Izotta Noqarola - Wikipedia
İzotta Noqarola (it. Isotta Nogarola; 1418[1][2][…], Verona, Veneto – 1466[1][2][…], Verona, Veneto[3]) — ilk böyük qadın humanist və İtaliya İntibahının ən önəmli humanistlərindən biri kimi adlandırılan italyan yazıçısı və ziyalısı.[4] Bir çox humanistlərlə yazışmış, latınca şeirlər və çıxışlar yazmışdır; qadınların hüquqlarını, xüsusən də təhsil hüququnu müdafiə edirdi. O, oxumağı ehtirasla sevib və ömrünün çox hissəsini tənha, daim elm öyrənməklə keçirib. Lauro Kvirini və Ludoviko Foskarini də daxil olmaqla, rəssam və yazıçı nəsillərini ilhamlandırıb və Avropada gender və qadınların təbiəti ilə bağlı əsrlər boyu davam edən müzakirələrə töhfə verib.[5]
İzotta Noqarola | |
---|---|
it. Isotta Nogarola | |
Doğum tarixi | 1418[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1466[1][2][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, humanist, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
1451-ci ildə yazdığı De pari aut impari Evae atque Adae peccato (azərb. Adəm və Həvvanın bərabər və ya qeyri-bərabər günahı haqqında) əsəri ilə məşhurdur. O, həmçinin bir çox dialoqlar, şeirlər, çıxışlar və məktubların da müəllifidir, lakin onlardan iyirmi altısı günümüzə gəlib çatıb.[5]
Bioqrafiya
redaktəNoqarola 1418-ci ildə İtaliyanın Verona şəhərində anadan olub. Valideynləri Leonardo Noqarola və Bianka Borromeo ümumilikdə dörd oğlan və altı qız dünyaya gətirib. Lakin uşaqlardan yalnız yeddisi yetkinlik yaşına qədər sağ qalıb. Noqarola həm də məşhur qadın şair Angela Noqarolanın qardaşı qızı idi.[5]
Noqarolanın anası özünün savadsız olmasına baxmayaraq, qızları da daxil olmaqla, uşaqlarının hamısının gözəl humanist təhsil almasını təmin edib.[6][5] Noqarola ailəsindəki qızlar, kişilərin üstünlük təşkil etdiyi cəmiyyətdə qadınların ehtiyac duymadığı ritorika elmi istisna olmaqla, oğlanlarla eyni təhsil aldılar.[7] Həm İzotta, həm də kiçik bacısı Cinevra klassik tədqiqatları ilə məşhurlaşdılar, baxmayaraq ki, Cinevra 1438-ci ildə evləndikdən sonra yazmağı dayandırdı[5][8] Noqarolanın ilk məktubları onun Latın və Yunan müəllifləri Siseron, Plutarx və Diogen Laertius, həmçinin Petronius və Aulus Gellius ilə tanışlığını nümayiş etdirir.[7]
Hər iki qız 1434-cü ildə humanist diskursun ictimai dünyasına daxil oldu. İzotta özünü son dərəcə bacarıqlı bir tələbə kimi göstərdi, onun ədəbi əsərləri geniş tanındı. Təəssüf ki, o, şöhrətini zəkasına deyil, o zamanlar üçün nadir olan cinsiyyətinə borclu idi. İzotta ziyalı elitasının nümayəndələrinə zərif və incə məktublar yazdı və onlar ona cavab verdilər. Məktubların siyahıları yayıldı və İzottanın şöhrəti artmağa başladı. 1437-ci ildə Quarino da Verona haqqında yüksək sözlər eşitdikdən sonra ona məktub yazdı. Xəbər bütün Veronaya yayıldı və yerli qadınların İzottaya və onun humanistlər dünyasında iddialarına lağ etməsinə səbəb oldu ki, bu da onu çox qəzəbləndirdi. Uzun müddət cavab ala bilməyən və artıq rüsvayçılığa dözə bilməyən İzotta, Quarinoya ikinci məktub yazdı, orada belə yazılmışdı:
Niyə kişilərin sözdə və əməldə xor gördüyü qadın doğulmuşam? Bu sualı tək özümə verirəm... Sənin mənə cavab verməkdən boyun qaçırmağın mənə o qədər əzab verdi ki, bundan artıq ola bilməz... Sən özün deyirdin ki, mənim çata bilməyəcəyim məqsəd yoxdur. Amma indi hər şey yolunda getdi, sevincim yerini kədərə verdi... Çünki şəhər boyu qadınlar məni ələ salaraq əzab verirlər. |
Noqarolanın ilk müəllimi Martino Ritsoni idi, onun özü də o dövrün aparıcı humanistlərindən biri olan Quarino da Veronanın şagirdi idi.[7][9] Noqarola latın dilində danışıq qabiliyyətinə görə hörmət qazanaraq son dərəcə bacarıqlı tələbə olduğunu sübut etdi və 18 yaşında məşhurlaşdı.[8]
Son illəri
redaktəİzotta 1466-cı ildə 48 yaşında vəfat etdi və Veronadakı Müqəddəs Sesiliya kilsəsində anasının yanında dəfn edildi.[9]
Məlum olan əsərlər
redaktəNoqarolanın əsərlərinə məşhur dialoqlarla yanaşı, Müqəddəs Jeromun tərcümeyi-halı, səlib yürüşünə çağırış məktubu (1459) və uşağının ölümündən sonra ataya təsəlliverici məktub daxildir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Isotta Nogarola // WomenWriters (ing.).
- ↑ 1 2 3 4 Isotta Nogarola // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 Carpanè L. NOGAROLA, Isotta // Dizionario Biografico degli Italiani (it.). 2013. Vol. 78.
- ↑ "Isotta Nogarola | Encyclopedia.com". www.encyclopedia.com. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-26.
- ↑ 1 2 3 4 5 "Isotta Nogarola". Lisa Kaborycha (ingilis). 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-26.
- ↑ "Isotta_Nogarola". Society_for_the_Study_of_Women_Philosophers. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-26.
- ↑ 1 2 3 McCallum-Barry, Carmel (2016), 'Learned women of the Renaissance and Early Modern period: the relevance of their scholarship', in Rosie Wyles and Edith Hall (eds.), Women Classical Scholars: Unsealing the Fountain from the Renaissance to Jacqueline de Romilly (Oxford), pp. 30–1
- ↑ 1 2 The Religious Retreat of Isotta Nogarola (1418–1466): Sexism and Its Consequences in the Fifteenth Century Margaret L. King Signs, Vol. 3, No. 4 (Summer, 1978), pp. 807–822
- ↑ 1 2 "Isotta Nogarola - Oxford Reference". www.oxfordreference.com (ingilis). İstifadə tarixi: 2019-04-26.
Əlavə oxu
redaktə- Time-Life Books. What Life Was Like at the Rebirth of Genius: Renaissance Italy, AD 1400-1550. Time-Life Books. 1999. ISBN 0-7835-5461-3.
- Carmel McCallum-Barry (2016), 'Learned women of the Renaissance and Early Modern period: the relevance of their scholarship', in Women Classical Scholars: Unsealing the Fountain from the Renaissance to Jacqueline de Romilly, ed. Rosie Wyles and Edith Hall, 29–47. Oxford: Oxford University Press.
- Some full texts of her work in Angela Nogarola (ca. 1400) and Isotta Nogarola (1418–1466): Thieves of Language." in Women Writing Latin: From Roman Antiquity to Early Modern Europe, v. 3. Early Modern Women Writing Latin, ed. Laurie J. Churchill, Phyllis R. Brown, and Jane E. Jeffrey, 11–30. New York: Routledge.