Izmir Metropoliteni - Wikipedia
İzmir metropliteni- Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən metro sistemidir. İzmir metropliteninin 20 kilometrlik tək xətt üzərində olan 17 stansiyası vardır. Sistemin ilk mərhələsi olan 10 stansiya Üçyol-Bornova xətti 22 May 2000-ci ildə istifadəyə verilmişdir. Metropolitenin 2016-cı ildə da 105 milyon sərnişini olmuşdur. Xətt üzərindəki son genişləndirmə 27 İyul 2014-cü ildə başa çatmışdır.
İzmir metropoliteni | |||
---|---|---|---|
Təsvir | |||
Ölkə | Türkiyə | ||
Yerləşməsi | İzmir ili | ||
Açılış tarixi | 22 May 2000-ci il | ||
Gündəlik sərnişindaşıma | 350.000 | ||
İllik sərnişindaşıma | 105 milyon (2016) | ||
Saytı | izmirmetro.com.tr | ||
Texniki detallar | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİzmir metroppliteninin tikintisinə 1994-cü ilin dekabr ayında başlanmışdır. 1996-cı ilin avqustunda ilk qatar yollarının qurulmasıbaşa çatmışdır. 2000-ci ilin aprel ayında Üçyol-Bornova arasındakı 10 stansiyalıq hissə 2000-ci il mayın 22-də istifadəyə verilmişdir. [1]
Qərb tərəfdəki 6 stansiya Üçyol-Fahrettin Altay xətti üçün ilk tender 2005-ci ilin mart ayında keçirilmiş və üç aydan sonra xəttin təməli atılmışdır. İki ildə tamamlanaması planlaşdırılan genişləndirmənin kazılma işlərinə 5 iyul 2005-də başlanmışdır. İzmir Böyükşəhər Bələdiyyəsi 14 fevral 2006-cı ildə tenderin qalibi olan firmaya töhmət etmiş və eyni ilin oktyabr ayında tenderi ləğv etmişdir. Daha sonra ikinci tender elan olunmuş və xəttin 31 sentyabr 2008-ci ildə tamamlanacağı bildirilmişdir. Bu dəfə də tenderin qalibi olan firmanın 15 aylıq əlavə müddət istəməsi ilə 13 avqust 2009-cu ildə tender yenidən ləğv edildi. Bundan sonra İzmir Böyükşəhər Bələdiyyəsi qalan işləri öz imkanları ilə tamalamağa başladı. 18 iyul 2012-ci ildə Üçyol-Fahrettin Altay xəttindəki İzmirspor və Hatay stansiyalarında test səfərləri başlandı və bu stansiyalar 29 dekabr 2012-ci ildə istifadəyə verildi. Eyni xətt ürərində olan Göztepe stansiyası 25 mart 2014-cü ildə istifadəyə verilmişdir.[2] Bu xətt üzərindəki son iki stansiya Poligon və Fahrettin Altay 27 İyul 2014-cü ildə açılmışdır.[3] Bu iki stnasiya arasında yerləşən Güzelyalı stansiyası isə, bölgədən keçən yeraltı dərənin olması səbəbindən proyektdən çıxarılmışdır.[4]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2010-07-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "İzmir metrosu Göztepe'ye uzadı". izmir.bel.tr. 25 Mart 2014.
- ↑ "Kocaoğlu'ndan Bayram Sürprizi: İzmir Metrosunun Son Etabı Açılıyor" Arxivləşdirilib 2014-07-27 at the Wayback Machine. DHA. 26 Temmuz 2014.
- ↑ "Güzelyalı İstasyonu iptal!.." Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine. Milliyet. 13 Ekim 2009.