Sixbagi - Wikipedia
Şıxbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Şıxbağı | |
---|---|
40°08′14″ şm. e. 47°47′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zərdab rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6317 |
Coğrafiyası
redaktəŞıxbağı kəndi Zərdab şəhərindən 14 km cənub-şərqdə Zərdab-Çöl Ərəb yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir.
Tarix
redaktəKəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin yaşlı nəslin nümayəndələrinin əhvalatlarından məlum olur ki, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Kəndin adı "Şıx" və "bağ" sözlərinin birləşməsindən yaranmışdır. "Şıx" sözü "Şeyx" sözünün təhrif olunmuş formasıdır. "Şeyx" ərəb sözü və dini tituldur. "Şeyxbağı" formasından "Şıxbağı" formasına keçərək tarixə düşmüşdür. Kənddə yaşayanlar dövrünün adlı-sanlı nəsillərinə aid insanlarıdır. Kənddə Azamanlı, Əbdürəhmanlı, Mərdkətdi, Məmmədli, Cavadlı, Marallı kimi nəslin nümayəndələri yaşayır. Əvvəllər böyük olan Şıxbağı kəndində bu gün 400-ə yaxın əhali yaşayır. Kəndin böyüklüyünü kəndə aid iki (böyük və kiçik) qəbristanlıq sübut edir. Dövrünün böyük ağaları, bəyləri, hacıları, övliyaları ilə məşhur olan bu kənddə həmin insanların məzarlari durmaqdadır. Bu kənddən Hacı Manaf Əfəndi (qəbri qonşu kənddədir), Molla Şəmi Əfəndi (əsl adı Şəmsəddin-bölgənin ən imkanlı Əfəndisi olmuşdur), Molla Mustafa Əfəndi, Molla Sarı Əfəndi (Əfəndi-islam dini Sünni məzhəbində din başçısı, Azamanlı nəslindəndir), Abdulla Əfəndi (ilan ovsunçusu-ilan vuran şəxs bu pirə tapınar, Mərkətdi nəslindəndir), İslam baba(məşhur baxıcı və cindar olmuşdur, Əbdürəhmanlı nəslindəndir), Ədil Bəy (varlı bəy olmuşdur, Məmmədli nəslindəndir) və s. Vaxtilə kənddə balıq vətəgəsi olmuş 1920-ci illərdə fəaliyyəti dayandırılmışdır. Ateizmi təbliğ edən SSRİ hökuməti kənddə taxtadan tikilmiş Məscidi qurd saxlamaq üçün istifadəyə vermişdir. Hazırda kənddə İcra Nümayəndəliyi, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt və s. xidmət obyektləri fəaliyyət göstərir.Admin Camal.Kəndim üçün...
İstinadlar
redaktə Zərdab rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |