Ivan Vladislav - Wikipedia
İvan Vladislav — Bolqarıstan çarı. Əmisi oğlu Qavril Radomir tərəfindən ölümdən qurtarılsa da, onu öldürərək taxta keçmişdir. 1018-ci ildə müharibədə öldürülmüşdür.
İvan Vladislav | |
---|---|
bolq. Иван Владислав yun. Ιωάννης Βλαδισλάβ | |
Birinci Bulqar dövlətinin XXVI imperatoru | |
1015 – 1018 | |
Əvvəlki | Qavril Radomir |
Sonrakı | II Presian |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təqr. 975 |
Vəfat tarixi | |
Vəfat yeri | Durrës |
Fəaliyyəti | suveren[d] |
Atası | Aaron Kometopuli |
Həyat yoldaşı | Mariya |
Uşaqları | II Presian, Aaron, Alusian, Trayan, Katerina və 5 qız. |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyətdən öncə həyatı
redaktəİvan Vladislav Kometopuli qardaşlarının ən böyüyü Aaron Kometopulinin oğlu olaraq, təqribən 975-ci ildə dünyaya gəlmişdir. Çar Samuilin edam hökmündən əmisi oğlu Qavril Radomir tərəfindən qurtarılmışdır. Lakin Qavrilin zəifliyi, əyanlar tərəfindən İvan Vladislavın dəstəklənməsinə və Qavrilin ölümünə gətirib çıxarmışdı. 1015-ci ildə Qavril öldürülmüş, İvan çar elan olunmuşdur.[1]
Hakimiyyəti
redaktəHakimiyyətə gələndən sonra II Basilə nümayəndə göndərən İvan bununla özünə vaxt qazanmaq istəyirdi. İmperator bundan xəbərdar olandan sonra kovxan Fyodora rüşvət verdi ki, çarı öldürsün. Fyodor öz növbəsində bir muzdlu qatilə sifariş verdi. Lakin qatil elə Fyodorun özünü öldürdü.[2] Bu zaman II Basil artıq dövlətin içlərinə doğru gəlmiş, paytaxt Ohridi ələ keçirmişdi. Lakin Vladislav onun ərzaq yolunu tutandan sonra çarəsiz qalan Basil paytaxta qayıtdı və əvəzinə iki komandan qoydu. 22 may, 1016-cı ildə vassalı Serbiya knyazı Yovan Vladimiri hüzuruna çağıraraq edam etdirən İvan Vladislav, Peçeneqlərə kömək üçün müraciət etsə də müttəfiqlik cəhdi uğursuz oldu. 1017-ci ildə Bizans ordusunu tələyə salsa da əlavə qüvvələrin gəlişi ilə geri çəkilməli oldu.
Ölümü
redaktə1018-ci ilin fevral ayında, Durryos şəhərini mühasirəyə alarkən öldürülmüşdür. Ölümünün səbəbi sir olaraq qalmaqda davam edir. Bəzi müəlliflər onun öz əyanları tərəfindən öldürüldüyünü, bəziləri şəhərin hakimi ilə təkbətək döyüşdə öldürüldüyünü, bəziləri isə Yovan Vladimirin ruhu tərəfindən öldürüldüyünü qeyd edirlər.[3] İvan Vladislavın ölümü imperiyanın çöküşünü sürətləndirdi, bir çox sərkərdə və valilər Bizansa təslim oldular. II Presianın rəhbərlik etdiyi kiçik bir qrup isə mübarizəyə davam etdi.
Ailəsi
redaktəKomita Nikola | Ripsimia | ||||||||||
David | Mozes | Aaron | Samuil (hak. 997–1014) |
Aqata İohannn Kriselliosun qızı | |||||||
Qavril Radomir († 1015, hak. 1014-1015) |
Teodora Kosara | Miroslava | |||||||||
Maria | Ivan Vladislav (reign 1015–1018) | ||||||||||
Alusian | Aaron | Radomir | Katerina imperator I İsaakın həyat yoldaşı | ||||||||
II Presian hak (1018) |
Trayan | Adsız oğul | 5 adsız qız | ||||||||
Anna Roman IV Diogenin həyat yoldaşı |
Basil | Teodora |
Maria Andronikos Dukasın xanımı |
Manuel | Maria | ||||||
Samuil Ermənistan sərkərdəsi |
Radomir | ||||||||||
Konstantin Diogen |
Aaron Aaronios |
İrene Dukayana | Teodora | İohann Dukas böyük hersoq | |||||||
Anna Georgi Paleoloqun həyat yoldaşı |
Mixail Dukas
protostrator |
İstinad və mənbələr
redaktə- ↑ Zlatarski, Vasil (1971) [1927]. Orta əsrlər Bulqar dövləti tarixi. Arxivləşdirilib 2020-02-23 at the Wayback Machine Cild I (Bolqarca) Sofia: Nauka i izkustvo. OCLC 67080314.
- ↑ Andreev, Jordan; Milcho Lalkov (1996). The Bulgarian Khans and Tsars. Abagar. ISBN 954-427-216-X.
- ↑ Kazhdan, Alexander, ed. (1991), Oxford Dictionary of Byzantium, Oxford University Press, ISBN 978-0-19-504652-6
- ↑ Wasilewski, T. History of Bulgaria (Polish). səh. 290.
- ↑ Runciman, pp. 226, 232–233, 250
- ↑ Zlatarski, Appendix 19 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine