Izmit - Wikipedia
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir.
İzmit | |
---|---|
İzmit | |
40°46′18″ şm. e. 29°56′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 100 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 262 |
Poçt indeksi | 41000 |
Nəqliyyat kodu | 41 |
Vikianbarda əlaqəli mediafayllar |
Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu.[1] Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur. İlk dövr Osmanlı qaynaqlarından Aşıkpaşazadədə və Neşridə İznikmid, XV-ci əsrin sonlarına aid bir vəqf kitabında İznikumid, eləcə də Matrakçı Nasuhun əsərində İznikumid adı ilə qeydə alınmışdır. Nəhayət, XIX əsrin ortalarına doğru İzmid və XX əsrin əvvəllərində indiki kimi İzmit adlanmışdır.[2]
Böyük sənaye müəssisələri ilə yanaşı, mədəniyyət, turizm, incəsənət və ticarət şəhəri olmaqla Türkiyənin mühüm mərkəzlərindən biridir. Sahili, təbii gözəllikləri, böyük alış-veriş mərkəzləri, Olimpiya Buz Zalı, Beynəlxalq sərgi mərkəzi, Kocaeli yarmarkası, sekapark (mərkəzi park) Şəhər Meşəsi, gəzinti yerləri, üzgüçülük hovuzu, balıq restoranları, keyfiyyətli turizm obyektləri ilə İzmit məşhurdur. Şəhərə xas bir desert olan “pişmaniye” ilə dünya miqyasında tanınır.
İzmitin müasir dövrdə böyüməsi, əsasən, sürətli sənayeləşməsi İstanbul ilə Ankara arasındakı magistral və dəmir yolu xəttindəki mövqeyi ilə əlaqədardır. Türkiyənin kağız sənayesinin mərkəzidir və ölkənin tələbatının təxminən yarısını ödəyir. Böyük neft emalı zavodu var. Digər sənaye sahələrinə sement, fosfat, tekstil, neft-kimya və şinlər daxildir. İzmit limanı həm daxili, həm də beynəlxalq daşımalara xidmət edir. Şəhər böyük şəhərlərlə avtomobil yolu ilə bağlıdır.[3]
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ "Arxivlənmiş surət". 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
- ↑ "Arxivlənmiş surət". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
- ↑ "Arxivlənmiş surət". 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.