Ivan Simonic - Wikipedia
Qraf İvan Osipoviç Simoniç (rus. Иван Осипович Симонич; 5 iyun 1792[1] və ya 5 sentyabr 1792[2], Şibenik[1][2] – 15 yanvar 1851[1], Varşava[1]) — rus hərbçisi və diplomatı.
İvan Simoniç | |
---|---|
rus. Иван Осипович Симонич | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1792[1] və ya 5 sentyabr 1792[2] |
Doğum yeri | |
Vəfat tarixi | 15 yanvar 1851[1] (58 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəDalmasiyanın Şönbrunn müqaviləsi (1809) çərçivəsində Fransaya birləşdirilməsindən sonra Napoleon qüvvələrinə qoşuldu və 1812-ci ildə Korsika batalyonunun kapitanı olaraq Rusiyaya qarşı kampaniyada iştirak etdi. Krasnoye döyüşündə əsir altına alındı və Kazan şəhərinə yaşamağa göndərildi. 1814-cü ildə imzalanan Paris sülh müqaviləsi vətəninə qayıtmağı mümkün etdi, lakin bu zaman Dalmasia Avstriyanın bir hissəsi oldu və Simoniç Avstriya sarayına xidmət etmək istəmədiyindən, Rusiyaya qoşunlarında xidmət etmək üçün müraciət etdi.
1816-cı ildən Kremençuq piyada alayının kapitanı oldu, 1818-ci ildə mayor rütbəsinə qaldırıldı və Qafqazdakı cəbhə alaylarından birinə təyinat aldı. 1822-ci ildən gürcü qrenader alayının batalyonunun komandiri, 1825-ci ildən bu alayın komandiri, yəni podpolkovnik rütbəsində çalışırdı. 1822-ci ildə acarlara qarşı kampaniyada iştirak etmişdir, Rus-İran müharibəsi zamanı 1826-cı ildə baş tutan Yelizavetpol döyüşündə iştirak etdi və buna görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. Burada sol ayağından ağır yaralanmışdır. Öz alayı ilə birgə 1827-ci il İran yürüşü və 1828–1829-cu illər rus-türk müharibəsində iştirak etmişdir.
1830-cu ildə rütbəsi general-mayora qədər qaldırıldı.
1832-ci ildə İranın səlahiyyətli naziri təyin edildi. 1838-ci ildə Məhəmməd şahın şəxsi komandanlığı altında fars qoşunları tərəfindən mühasirəyə alınan Herat şəhərinin yaxınlığında döyüşdə məsləhətçi kimi iştirak etmişdir. Elə həmin il İrandan geri çağrıldı.
Polşa çarlığının canişi İvan Paskeviç Simoniçi İvangorod qalasının komendantı təyin etdi.
1843-cü ildə general-leytenant rütbəsinə qaldırıldı.
Ailəsi
redaktəAmilaxvarı gürcü knyaz soyundan olan Anna Atarovna ilə evliliyindən iki oğlu Konstantin və Nikolay və qızı Yelena (knyaz P. P. Qolitsinə ərə getmişdir) oldu.
Müəllifliyi
redaktə1829-cu il Tehran hadisələri, Qriboedovun ölümü və İran müharibəsi ilə bağlı qeydləri əks etdirən xatirələrin müəllifi:
- Симонич И. О. Воспоминания полномочного министра. 1832—1838 гг (17000 nüs.). М.: Наука. Пер. с фр.; Институт народов Азии АН СССР. 1967.
- Персидская война. Кампания 1826 года, из записок графа Симонича // Кавказский сборник. Т. 22, 1901.
Ədəbiyyat
redaktə- Гр. Симонич Иван Осипович // Список генералам по старшинству. Исправлено по 17-е марта. СПб.: Военная типография. 1844. 186.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 3 4 Wurzbach D. C. v. Simonitsch, Johann Stephan Graf (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 34. S. 317.