Semkirde Su 25 Qezasi - Wikipedia
Semkirde Su 25 Qezasi - Wikipedia - Haqqında Məlumat
Şəmkirdə Su-25 qəzası — 3 mart 2010-cu ildə Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı qəza.
Şəmkirdə Su-25 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | |
Yer | Şəmkir rayonu, Azərbaycan |
Komanda | 1 |
Ölü sayı | 1 |
Təyyarə | |
Təyyarə modeli | "Su-25" |
Qalxma yeri | Şəmkir rayonu |
Hadisə
redaktəAzərbaycan Hərbi Hava Qüvvələrinə aid "Su-25" təyyarəsi 3 mart 2010-cu ildə saat 17.00 radələrində qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Təlim məqsədilə havaya qalxsa da, qanadında yaranmış nasazlıq səbəbindən qəzaya uğrayıb.[1]
Qəzaya uğramış "Su-25" son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tbilisi Aviasiya Zavodunda istehsal olunub.
Həlak olanların siyahısı
redaktə- Famil Elman oğlu Məmmədli — pilot
İstinadlar
redaktə- ↑ Vüqar Ələsgərov. "Azərbaycanla bağlı təyyarə qəzaları - XRONOLOGİYA". news.lent.az (azərb.). Lent.az. 23.01.2011. 1 February 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.