Iyneyarpaqlilar Sinif - Wikipedia
İynəyarpaqlılar (lat. Pinopsida) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinə aid bitki sinfi.
İynəyarpaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: İynəyarpaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim sinfi. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycanda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir. Küləklə tozlanır. Tozlandıqdan sonra endospermlə təchiz olunmuş rüşeym inkişaf edir. Toxumların quruluş və forması müxtəlifdir. İynəyarpaqlılar Yer kürəsinin, xüsusən Avrasiya və Şimali Amerikanın bitki örtüyünün əsasını təşkil edir. İynəyarpaqlıların təsərrüfatda böyük əhəmiyyəti var. Oduncağından tikinti materialı kimi istifadə edilir, kağız-sellüloz, kanifol, skipidar, aşı maddələri və s. bəzi İynəyarpaqlıların toxumundan yağ alınır. Qiymətli dekorativ bitkilərdir.
İstinadlar
redaktə- ↑ Reveal J. L. A checklist of familial and suprafamilial names for extant vascular plants (ing.). // Phytotaxa Magnolia Press, 2010. Vol. 6, Iss. 1. P. 124. ISSN 1179-3155; 1179-3163 doi:10.11646/PHYTOTAXA.6.1.1
- ↑ Reveal System of Classification. 1997.