Semkir Ses - Wikipedia
Şəmkir SES (tam adı: Şəmkir su-elektrik stansiyası) — Cənubi Qafqazda Azərbaycana məxsus 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Yenikənd SES ilə birlikdə kaskad yaradan ölkənin ikinci böyük su-elektrik stansiyası.[1] Şəmkir SES Kür çayının üzərində, Şəmkir şəhərinin yaxınlığında yerləşir.
Şəmkir SES | |
---|---|
Şəmkir su-elektrik stansiyası | |
Ümumi məlumatlar | |
Sahəsi | 115 km² |
Çay | Kür |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 1982 |
İstismara verilib | 1982 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 810 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 380 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Turbin sayı | 2 |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Bəndin hündürlüyü | 70 m |
Bəndin eni | 4500 m |
Yerləşməsi | |
40°59′24″ şm. e. 45°59′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Yer | Cənubi Qafqaz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəmkir SES-in tikintisi SSRİ respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başlayıb. 1982-ci il dekabr ayının 22-də Heydər Əliyevin xeyir-duası ilə SES-in ilk bloku işə salınıb. Bir müddət sonra ikinci blok da işə düşüb. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşulmuş oldu.[2]
Kür çayının üstündə əzəmətlə ucalan Şəmkir SES-də ötən illər ərzində təxminən 25 milyard kilovat-saat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürülmüşdür ki, bu da azı 700 milyon manat civarında əmtəə məhsulu deməkdir. Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir su-elektrik stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı burada çalışan hər bir energetikin qürur mənbəyinə çevrilib.[2]
Texniki göstəriciləri
redaktə2 hidroaqreqata (hər biri 190 Mvt) malik olan Şəmkir SES-in müəyyən olunmuş gücü 380 Mvt, orta illik elektrik enerjisi istehsalı 56 milyon kvt/saat-dır. Bəndinin hündürlüyü 70 m, uzunluğu 4500 m-dir. Bənd Şəmkir su anbarını əmələ gətirmişdir.
Təmiri
redaktə40 il əvvəl tikilən Şəmkir SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kilovoltluq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla "itirilmiş" güc bərpa olunaraq dayanıqlılıq və etibarlılıq artırılıb.
Hazırda əsas diqqət Şəmkir SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlsə də, qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və əsaslı təmir işləri aparılır.[3] Planlaşdırılan işlər çərçivəsində Şəmkir SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin, o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması planlaşdırılıb.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Şəmkir su-elektrik stansiyasının su anbarı qəzalı vəziyyətdən çıxarılır" (az.). https://azertag.az. 16.02.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2023.
- ↑ 1 2 "Şəmkir SES və Yenikənd SES. Ulu öndərin əvəzsiz yadigarı" (az.). http://www.anl.az. Archived from the original on 2023-02-16. İstifadə tarixi: 16 fev 2023.
- ↑ "Şəmkir SES-də təmir-bərpa işləri davam edir" (az.). https://www.gununsesi.info. Archived from the original on 2023-02-16. İstifadə tarixi: 16 fev 2023.
Xarici keçidlər
redaktə- ""Şəmkir" və "Yenikənd" su elektrik stansiyaları üzrə istehsal artmışdır" (az.). https://azertag.az. 06.02.2023 tarixində arxivləşdirilib.
- "Yenikənd su-elektrik stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 23 may 2000-ci il" (az.). https://lib.aliyevheritage.org. 07.02.2023 tarixində arxivləşdirilib.