Sehergah Yasayis Yeri - Wikipedia
Şəhərgah yaşayış yeri — Kürdəmir rayonu Ərəbqubalı və bir qismi Sabirabad rayonu Zəngənə kəndləri ərazisində yerləşən arxeoloji abidə.
Şəhərgah yaşayış yeri | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Rayon | Kürdəmir və Sabirabad rayonları |
Yerləşir | Ərəbqubalı və Zəngənə kəndləri |
Aidiyyatı | orta əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Ümumi məlumat
redaktəŞəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Arxeoloji abidəsində son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır.[1] Abidə IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur. Yaşayış yerinin tarixi hələki tam şəkildə öyrənilməyib. Şəhərgahın hansı orta əsr şəhərinin qalıqları olmasını müəyyənləşdirmək üçün yeni qazıntı və tədqiqat işləri aparmaq lazımdır.
İstinadlar
redaktə- ↑ "Kürdəmirin Tarixi Abidələri". heydaraliyev-centers.az. 16.04.2020. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.