Semsiyye Kerimova - Wikipedia
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955,[1] Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist.
Şəmsiyyə Kərimova | |
---|---|
Şəmsiyyə Musa qızı Kərimova | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Fəaliyyəti | Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist |
Fəaliyyət illəri | 1979 - bu günədək |
Mükafatları |
Həyatı
redaktəŞəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist... jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə tanınmış, oçerk müsabiqənin qalibi olmuşdur.
Fəaliyyəti
redaktəUşaqlıqdan yazıya böyük marağı olan jurnalist 1979-cu ildə Bakıya gəlmiş, o vaxtki “Komunist” nəşriyyatında işə başlamışdır. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlamışdır. Eyni zamanda ölkə mətbuatında mütəmadi olaraq çıxış etmiş, 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışmışdır. Respublikada baş verən ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində çalışmışdır. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunmuş, 2005-ci ildən isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2007-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktorudur.
Mükafatları
redaktə2010-cu ildə Milli Mətbuatın 135 illiyində ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. “Qızıl qələm” media mükafatı laureatıdır. “Nailiyyət”, “Fəxri jurnalist” diplomu ilə mükafatlandırılmışdır. İşlədiyi 2 il yarım ərzində hər il “Ən yaxşı pambıqçı” döş nişanı ilə təltif olunmuşdur. Son illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vastələrinin inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələrində bir neçə dəfə qalib olmuş, KİVDF-nin Diplomları ilə mükafatlandırılmışdır.
Kitabı
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Əməkdar Jurnalistin kitabının təqdimatı olub". 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
- ↑ "Şəmsiyyə Kərimovanın "Şəmsiyyənin kitabı" kitabının təqdimat mərasimi keçirilib". 2016-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.