Iyneada Subasar Meseleri Milli Parki - Wikipedia
İynəada Subasar Meşələri Milli Parkı (türk. İğneada Longoz Ormanları Millî Parkı) — Türkiyənin Kırklareli ilində yerləşən, sahəsi 31,55 km2 olan milli park.[1] Milli park 13 noyabr 2007-ci ildə yaradılmışdır.
İynəada Subasar Meşələri Milli Parkı | |
---|---|
türk. İğneada Longoz Ormanları Millî Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 31,55 km2 ha |
Yaradılma tarixi | 13 noyabr 2007 |
İdarəetmə orqanı | Türkiyə Meşə və Su İşləri Nazirliyi |
Yerləşməsi | |
41°49′10″ şm. e. 27°57′14″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | Kırklareli |
Rayon | Dəmirköy |
Yaxın şəhər | İynəada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsas xüsusiyyətlər
redaktəMilli park Bolqarıstanla sərhəddə yerləşir. Bu ərazi adını İnə bəydən almışdır və bir müddət sonra İynəada formasına düşmüşdür. İynəada Subasar Meşələri Milli Parkı Türkiyənin 39-cu milli parkıdır. Milli parkda bataqlıqlar, subasar meşələr, şorsulu və şirinsulu göllər yerləşir. Milli parkın Qara dənizə çıxış vardır.
Coğrafiya
redaktəUlduz dağlarından Qara dənizə çatan dərələrin əmələ gətirdiyi subasar ərazilər boyunca meşələr uzanır. İynəadanın şimalında Ərikli gölü, cənubunda Mərt gölü yerləşir. Sahil boyunca uzanan səhra landşaftı İynəada yaşayış məntəqəsində pozulur. 50-60 metr genişliyindəki qumluqlar cənubdakı Saka gölünə qədər uzanır. Uzunluğu 10 km olan bu qumluqlarda quraqlığadavamlı bitkilər bitir. Qumluqlar qurudakı bataqlıq, göl, subasar kimi şirinsulu hövzələrlə dənizi bir-birindən ayırır.[2]
Milli parkda 5 göl var. Ərikli gölü laqun mənşəli göl olub yayda dənizlə əlaqəsi kəsilir. Çavuşdərə çayının dənizə töküldüyü yerdə Mərt gölü yerləşir. Parkın cənubunda dənizdən qumluqlarla ayrılan digər bir göl Saka gölüdür. Digər iki göl Pedina gölü və Hamam gölüdür.[3]
Flora və fauna
redaktəFlora
redaktəSubasar meşələr və qumluqlar milli parkdakı həssas ekosistemlərdir. Cənub-şərqi Avropaya xas olan palıd-qızılağac-göyrüş meşələrinin nümayəndələrindən — subasar ərazilərdə göyrüş və qızılağac, quruda palıd ağacları yayılmışdır. Meşələrdə sarmaşıqlar geniş yayılmışdır.[2]
Fauna
redaktəÇöl pişiyi, çöldonuzu, çöl dovşanı, Avropa cüyürü, ağac dələsi, adi canavar, porsuq, tülkü, gəlincik, su samuru, safsar, böyükqulaqlı yarasa milli parkda yaşayan məməli növləridir.
Quş növlərinə aiddir: ağquyruq dəniz qartalı, yaşıl ağacdələn, kiçik xallı qartal, bayquş, şanapipik, qara leylək, balıqçıl, boz vağ, qara ağacdələn. Qara dənizdə qış fəslində Avropa ançousu və tyurboya, yay fəslində stavrit, pikşa və dəniz dilinə rast gəlinir. Şirin su hövzələrində kefal, forel və gümüş balığı yaşayır.
Turizm
redaktəMilli park fotoqrafiya, ekoturizim, ekstrim idman növləri, piknik kimi fəaliyyətlərə açıqdır.[2]
İynəadaya İstambuldan avtobusla çatmaq mümkündür. Milli parkda otellər fəaliyyət göstərsə də, çadır qurmaq imkanı da mövcuddur.[3]
İstinadlar
redaktə- ↑ "Alan Profili". İğneada Longoz Ormanları Milli Parkı. bolge1.ormansu.gov.tr. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ 1 2 3 "İğneada Longoz Ormanları Milli Parkı". parklarimiz.com. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ 1 2 "İĞNEADA LONGOZ ORMANLARI MİLLİ PARKI". 2014-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
Xarici keçidlər
redaktə- Milli parklar saytında. Arxivləşdirilib 2013-11-23 at the Wayback Machine