Seki Xalq Tetbiqi Seneti Muzeyi - Wikipedia
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 1985-ci il iyun ayının 9-da açılmış və tarixi memarlıq abidəsinin binasında yerləşir. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında "Dairəvi məbəd" deyilir.
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi | |
---|---|
Əsası qoyulub | 1985 |
Mövzu | Tarix |
Yerləşir | Mirzə Fətəli Axundov, Şəki, AZ5503 |
Kolleksiyası | 541 eksponat |
Telefon | (+994 2424) 4-49-01 |
İş rejimi | (II – VII) 10:00 – 18:00[1] |
Muzeyin tarixi
redaktəBu bina Azərbaycanın Qafqaz Albaniyası dövrunə məxsus alban məbədidir. Muzeyin yerləşdiyi bina V-VI əsrlərdə inşa edilən alban məbədi olub.XVIII əsrdə çarizmin Azərbaycana hücumu ilə əlaqədar olaraq, abidə rus əsgərlərinin kilsəsinə çevrilib.Onlar binanın konstruksiyasını da dəyişərək, onu kilsə üslubuna - xaç formasına uyğunlaşdırıblar.Muzey Şəkinin “Yuxarı Baş” dövlət Tarix Memarlıq qoruğunda yerləşir.[2]
Muzey binası
redaktəMuzeydə antik dövrdən başlayarq bu günümüzə qədər sənətkarların 600-ə yaxın xalq sənəti və dekorativ sənət əsərləri dört zaldanümayiş olunur. Muzeydə 18 növ sənətkarlıq və sənət nümunələri nümayiş olunur. Xalq Tətbiqi Sənəti Muzeyi kimi fəaliyyət göstərən maddi mədəniyyət nümunəsi həm yerli əhalinin və ətraf rayonlardan gələnlərin, həm də turistlərin marağını cəlb edir. Burda bir sıra məişət əşyaları və Xalq tətbiqi sənətinə uyğun nümunələr sərgilənir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Bu Azərbaycan Qafqaz Albaniyası dövrünə məxsus xristiyan memarlıq abidəsidir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Bu dövr Albaniyada xiristianlığın daha geniş yayılmasının II mərhələsinə təsadüf edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılmışdır. Bəzi tarixi mənbələrə görə hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də təmir işləri aparıldığı məlumdur.
Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra (XIX əsr) isə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv dəyişikliklər edilərək, rus əsgərlərinin kilsəsi kimi istifadə olunmuşdur.
Muzey eksponatları
redaktəŞəki şəhərində məşhur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında Xalq Tətbiqi Sənəti muzeyi məlumat verilir. 4 ekspozisiya zalından ibarət olan muzeyin birinci zalında Şəki ərazisindən tapılmış arxeoloji qazıntılar nümayiş etdirilir.Tətbiqi sənət nümunələri nümayiş etdirilir. Burada müxtəlif tipli gül qablar və qadın, kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. ikinci zalda ümumi sənətkarlıq bölməsində duluzçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir. Bu sənətlərdə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. Üçüncü zalda əsasən milli musiqi alətləri, milli qadın və kişi geyimləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. Dördüncü zalda isə "Şəki otağı" adlanır. Qədim Şəki evlərinin interyeri nümayiş etdirilir. Milli adətlərə uyğun olaraq evlərimizdə olan rəflər, yun darağı, döşəklər, taxçalar, cəhrə, sandıq, və s. nümunələr ekspozisiyani təşkil edir. Muzeyin ekspozisiyasında 500-dən çox eksponat nümayiş etdirilir.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Kataloq.az". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- ↑ "Şəki muzeylər və sənətkarlar diyarıdır". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- ↑ "Şəki Xalq Tətbiqi Sənəti Muzeyi". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.