Semseddil Mahali - Wikipedia
Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı.[1]
Mahal | |
Şəmşəddil mahalı 1747—1822 | |
---|---|
Ölkə | |
Daxildir | Gəncə xanlığı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1747 |
|
Tarixi
redaktə1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır.[2]
Toponimiyası
redaktəErməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur . Tovuz r-nunda Göycəli kəndinin əvvəlki adı Şəmşədil olmuşdur. Erkən orta əsrlərdə bu mahal Albaniyanın Parisos əyaləti olmuşdur. Musa Kalankatlının “Alban tarixin”də Parisos (Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Pərisuz adı) çəkilir. XIX əsrə aid məlumata görə Şamxorçay Pərisuz şəhər xarabalığı içərisindən axır və sonra Paris çayının qolu ilə birləşir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
- ↑ "Azərbaycan tarixinin ən güclü xanlığı-Quba xanlığı". 2019-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-04.
- ↑ B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti