Sems Tebrizi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan[1] böyük filosof, şair və yazıçı.
Şəms Təbrizi | |
---|---|
Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi | |
| |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Xoy |
Vəfat səbəbi | qətlə yetirilib |
Fəaliyyəti | şair, filosof, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO, İranın ən sirli personajlarından biridir. Şəms Təbrizinin türbəsi. Məqalət-e Şəms-i Təbrizi (Şəms-i Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili almışdır.
Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir. İran alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi.
Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyinərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü il 26 noyabrda Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlaləddin Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. Şəmsin yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini özünə cəlb edir. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır. Onlar vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər.
Bu məclislərin əsasını musiqi və xüsusi dərviş rəqsləri tuturdu. Şəmsin varlığı Rumiyə Allaha qovuşmaqda bir yardımçı olur. Rumi Şəmsə sevgilərini izhar edən şerlər də həsr edir:
Mən Merkuri təki kitablara əyilirdim,
Katiblər qarşısında otururdum.
Lakin sənin üzünü görüb məst oldum
Və qamış qələmləri sındırdım.
Sənə istəkdən doğan göz yaşlarımla dəstamaz alıb
Namaz vaxtı sənin üzünü qibləyə çevirdim.
Əgər sənsiz diri qalsam
Məni axıra qədər yandır.
Mənim başımı əlimdən al
Əgər ondakı ağıl sənin olmayacaqsa!
Kəbədə, kilsədə, məsciddə sənə dua edirəm
Sən mənim məqsədimsən, həm yerdə, həm göydə!
Mən sənin çörəyini yeyib büsbütün doymuşam
Mən sənin suyundan bir qurtum içmişəm, mənə su lazım deyil.
Kimə pərəstiş edirsənsə, sənin qiymətin də o həddədir
Sənə pərəstiş etməklə mən necə də xoşbəxtəm!
Ruminin doğmaları və xüsusilə də müridləri onun bu halından təşvişə düşüb, bu ruh qardaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəmsəddin 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir. Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapılır. Hicran dərdi onun şeirlərinə xüsusi bir qüvvə bəxş edir. Nəhayət, Rumi Şəmsin harada olduğunu öyrənir və sanki bu xəbər onu yenidən həyata qaytarır. Bunu görən dostları Ruminin oğlu Sultan Vələddən Şəmsəddin Təbrizinin ardınca Dəməşqə yola düşməsini rica edirlər. Rumi oğlu vasitəsilə ona bu şeri göndərir:
Ah, tezliklə gedin və tapın
Sevimli dostu evə gətirin.
Şirin sözlər və xoş nəğmələrlə
O Ay üzlünü bizim yanımıza çəkin.
Onun sözü qüdrətli və bütövdür
O, çayları geriyə döndərə bilər.
Onun vədlərinə və möhlət istəməsinə
İnanıb, özünüzü aldatmağa qoymayın.
Bircə o xoşluqla və sağ-salamat
Qayıdıb qapımızı döyəydi.
Onda siz elə bir şey görəcəksiniz ki,
Heç tanrının özü də elə şey görməyib…
Şeiri oxuyan Şəms Konyaya qayıdır. Burada onu böyük şərəflə qarşılayır və onun şəninə təntənəli ziyafətlər verirlər. Şəmslə Ruminin dostluq münasibətləri əvvəlki qaydasına düşür. Rumi yenə də bütün vaxtını Şəmslə keçirərək, ondan bir an belə ayrılmır. Şəmsəddin Təbrizi Ruminin bacısı Kimiya ilə ailə həyatı qurur. Bütün bunlara baxmayaraq, bədxahları yenə də Şəmsi rahat buraxmırlar. Və o, yenidən, bu dəfə isə həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Ola bilər ki, Şəmsi Ruminin müridləri aradan götürmüş, ya quyuya atmış, ya da öldürüb, atasının yanında basdırmışlar.
Səhər tezdən mədrəsəyə gələn Rumi orada heç kəsi tapmır. Uzun zaman inadla onu axtarır. Hüznü ölçüyəgəlməzdir, Günəşi (farsca Şəms) biryolluq batmışdır. Şairin ruhi sarsıntıları hüdudsuz olsa da, birdən-birə möcüzə baş verir. Rumi Şəmsi özündə yenidən yaratmaq üçün güc və qüvvə tapır. O, dünya məhəbbət lirikasının ən heyrətamiz nümunələrindən birini yaradır və "Şəms Təbrizinin divanı" adlanan bu toplunu öz mürşidinin adına bağlayır.
