Izzet Nebiyev Alim - Wikipedia
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969).
İzzət Nəbiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | avtomatika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri (1970-1991) |
Təhsili | Azərbaycan Sənaye Universiteti |
Mükafatları |
|
Həyatı
redaktəİzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır.
75 elmlər namizədinin elmi rəhbəri olmuşdur.
Elmi-təşkilatı fəaliyyəti
redaktə- Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/
Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
Mükafatları
redaktəİzzət Nəbiyev aşağıdakı medal və fəxri adlarla təltif olunmuşdur:[1]
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946
- SSRİ XTNS böyük gümüş medalı — 1961
- SSRİ XTNS bürünc medalı — 1963
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1966
- SSRİ XTNS gümüş medalı — 1969
- SSRİ Dövlət Mükafatı — 1969 ("Avtomatlaşdırma sistemlərinin və texniki vasitələr kompleksinin işlənməsi və Azərbaycan neft sənayesində tətbiqinə görə)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1976
- "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adı — 1981
- SSRİ XTNS bürünc medalı — 1982
- "Əmək veteranı" medalı — 1984
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1986
- SSRİ XTNS gümüş medalı — 1987
- "SSRİ-nin fəxri ixtiraçısı" fəxri adı — 1984
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vaxtilə onun rəhbərlik etdiyi Avtomatika, telemexanika kafedrasında və yaşadığı binanın divarında heykəltaraş Ömər Eldarovun müəllifi olduğu xatirə lövhələri vurulmuşdur.
- Bakıda küçələrdən birinə İzzət Nəbiyevin adı verilmişdir.
Pedaqoji fəaliyyəti
redaktə1949-cu ildə təhsilini əla qiymətlərlə bitirdikdən sonra Moskva Energetika İnstitutunun aspiranturasında ilk elmi fəaliyyətə başlayır. Dissertasiya işini uğurla bitirdikdən sonra texnika elmləri namizədi kimi Bakıya qayıdır və yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması, respublikanın neft sənayesinin avtomatlaşdırılması ilə məşğul olur. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin-istehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoyur və onun ilk dekanı olur. 1970-ci ildə Avtomatika, telemexanika və elektronika kafedrasına müdir seçilir və 1991-ci ilə qədər həmin kafedraya rəhbərlik edir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
Elmi əsərləri
redaktə- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:300-dən artıq
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 50 (monoqrafiya və dərsliklərin sayı — 11).
Əsas elmi əsərləri
redaktə- "Neft quyularının məhsuldarlığının teleölçüsü üçün avtomatik sistemlər"
- "Ölçmə məlumatının yığılması və çevrilməsinin diskret texniki vasitələri"
- "Neftçıxarma sənayesi üçün telemexanika kompleksləri" kimi monoqrafiyaları və neçə-neçə elmi məqalələri Moskvada dərc olunmuşdur.
- Respublikada birinci olaraq Azərbaycan dilində "Telemexanika" dərsliyinin müəllifidir.
İstinadlar
redaktə- ↑ Нәбијев Иззәт Әһмәд оғлу (Библиографија). Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. 88 сәһ. ISBN 5-89600-261-x.[ölü keçid]
Mənbə
redaktə- Ənvər Mete. O torpağın övladları. — Bakı, — "Nurlan", 2006, s. 274–275
- http://www.anl.az/down/meqale/respublika/respublika_noyabr2008/63281.htm
- http://www.respublica-news.az/index.php/elm-v-t-hsil/item/873-zhoerkaemli-alim-pedagog[ölü keçid]