Izmir Ataturk Stadionu - Wikipedia
İzmir Atatürk stadionu (türk. İzmir Atatürk Stadyumu) — Türkiyənin İzmir şəhərində yer alan olimpik stadion. 1971-ci ildə Aralıq dənizi Oyunları üçün inşa edilmişdir. 51.337 nəfərlik tutumu ilə Türkiyənin ən böyük ikinci olimpik stadionudur. Atletizm üçün 8 min kvadrat metrlik bir sahəsi olan İzmir Atatürk stadionu, Türkiyənin ən böyük atletizm sahəsinə sahib olan stadionudur. 1980-ci ildə İslam Ölkələri İdman Oyunlarına ev sahibliyi etmişdir. İzmirdə keçirilən 2005 Dünya Universiteti Yay Oyunları səbəbiylə stadion yenidən quruldu və açılış və bağlanış şoularında bir çox qarşılaşmalara ev sahibliyi etdi.[1]
İzmir Atatürk stadionu | |
---|---|
Yeri | İzmir, Türkiyə |
Tikilib | 1964 |
Açılış tarixi | 1971 |
Yenidən qurulma tarixi | 2005 |
Memar | Harbi Hotan |
Tamaşaçı tutumu | 51 295 |
Ev sahibi komanda | Göztəpə İK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Ot örtüyü | Qırtıckimilər |
Vikianbarda əlaqəli mediafayllar |
Altay İK, Karşıyaka İK, Göztəpə İK və İzmirspor komandaları bu stadiondan istifadə edir. 61.060 biletli tamaşaçı 1981-ci ildə oynanan Karşıyaka-Göztepe mübarizəsinə ev sahibliyi etmişdir.[2]
Stadion bir dövr Türkiyə milli futbol komandasına da ev sahibi olmuşdur. 1970-ci illərdən sonra milli komanda uzun müddət bu stadionda məğlub olmamasına görə uğurlu stadion adlandırılmışdır. Burada bir çox tarixi nailiyyətlər əldə edilmişdir. Lakin sonradan əhəmiyyətini itirdi. Bu gün milli komandanın ardıcıl xüsusi oyunlarına ev sahibliyi etmişdir. Milli komandanın gəlişi ilə İzmirli futbol azarkeşləri bir neçə gün əvvəldən biletlərin demək olar ki, hamsını alaraq, rəsmi matçlar üçün istəklərini dilə gətirdilər.
İzmir Atatürk Stadionu, BleacherReport idman saytının 18 dekabr 2014-cü ildə dərc etdiyi dünyanın 100 ən yaxşı stadionu siyahısında 94-cü sırada iştirak etmişdir.[3]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Stat Arama Detay TFF". www.tff.org. 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
- ↑ "1981 yılındaki Karşıyaka Göztepe maçı hakkında seyirci bilgisi". Yeni Çağ Gazetesi. İstifadə tarixi: 2 aprel 2020.[ölü keçid]
- ↑ Tighe, Sam. "Top 100 Stadiums in World Football". Bleacher Report (ingilis). 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.