Gənc alim sufi axtarışlarını biryolluq tullayaraq, özünü tamamilə Şəmsəddin Təbrizi adlı bir şairə çevirir. M. İ. Zənd yazır ki, "Divan"ın və bura daxil olan hər bir şeirin Şəmsəddin Təbrizinin adından yaradılması heç vəchlə Cəlaləddin Rumi üçün poetik fənd, yaxud itkin düşmüş dostunun xatirəsinə hörmət kimi qəbul edilə bilməz: Şəmsi gerçək dünyanın makrokosmunda itirmiş mütəfəkkir onu öz qəlbinin mikrokosmunda tapmış olur. Və şairin özündə, könlündə duyduğu bu mürşid həmin nəğmələri ona diqtə edir, Rumi isə bu məqamda onları qələmə alandan (katib), oxuyandan, rəvayət edəndən (ravi) başqa heç bir rol oynamır. Ancaq eyni zamanda bu nəğmələr həm də onun öz şeirləridir. Çünki bunlar onun qəlbində yaranmışdır. Beləliklə, Cəlaləddini onun dili ilə danışan Şəmsəddinlə həm eyniləşdirmək olar, həm də olmaz. Buna görə də bu divanın subyekti, müəllifi, lirik qəhrəmanı kimi çıxış edən Şəms eyni zamanda bunların intim-lirik anlamda obyekti də sayıla bilər. Ancaq bu "obyekt"in yalnız mürəkkəb rəmzi qavrayış planında anlaşılması mümkündür. Şəmsəddin Təbrizi ilə ünsiyyəti Rumiyə mistik idrakın yeni bir yolunu tapmaqda kömək etmişdi. Buna baxmayaraq, onun təriqəti yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşır. Mövlana ("bizim müəllim") onun titullarından biri idi. Rumi yaradıcılığı və mövləvilik təriqəti Şərq xalqlarının dini-fəlsəfi və poetik düşüncə tərzinin inkişafına böyük təkan vermişdir. Bu deyilənlərdən başqa, həmin təriqət həm də hələ Şəmsəddinin yaratdığı dərviş rəqsləri ilə məşhurdur. Avropalılar bu təriqətin dərviş rəqslərinə böyük maraq göstərmişlər.
Şəms Təbrizinin şagird və müridləri onun söhbətlərini yazıya alıb "Məqalat" adlı kitab halına salmışlar.
Şəkillər
redaktə-
Konyada türbəyə aparan yol
-
Konyadakı türbəsinin girişi
-
Konyadakı türbəsinin qapısı
-
Konya
-
Konya
-
Konya
-
Xoy
-
Xoy
-
Xoy
-
Xoy
-
Xoy
Əsərindən nümunələr
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ * دکتر رضا براهنى: اسطوره صمد و موضوع زبان Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine
- نقش شاعران و شاهان تورکتبار در تکامل زبان و شعر فارسی Arxivləşdirilib 2012-02-19 at the Wayback Machineپـروفیســور عبدالحـکیم شـرعی جوزجـانی [ölü keçid]
- پاسخی به منتقدان مقاله مولانا و ایران — سید حیدر بیات Arxivləşdirilib 2014-08-02 at the Wayback Machine
- مولانا ترک است — سعید نسفي Arxivləşdirilib 2014-08-02 at the Wayback Machine
- مولانا و ایران — سید حیدر بیات Arxivləşdirilib 2014-08-02 at the Wayback Machine
- اشعار تركي مولانا Arxivləşdirilib 2012-12-04 at the Wayback Machine
- زندگي و آثار شمس تبريزي Arxivləşdirilib 2012-05-29 at the Wayback Machine
- آشنایی با مشاهیر : بشنو از ياد خوش حضرت مولانا Arxivləşdirilib 2012-03-15 at the Wayback Machine
- بهار عرب، خزان عجم Arxivləşdirilib 2012-01-01 at the Wayback Machine