклицкий), архиепископ. Митрополит Антоний (Храповицкий) и его время (1863—1936). В 2 кн. Н.-Новгород, Изд. Братства во имя св. кн. Александра Невского. 2004. Кн. 2, стр. 632.
- ↑ В Русской церкви объяснили президенту Украины, что анафема с гетмана Мазепы в 1918 году не была снята Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine. Интерфакс, 22 февраля 2008 г.
- ↑ Правящий архиерей Приднестровья — резко против установки там памятника Мазепе Arxivləşdirilib 2015-12-24 at the Wayback Machine Интерфакс 10 марта 2009.
- ↑ "Архиепископ Юстиниан возгласил анафему гетману Мазепе". 2009-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "На Украине широко отмечают 370 лет со дня рождения гетмана Ивана Мазепы". 2009-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ С гетмана Мазепы могут снять анафему Arxivləşdirilib 2009-06-08 at the Wayback Machine NEWSru 30 апреля 2009
- ↑ С гетмана Мазепы могут снять анафему Arxivləşdirilib 2009-06-08 at the Wayback Machine NEWSru 30 апреля 2009
- ↑ Патріарх Філарет відслужив акафіст св. вмц. Варварі та заупокійну літію за гетьманом Іваном Мазепою Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine (ukr.)