Izmir Arxeologiya Muzeyi - Wikipedia
İzmir Arxeologiya Muzeyi (türk. İzmir Arkeoloji Müzesi) — İzmir körfəzi ətrafından bir sıra artefaktları özündə əks etdirən Türkiyənin İzmir şəhərində yerləşən arxeologiya muzeyi. Büstlər, heykəllər, heykəlciklər, alətlər və müxtəlif yemək qablarından ibarət artefaktların əksəriyyəti Tunc dövrünə, yaxud Yunan və Roma dövrünə aiddir.
İzmir Arxeologiya Muzeyi | |
---|---|
türk. İzmir Arkeoloji Müzesi | |
Əsası qoyulub | 1924 |
Açılış tarixi | 1927 |
Mövzu | arxeologiya muzeyi |
Ölkə | Türkiyə |
Yerləşir | İzmir, Konak |
38°24′50″ şm. e. 27°07′41″ ş. u.HGYO | |
izmirmuzesi.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİzmir bölgəsində arxeologiya muzeyinin yaradılması ideyası 1914-cü ildə "Aydın və İzmir bölgəsi əntik müfəttişi" olaraq bölgəyə gələn Əziz Oğan tərəfindən irəli sürülmüşdü.[1] Birinci Dünya müharibəsi və ondan sonrakı Türkiyə İstiqlaliyyət müharibəsi zamanı dayanan muzey işləri, Cümhuriyyətin elanından sonra yenidən başlandı. Muzey ilk dəfə 1924-cü ildə Mustafa Kamal Atatürkün xahişi ilə Basmane rayonundakı tərk edilmiş Müqəddəs Vukolos kilsəsində "Asar-ı Əntik Muzey" adı ilə quruldu. Üç il müddətində muzey üçün əsrlər toplanıb, tərtib edildikdən sonra 1927-ci ildə ziyarətçilərin istifadəsinə verilmişdi.[2][3] Əziz Oğandan sonra muzeyin müdiri vəzifəsinə Səlahəddin Kantar təyin edilib. 1943-cü ildə Səlahəddin Kantarın rəhbərliyi dövründə muzey "İzmir Arxeologiya Muzeyi" adlandırıldı.[4] 1951-ci ildə Kültür Parkdakı Maarif Nazirliyinin Mədəniyyət Köşkünə köçürüldü.[5] 1984-cü ildən Konakdakı Bəhribaba Parkındakı müasir muzey binasında fəaliyyət göstərir.
Kolleksiyası
redaktəEge Bölgəsinin Bayraqlı (Smirna), Efes, Berqama, Milet, Klazomeni, Teos və İss kimi müxtəlif bölgələrində aparılan qazıntılar zamanı üzə çıxarılan və Qərbi Anadolu tarixinə işıq tutan tapıntılar muzeydə və muzeyin həyətində sərgilənir.
Muzey "Daş Əsərlər zalı", kiçik "Xəzinə otağı" və "Əkrəm Akurqal Keramika zal"ından ibarətdir. "Daş Əsərlər zal"ında əsasən Roma dövrünə aid kişi və qadın heykəlləri vardır. Burdakı görkəmli əsərlər sırasına sağlamlıq tanrısı Higeya və Bürünc Qaçış Atletini təsvir edən büst daxildir. Xəzinə otağında Osmanlı və Roma dövrünə aid sikkələr xronoloji ardıcıllıqla düzülmüşdür. Binanın qarşısında köhnə bir binada İzmir Etnoqrafiya Muzeyi yerləşir. Ümumiyyətlə, üçmərtəbəli muzey binasının ikinci və üçüncü mərtəbələrində sərgi zalları, birinci mərtəbəsində inzibati bölmələr, birinci mərtəbədə artefakt anbarları, bərpa laboratoriyası və kitabxana yerləşir ki, burada bütün əsərlər ayrı-ayrı kateqoriyalar üzrə qorunur və saxlanılır.
Qalereya
redaktə-
Lebes
-
Oynoxoya
-
Çanaq (qab)
-
Oturtma tikmə
-
Sırğalar
-
İdmançı detalı
-
Bürünc Demetra
İstinadlar
redaktə- ↑ "Oğuz Sevim, Her Yönüyle İzmir Arkeoloji Müzesi, oguzsevim.com sitesi, Erişim tarihi:25.06.2012". 31 Aralık 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Haziran 2012.
- ↑ "İzmir Arkeoloji Müzesi Tanıtım Broşürü, İzmir Kültür ve Turizm Müdürlüğü, Erişim tarihi:25.06.2012" (PDF). 28 Şubat 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 Haziran 2012.
- ↑ "Aziz Vukolos Kilisesi". TARKEM. 23 Haziran 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Haziran 2018.
- ↑ "Aziz Vukolos Kilisesi ve Kültür Merkezi". (#archive_missing_date) tarixində arxivləşdirilib.
- ↑ "İzmir Arkeoloji Müzesi". muze.gov.tr. 19 Eylül 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Eylül 2023.
Xarici keçidlər
redaktə- Muze.gov.tr'de İzmir Arkeoloji Müzesi Arxivləşdirilib 2020-06-22 at the Wayback Machine